Məhkəmə qərarları › İş №2(055)-354/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-354/2023

15.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-354/2023 15.05.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 iştirakı ilə İddiaçı X3-Bank Kredit Təşkilatının Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı X3-Bank Kredit Təşkilatı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1523 manat əsas borcun, 254.20 manat faiz borcunun, 119.44 manat cərimə borcunun, cəmi 1896.64 manat borcun və ödənilmiş 38.97 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X3-Bank Kredit Təşkilatı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı X3-Bank Kredit Təşkilatı ilə Cavabdeh arasında bağlanmış 16 avqust 2022-ci il tarixli, **********0749 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh 18 ay müddətinə, illik 28% olmaqla 2000 manat məbləğində kredit verilmişdir. Cavabdeh kreditin və kredit faizlərinin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq hazırkı vaxtadək cavabdeh banka olan 1523 manat əsas borcu və 254.20 manat faiz borcunu, 119.44 manat cərimə borcunu, cəmi 1896.64 manat borcunu ödəməmişdir. Ona görə də, Cavabdeh 1523 manat əsas borcun, 254.20 manat faiz borcunun, 119.44 manat cərimə borcunun, cəmi 1896.64 manat borcun və ödənilmiş 38.97 manat dövlət rüsumunun alınıb İddiaçı X3-Bank Kredit Təşkilatının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Göstərilən mülki iş üzrə iddiaçının nümayəndəsi X1 məhkəməyə ünvanladığı teleqramdan görünür ki, İddiaçı X3-Bank Kredit Təşkilatının Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair təyin olunmuş məhkəmə iclasında iştirak edə bilməməsinin nəzərə alınaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın tam təmin olunasını məhkəmədən xahiş etmişdir. Məhkəmə İddiaçı X3-Bank Kredit Təşkilatının nümayəndəsi X1 xahişini nəzərə alaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə hazırlıq iclasında iştirak edərək və məhkəməyə ərizə təqdim edərək İddiaçı MMM QBKT-nin ona qarşı olan iddia tələbini qəbul etdiyini və bu barədə məhkəmənin qətnamə çıxarmasına etirazının olmadığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 21 yanvar 2022-ci il tarixli, **********0749 saylı kredit müqaviləsindən görünür ki, bu müqavilə illik 28% olmaqla 18 ay müddətinə 2000 manat məbləğində kreditin verilməsi ilə əlaqədar İddiaçı X3-Bank Kredit Təşkilatı ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş 13 fevral 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı X3-Bank Kredit Təşkilatınə 21 yanvar 2022-ci il tarixli, **********0749 saylı kredit müqaviləsi üzrə əsas borcu 1523 manat, faiz borcu 254.20 manat, cərimə borcu 119.44 manat, cəmi borcu 1896.64 manat təşkil edir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinin tələbinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hazırlıq iclası zamanı cavabdeh iddianı etiraf etdiyindən və bu etiraf məhkəmə tərəfindən təsdiq olunduğundan iddiaçının irəli sürdüyü tələbin təmin olunması barədə qətnamə çıxarılmalıdır. İş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, İddiaçı X3-Bank Kredit Təşkilatı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 38.97 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş 38.97 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək Cavabdeh 1523 manat əsas borc, 254.20 manat faiz borcu, 119.44 manat cərimə borcu, 38.97 manat ödənilmiş dövlət rüsumu, cəmi 1935.61 manat pul alınaraq İddiaçı X3-Bank Kredit Təşkilatına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 1523 manat əsas borc, 254.20 manat faiz borcu, 119.44 manat cərimə borcu, cəmi 1896.64 manat borc və ödənilmiş 38.97 manat dövlət rüsumu, cəmi 1935 (bir min doqquz yüz otuz beş) manat 61 (altmış bir) qəpik alınıb İddiaçı X3-Bank Kredit Təşkilatının xeyrinə ödənilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar