Məhkəmə qərarları › İş №2(055)-34/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-34/2023

21.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-34/2023 21.06.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, İddiaçı nümayəndəsi və vəkili Tixomirov Aleksandr Nikolayeviçin, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 Tapdıq oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Saatlı Rayon Məhkəməsinə müraciət edərək 315 min ABŞ dolları və 69 min manat manat pulun, ödənilmiş 894.50 manat dövlət rüsumunun cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclası zamanı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddianı müdafiə edərək izahatında göstərdi ki, İddiaçıla cavabdehin mərhum əri X7 arasında bağlanmış mövcud borcun etirafı haqqında 14 sentyabr 2013-cü il tarixli müqaviləyə əsasən X7 etiraf etmişdir ki, İddiaçı ona 315 min ABŞ dolları məbləğində pul vəsaiti vermiş, F.Əliyev isə borc məbləğini İddiaçı geri qaytarmağı öhdəsinə götürmüşdür. Bundan başqa, İddiaçı ilə Fikrət Əliyev arasında bağlanmış 14 sentyabr 2013-cü il tarixli kredit müqaviləsinə əsasən sonuncu İddiaçı 69 min manat məbləğində pul vəsaitini almış və həmin məbləği geri qaytarmağı öhdəsinə götürmüşdür. Fikrət Əliyev 04 mart 2015-ci ildə vəfat etmişdir. Cavabdeh F.Əliyevin qanun üzrə vərəsəsidir və miras əmlakı tam olaraq qəbul etmişdir. Cavabdeh ilə İddiaçı arasında bağlanmış razılaşma müqaviləsinə əsasən cavabdeh Saatlı Rayon Dövlət Notariat Kontorunda 17 mart 2014-cü il tarixdə 3M-17 reyestr nömrəsi ilə təsdiq edilmiş kredit müqaviləsi və həmin kreditin təminatı kimi ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 1291.9 kv.m olan qeyri-yaşayış binasının ipotekaya qoyulmasına dair notariat kontorunda 17 mart 2014-cü il tarixdə 3M-18 reyestr nömrəsi ilə təsdiq edilmiş ipoteka müqaviləsi üzrə borc alan və ipoteka qoyan tərəf kimi olmuş, vəfat edən əri Fikrət Əliyevin həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri bütünlüklə qanun üzrə vərəsəsi kimi öz üzərinə götürmüşdür. Hazırda cavabdeh tərəfindən qəbul edilmiş miras əmlaklar ünvan 1ində yerləşən 0.26 ha torpaq sahəsi, o cümlədən həmin torpaq sahəsinin üzərində ümumi sahəsi 1291.9 kv.m olan qeyriyaşayış binası və Saatlı rayonu, Sarıclar kəndində yerləşən 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində ümumi sahəsi 137.5 kv.m olan fərdi yaşayış evinin ½ hissəsidir. 0.26 ha torpaq sahəsi, o cümlədən həmin torpaq sahəsinin üzərində ümumi sahəsi 1291.9 kv.m olan qeyri-yaşayış binası Şirvan Apellyasiya Məhkəməsinin 04 avqust 2022-ci il tarixli qərardadına əsasən Saatlı rayon Notariat ofisinin 26 yanvar 2022-ci il tarixli, 8İ-198 saylı icra qeydi üzrə borclu Saatlı rayon Sarıcalar kənd sakini Cavabdeh məxsus Saatlı rayon Qara Nuru kəndində yerləşən mülkiyyətində olan 0,26 ha torpaq sahəsi üzərində yerləşən 1291,9 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binasının (şadlıq sarayının) üzərinə həbs qoyulmaqla hərrac vasitəsi ilə satılması və likvid qiymətinin müəyyən edilməsi qərara alınmış, ipoteka predmetinin ilkin satış qiyməti 385000, təkrar satış qiyməti 327250 manat qiymətləndirilmiş,27 yanvar 2023-cü il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə əsasında qeyri-yaşayış binası ipoteka saxlayan və əldə etmək hüququna malik olan İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 tərəfindən 245437,50 manat ödənilməklə əldə edilmişdir. İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 17 fevral 2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında ünvan 1ində yerləşən 0.26 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində ümumi sahəsi 1291.9 kv.m olan qeyri-yaşayış binası üzərində mülkiyyət hüququ əldə etmişdir. 245437,50 manat puldan Saatlı rayon Notariat ofisinin xx.xx.2022-ci il tarixli, 8İ-198 nömrəli icra qeydinə əsasən Cavabdeh alınmalı olan 164640 manat borc və ödənilmiş 25 manat dövlət rüsumu, cəmi 164665 manat pul İddiaçı xeyrinə çıxılmış, borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində (11527 manat) icra ödənişi tutulmuş, qalan 69246 manat isə hazırda icra şöbəsinin depozit hesabında saxlanılır. Digər miras əmlak isə Saatlı rayonu, Sarıclar kəndində yerləşən 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində ümumi sahəsi 137.5 kv.m olan fərdi yaşayış evidir ki, həmin əmlakın ½ hissəsi Cavabdeh tərəfindən miras əmlak olaraq qəbul edilmişdir. Qeyd olunan əmlak 21723.5 manat dəyərində qiymətləndirilmişdir. Həmin qiymətlə də razıdırlar. Odur ki, göstərdiklərinin nəzərə alınaraq iddianın təmin olunması haqında qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclası zamanı Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı 14 sentyabr 2013-cü il tarixli mövcud borcun etirafı haqqında müqavilə və 14 sentyabr 2013-cü il tarixli kredit müqaviləsinə, həmçinin cavabdehin mərhum X3 yeganə vərəsəsi olmasına əsaslanıb cavabdehə qarşı iddia qaldırmışdır. Lakin nəzərə almaq lazımdır ki, hər iki müqavilədə nəzərdə tutulmuş borc pul məbləğləri böyük olsa da, həmin müqavilələr notariat qaydasında yox, sadə yazılı qaydada bağlanıldığından və hər iki müqavilədən irəli gələn öhdəliyin icrası üçün heç bir təminat üsulları nəzərdə tutulmadığından Cavabdeh hesab edir ki, hər iki müqavilədə borcalan qrafasındakı imzalar mərhum əri X7 tərəfindən icra edilməmişdir. Bu barədə ekspert rəyi olsa da, cavabdeh israrla həmin müqavilələrdəki imzaların mərhum əri Fikrət tərəfindən icra edilmədiyini bildirir. Həmçinin cavabdeh bildirir ki, göstərilən hər iki müqavilələr üzrə borc məbləğləri qaytarılmadan, iddiaçı tərəfindən mərhum ərinə 17 mart 2014-cü il tarixdə yenidən 164640 manat borc pul məbləğinin verilməsi əvvəlki iki müqavilənin həqiqiliyini şübhə altına alır. Cavabdeh mərhum əri Fikrət tərəfindən miras qalmış əmlakları qəbul etsə də, Fikrət Əliyevin qeyd olunan müqavilələrə imza etmədiyini, başqa sözlə, Fikrətlə Əlizaman arasında borcla bağlı əqd bağlanmadığını əsas gətirərək borc münasibətləri olmadığı təqdirdə 14 sentyabr 2013-cü il tarixli müqavilələr üzrə Fikrətin borclu olmadığını və belə olan təqdirdə də onun Fikrət Əliyevin götürmədiyi öhdəliklə bağlı məsuliyyət daşımadığını bildirir.Odur ki, göstərdiklərinin nəzərə alınaraq iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşdə olan 14 sentyabr 2013-cü il tarixli mövcud borcun etirafı haqqında müqavilədən görünür ki, borc alan X7 etiraf etmişdir ki, borc verən İddiaçı ona 315 min ABŞ dolları məbləğində pul vəsaiti vermiş, F.Əliyev isə borc məbləğini isə 14 sentyabr 2023-cü il tarixədək İddiaçı geri qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan 14 sentyabr 2013-cü il tarixli kredit müqaviləsindən görünür ki, borc verən İddiaçı borc alan X5 69 min manat məbləğində pul vəsaiti vermiş, Fikrət Əliyev isə həmin məbləği 10 il müddətinə, yəni 14 sentyabr 2023-cü il tarixə qədər geri qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, X1 rayonunun Qara Nuru kəndində yerləşən, ümumi sahəsi 1291,9 kv.m olan qeyri-yaşayış binasını İddiaçı ilə 164640 manat məbləğində 17 mart 2014-cü il tarixdə bağlanmış Saatlı rayon DNK tərəfindən təsdiq edilmiş 3M-01/17 reyestr nömrəli Kredit müqaviləsinin təminatı kimi ipotekaya qoymuş, tərəflər ipoteka qoyulan qeyri-yaşayış binasını 300000 manat məbləğində qiymətləndirmişlər. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 04 mart 2015-ci il tarixdə vəfat etmişdir. İşdə olan Saatlı rayon Dövlət notariat kontorunun 3M-16 nömrəli, xx.xx.2018-ci il tarixli razılaşma müqaviləsinin 1.2 bəndindən görünür ki, Cavabdeh Saatlı rayon Dövlət Notariat kontorunda 17 mart 2014-cü il tarixdə 3M-17 reyestr nömrəsi ilə təsdiq edilmiş Kredit Müqaviləsi və həmin kreditin təminatı kimi ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 1291,9 kv.m olan qeyri-yaşayış binasının ipotekaya qoyulmasına dair Saatlı rayon Dövlət Notariat kontorunda 17 mart 2014-cü il tarixdə 3M-17 reyestr nömrəsi ilə təsdiq edilmiş İpoteka müqaviləsi üzrə borc alan və İpoteka qoyan tərəf olmuş və 04 mart 2015-ci il tarixdə vəfat etmiş X3 həmin müqavilələr üzrə üzərinə götürdüyü öhdəliklər bütünlüklə onun qanun üzrə vərəsəsi Saatlı rayon Sarıcalar kəndində yaşayan, arvadı Cavabdeh üzərinə keçməklə Razılaşma müqaviləsi bağlamışlar. İşdə olan xx.xx.2022-ci il tarixli icra qeydindən görünür ki, İddiaçı xeyrinə Cavabdeh müddət üçün vaxtında ödənilməmiş 164640 manat, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu (haqq) olmaqla, cəmi 164665 manat pul tutulmalıdır.İcra qeydi reyestrdə 8İ-198 nömrəsi ilə qeyd edilmişdir. İşdə olan RX ******* seriya nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1i ünvanında mülkiyyətində olan 0,26 ha torpaq sahəsi və üzərində yerləşən 1291,9 kv.m ümumi sahədən ibarət olan qeyriyaşayış binası Cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixində ipotekanın əlavə qeydiyyatı olaraq İddiaçı xeyrinə yüklü edilmişdir.Çıxarışda əsas öhdəlik olaraq Saatlı rayon Dövlət notariat kontorunun 3M-16 nömrəli, xx.xx.2018-ci il tarixli razılaşma müqaviləsi göstərilmişdir. İşdə olan 15 iyul 2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, şəhadətnamə verilən miras əmlak Saatlı rayonu, Sarıclar kəndində yerləşən 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində ümumi sahəsi 137.5 kv.m olan fərdi yaşayış evindən ibarətdir. Cavabdeh qeyd olunan əmlaklardan ½ hissədə mirasdan pay almışdır. İşdə olan 15 iyul 2016-cı il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamədən görünür ki, Cavabdeh mülkiyyət hüququ haqqında şəhadətnamə verilən ümumi birgə əmlak Saatlı rayonu, Sarıclar kəndində yerləşən 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində ümumi sahəsi 137.5 kv.m olan fərdi yaşayış evidir. İşdə olan 24 oktyabr 2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, miras əmlak ünvan 1ində yerləşən 0.26 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində ümumi sahəsi 1291.9 kv.m olan daşınmaz əmlakdan ibarətdir. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyesterindən seriya RX ******* saylı çıxarışdan görünür ki, Cavabdeh mülkiyyətində Saatlı rayon Qara Nuru kəndində 0.26 ha torpaq sahəsi üzərində yerləşən 1291.9 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binası vardır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 21 iyul 2016-cı il tarixli ********** qeydiyyat nömrəli çıxarışın və texniki pasportun surətindən görünür ki, Saatlı rayonu, Sarıclar kəndində yerləşən 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində ümumi sahəsi 137.5 kv.m olan fərdi yaşayış evi Cavabdeh mülkiyyətindədir və daşınmaz əmlakın dəyəri 21723.5 manat qiymətləndirilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 17 fevral 2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1ində yerləşən 0.26 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində ümumi sahəsi 1291.9 kv.m olan qeyri-yaşayış binası İddiaçı mülkiyyətindədir. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 fevral 2023-cü il tarixli, 4/1891 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mülki işin 27-ci vərəqində olan 12 sentyabr 2013-cü il tarixli kredit müqaviləsində “İMZALAR: 2.” Qrafasında “Əliyev F.” yazısının önündəki imza, 48-ci vərəqində olan 14 sentyabr 2013-cü il tarixli mövcud borcun etirafı haqqında müqavilədə “borc alan” qrafasındakı imza, 49-50-ci vərəqlərində olan 14 sentyabr 2013-cü il tarixli kredit müqaviləsinin 1-ci vərəqinin aşağı sağ küncündə “Aliev F.” yazısının önündəki imza və 2-ci vərəqində “Borc Alan” qrafasındakı imza və 52-ci vərəqində olan 17 mart 2014-cü il tarixli ipoteka müqaviləsində “İpoteka verən:” qrafasındakı imza eyni bir şəxs tərəfindən icra olunmuşdur. İşdə olan “Sərraf-M” Qiymətləndirmə və konsaltinq şirkətinin xx.xx.2022-ci il tarixli 0260/22 saylı ekspert rəyindən görünür ki, ünvan 1ində yerləşən 0.26 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində ümumi sahəsi 1291.9 kv.m olan qeyri-yaşayış binasının orta bazar qiyməti 385.000 manat qiymətləndirilmişdir. İşdə olan 27 yanvar 2023-cü il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, ünvan 1ində yerləşən 0.26 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində ümumi sahəsi 1291.9 kv.m olan qeyri-yaşayış binası ipoteka saxlayan və əldə etmək hüququna malik olan İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 tərəfindən 245437,50 manat ödənilməklə əldə edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və cavabdehin nümayəndəsinin izahatını dinləyib, işdə olan materialları hərtərəfli araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia tələbinə düzgün hüquqi qiymət verilməsi üçün, ilk növbədə, 14 sentyabr 2013-cü il tarixli mövcud borcun etirafı haqqında və 14 sentyabr 2013-cü il tarixli kredit müqavilələrinin etibarlılığı məsələsinə aydınlıq gətirilməlidir. İş materiallarından göründüyü kimi, 14 sentyabr 2013-cü il tarixli müqaviləyə əsasən F.Əliyev İddiaçı ona 315 min ABŞ dolları məbləğində pul vəsaiti verdiyini və həmin borc məbləğini İddiaçı geri qaytarmağı öhdəsinə götürdüyünü etiraf etmişdir. 14 sentyabr 2013-cü il tarixli kredit müqaviləsindən isə görünür ki, F.Əliyev İddiaçı 69 min manat məbləğində pul vəsaitini almış və həmin məbləği 10 il müddətinə, yəni 14 sentyabr 2023-cü il tarixə qədər geri qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh tərəf etirazının əsas dəlili kimi mərhum Fikrət Əliyevlə İddiaçı arasında 14 sentyabr 2013-cü il tarixli mövcud borcun etirafı haqqında müqavilə və 14 sentyabr 2013-cü il tarixli kredit müqaviləsinin bağlanmadığını, “borc alan” qrafasındakı imzaların mərhum əri X7 tərəfindən deyil, başqa şəxs tərəfindən icra edildiyini göstərsə də, cavabdeh tərəfin qeyd olunan dəlilləri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 01 fevral 2023-cü il tarixli, 4/1891 nömrəli ekspert rəyi ilə bir daha təkzib olunmuşdur. Odur ki, məhkəmə sözügedən müqavilələri mülki qanunvericiliyin tələblərinə uyğun bağlanmış etibarlı əqd kimi qəbul edir. Məhkəmə həmçinin qeyd edir ki, MPM-in 103.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Hazırki iş üzrə verilmiş ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir və cavabdeh tərəfindən ekspert rəyini şübhə altına alan sübutlar məhkəməyə təqdim təqdim olunmamışdır. Digər tərəfdən, işə baxılarkən ekspert rəyi ətraflı şəkildə tədqiq olunmuş, aydın olmayan, habelə qiymət verilməsi mümkün olmayan xüsusat müəyyən edilmədiyindən, həmçinin cavabdehin nümayəndəsi tərəfindən bu barədə vəsatət də verilmədiyindən məhkəmə əlavə və ya təkrar ekspertiza təyin olunmasına da zərurət bilməmişdir. Odur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 01 fevral 2023-cü il tarixli, 4/1891 nömrəli rəyi iş üçün mühüm əhəmiyyət kəsb edən yazılı sənəd və mötəbər sübut kimi qəbul edilməlidir. İddia tələbi ilə bağlı digər bir zəruri məsələ cavabdehin qəbul etdiyi miras əmlakın həcminə aydınlıq gətirilməsidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddia tələbinin yönəldiyi miras əmlaklara ünvan 1ində yerləşən 0.26 ha torpaq sahəsi, o cümlədən həmin torpaq sahəsinin üzərində ümumi sahəsi 1291.9 kv.m olan qeyri-yaşayış binası və Saatlı rayonu, Sarıclar kəndində yerləşən 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində ümumi sahəsi 137.5 kv.m olan fərdi yaşayış evinin ½ hissəsi daxildir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Saatlı rayonu, Sarıclar kəndində yerləşən 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində ümumi sahəsi 137.5 kv.m olan fərdi yaşayış evi Cavabdeh mülkiyyətindədir və daşınmaz əmlakın dəyəri 21723.5 manat qiymətləndirilmişdir. İşdə olan 15 iyul 2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən də görünür ki, şəhadətnamə verilən miras əmlak Saatlı rayonu, Sarıclar kəndində yerləşən 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində ümumi sahəsi 137.5 kv.m olan fərdi yaşayış evindən ibarətdir. Cavabdeh qeyd olunan əmlaklardan ½ hissədə miras payı almışdır. Bundan başqa, məhkəmə araşdırması zamanı tərəflər həmin əmlakın 21723.5 manat məbləğində qiymətləndirilməsini qəbul edirlər və bu, mübahisə doğurmur. Odur ki, miras əmlakın dəyəri Saatlı rayonu, Sarıclar kəndində yerləşən 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində ümumi sahəsi 137.5 kv.m olan fərdi yaşayış evinə münasibətdə ½ hissə, yəni 10861.75 manat qəbul edilməlidir. Mirasa daxil olan olan digər əmlaka, yəni ünvan 1ində yerləşən 0.26 ha torpaq sahəsi, o cümlədən həmin torpaq sahəsinin üzərində ümumi sahəsi 1291.9 kv.m olan qeyri-yaşayış binasına gəlincə qeyd edilməlidir ki, iş materiallarından göründüyü kimi, sözügedən əmlak tam mülkiyyət hüququ əsasında mərhum X5 məxsus olmuş, sonuncu tərəfindən həmin qeyriyaşayış binası (şadlıq sarayı) X7 ilə İddiaçı arasında 164640 manat məbləğində 17 mart 2014cü il tarixdə bağlanmış Saatlı rayon DNK tərəfindən təsdiq edilmiş 3M-01/17 reyestr nömrəli Kredit müqaviləsinin təminatı kimi ipotekaya qoyulmuş, Şirvan Apellyasiya Məhkəməsinin 04 avqust 2022-ci il tarixli, 8(106)60/2022 saylı qərardadına əsasən Saatlı rayon Notariat ofisinin 26 yanvar 2022-ci il tarixli, 8İ-198 saylı icra qeydi üzrə borclu Saatlı rayon Sarıcalar kənd sakini Cavabdeh məxsus Saatlı rayon Qara Nuru kəndində yerləşən mülkiyyətində olan 0,26 ha torpaq sahəsi üzərində yerləşən 1291,9 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binasının (şadlıq sarayının) üzərinə həbs qoyulmaqla hərrac vasitəsi ilə satılması və likvid qiymətinin müəyyən edilməsi qərara alınmış, ipoteka predmetinin ilkin satış qiyməti 385000, təkrar satış qiyməti 327250 manat qiymətləndirilmiş, 27 yanvar 2023-cü il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə əsasında qeyri-yaşayış binası ipoteka saxlayan və əldə etmək hüququna malik olan İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 tərəfindən 245437,50 manat ödənilməklə əldə edilmişdir. İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 17 fevral 2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında ünvan 1ində yerləşən 0.26 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində ümumi sahəsi 1291.9 kv.m olan qeyriyaşayış binası üzərində mülkiyyət hüququ əldə etmişdir. 245437,50 manat puldan Saatlı rayon Notariat ofisinin xx.xx.2022-ci il tarixli, 8İ-198 nömrəli icra qeydinə əsasən Cavabdeh alınmalı olan 164640 manat borc və ödənilmiş 25 manat dövlət rüsumu, cəmi 164665 manat pul İddiaçı xeyrinə çıxılmış, borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində (11527 manat) icra ödənişi tutulmuş, qalan 69246 manat icra şöbəsinin depozit hesabında saxlanılmışdır. Odur ki, 1291,9 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binasına münasibətdə miras əmlakın dəyəri 69246 manat qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 8.1-ci və 9.1-ci maddələrində isə qeyd edilir ki, mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməklə Cavabdeh 80107.75 manat pul alınaraq İddiaçı verilməli, iddianın qalan hissəsi təmin edilməməlidir. İşdə olan ödəniş qəbzindən görünür ki, İddiaçı 894.50 manat dövlət rüsumu ödəmişdir. İşdə olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 62 manat təşkil edir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, İddiaçı ödədiyi dövlət rüsumunun 330 manatı Cavabdeh, qalanı isə iddiaçıya aid edilməlidir. Ekspertiza tədqiqinin dəyəri olan 112 manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 80107(səksən min bir yüz yeddi) manat 75(yetmiş beş) qəpik pul alınaraq İddiaçı verilsin. İddiaçı ödəmiş olduğu dövlət rüsumunun əvəzində 330(üç yüz otuz) manat pul Cavabdeh alınaraq İddiaçı ödənilsin. Ekspertiza tədqiqinin dəyəri olan 112 (bir yüz on iki) manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar