Məhkəmə qərarları › İş №2(055)-357/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-357/2023

20.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-357/2023 20.04.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlu, İddiaçı X1-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı X1-Bank Kredit Təşkilatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 2447 manat əsas borc, 75.89 manat faiz borcu, 0.00 manat cərimə borcu, cəmi 2522.89 manat borcun və 45.23 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı X1-Bank Kredit Təşkilatı ərizəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 09 oktyabr 2019-cu il tarixli **********0250 saylı kredit (restruktruzasiya) müqaviləsininə əsasən cavabdehə onun vaxtı keçmiş əsas kredit borcunun 09 oktyabr 2019-cu il tarixə olan 2447 manat qalıq məbləğini ödəməsi məqsədi ilə 2447 manat güzəştli kredit vermiş, cavabdeh isə verilmiş krediti, o cümlədən kredit üzərində hesablanan faizləri bu müqaviləyə əlavə hesab edilən ödəniş cədvəlinə uyğun olaraq ilk bir il müddətində hər ay 2.11 manat, növbəti dörd il müddətində isə hər ay 52.04 manat olmaqla iddiaçıya ödəməklə öhdəliyi tam şəkildə yerinə yetirməyi öz üzərinə götürmüşdür. Həmçinin kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq 09 oktyabr 2019-cu il tarixli **********0***-******* saylı zaminlik müqaviləsi ilə Cavabdeh2 sözü gedən kredit müqaviləsinin icrasına zamin olmuşdur. Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. 17 fevral 2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 İddiaçı X1-Bank Kredit Təşkilatına 2447 manat əsas borcu, 75.89 manat faiz borcu, 0.00 manat cərimə borcu, cəmi 2522.89 manat borcu vardır. Ona görə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2447 manat əsas borc, 75.89 manat faiz borcu, 0.00 manat cərimə borcu, cəmi 2522.89 manat borcun və 45.23 manat ödənilmiş dövlət rüsumunun alınıb İddiaçı X1-Bank Kredit Təşkilatının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 09 oktyabr 2019-cu il tarixli **********0250 saylı kredit (restruktruzasiya) müqaviləsindən və ona əlavədən (ödəniş cədvəlindən) görünür ki, İddiaçı X1-Bank Kredit Təşkilatı tərəfindən Cavabdeh1 cavabdehin vaxtı keçmiş əsas kredit borcunun 09 oktyabr 2019-cu il tarixə olan 2447 manat qalıq məbləğini ödəməsi məqsədi ilə 2447 manat güzəştli kredit vermiş, cavabdeh isə verilmiş krediti, o cümlədən kredit üzərində hesablanan faizləri bu müqaviləyə əlavə hesab edilən ödəniş cədvəlinə uyğun olaraq ilk bir il müddətində hər ay 2.11 manat, növbəti dörd il müddətində isə hər ay 52.04 manat olmaqla iddiaçıya ödəməklə öhdəliyi tam şəkildə yerinə yetirməyi öz üzərinə götürmüşdür. İşdə olan 09 oktyabr 2019-cu il tarixli, **********0***-******* saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 09 oktyabr 2019-cu il tarixli **********0250 saylı kredit müqaviləsinə əsasən kredit alan (Cavabdeh1) müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl etmədiyi hallarda, əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. İşdə olan 17 fevral 2023-cü il tarixli maliyyə arayışından görünür ki, 09 oktyabr 2019-cu il tarixli **********0250 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı X1-Bank Kredit Təşkilatına 2447 manat əsas borcu, 75.89 manat faiz borcu, 0.00 manat cərimə borcu, cəmi 2522.89 manat borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 09 oktyabr 2019-cu il tarixli **********0250 saylı kredit (restruktruzasiya) müqaviləsininə əsasən cavabdehə onun vaxtı keçmiş əsas kredit borcunun 09 oktyabr 2019-cu il tarixə olan 2447 manat qalıq məbləğini ödəməsi məqsədi ilə 2447 manat güzəştli kredit vermiş, cavabdeh isə verilmiş krediti, o cümlədən kredit üzərində hesablanan faizləri bu müqaviləyə əlavə hesab edilən ödəniş cədvəlinə uyğun olaraq ilk bir il müddətində hər ay 2.11 manat, növbəti dörd il müddətində isə hər ay 52.04 manat olmaqla iddiaçıya ödəməklə öhdəliyi tam şəkildə yerinə yetirməyi öz üzərinə götürmüşdür. Həmçinin kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq 09 oktyabr 2019-cu il tarixli **********0***-******* saylı zaminlik müqaviləsi ilə Cavabdeh2 sözü gedən kredit müqaviləsinin icrasına zamin olmuşdur. Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. 17 fevral 2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 İddiaçı X1-Bank Kredit Təşkilatına 2447 manat əsas borcu, 75.89 manat faiz borcu, 0.00 manat cərimə borcu, cəmi 2522.89 manat borcu vardır. Ona görə də İddiaçı X1-Bank Kredit Təşkilatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada həmin borcu tələb edir. Qeyd olunanlardan görünür ki, İddiaçı X1-Bank Kredit Təşkilatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2447 manat əsas borc, 75.89 manat faiz borcu, 0.00 manat cərimə borcu, cəmi 2522.89 manat pulu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2447 manat əsas borc, 75.89 manat faiz borcu, 0.00 manat cərimə borcu, cəmi 2522.89 manat pul alınıb İddiaçı X1-Bank Kredit Təşkilatının xeyrinə ödənilməlidir. İşdə olan 20 iyul 2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı X1-Bank Kredit Təşkilatı tərəfindən 45.23 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraaq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 45.23 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2447 manat əsas borc, 75.89 manat faiz borcu, 0.00 manat cərimə borcu, cəmi 2522 (iki min beş yüz iyirmi iki) manat, 89 (səksən doqquz) qəpik borc alınıb İddiaçı X1-Bank Kredit Təşkilatının xeyrinə ödənilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 45 (qırx beş) manat 23 (iyirmi üç) qəpik dövlət rüsumu alınıb İddiaçı X1-Bank Kredit Təşkilatının xeyrinə ödənilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Hakim: Mirlətif Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar