Məhkəmə qərarları › İş №2(055)-36/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-36/2024

14.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-36/2024 14.02.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi İbrahimov Səxavət Abas oğlunun, Cavabdeh1 iştirakı ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 1639 manat əsas borc, 775 manat faiz borcu, 1092.60 manat cərimə borcu, cəmi 3506.60 manat borc və ödənilmiş 56 manat dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 iddianı müdafiə edərək izahatında göstərdi ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 20 aprel 2022-ci il tarixli, 51/10 saylı kredit müqaviləsinə əsasən cavabdehə 19 ay müddətinə, aylıq 2.5% dərəcəsi ilə qaytarmaq şərti ilə 3100 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin təmin edilməsi məqsədi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət ilə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında 20 aprel 2022-ci il tarixli, 51/10 saylı zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən zaminlər kredit alanın öhdəliklərinin yerinə yetirilməsinə görə iddiaçı qarşısında kredit alanla birlikdə cavabdehlik daşımağı öhdələrinə götürmüşlər. Lakin Cavabdeh1 müqavilənin şərtlərinə əməl etməyərək kredit müqaviləsi üzrə borcu tam ödəməkdən yayınmışdır. Bundan sonra iddiaçı tərəfindən həmin borcun məhkəmədən kənar qaydada ödənilməsi barədə cavabdehlə danışıqlar aparılmış, xəbərdarlıq göndərilmiş, lakin cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməkdən imtina etmiş, nəticədə cavabdehin iddiaçıya 1639 manat əsas borcu, 775 manat faiz borcu, 1092.60 manat cərimə borcu, cəmi 3506.60 manat borcu yaranmışdır. Ona görə də göstərdiklərinin nəzərə alınıb cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 1639 manat əsas borcun, 775 manat faiz borcunun, 1092.60 manat cərimənin, cəmi 3506.60 manat borcun və 56 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh1 iddianı qismən etiraf edərək izahatında göstərdi ki, onunla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 20 aprel 2022-ci il tarixli, 51/10 saylı kredit müqaviləsinə əsasən ona 19 ay müddətinə, aylıq 2.5% dərəcəsi ilə qaytarmaq şərti ilə 3100 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin təmin edilməsi məqsədi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət ilə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında 20 aprel 2022-ci il tarixli, 51/10 saylı zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən zaminlər kredit alanın öhdəliklərinin yerinə yetirilməsinə görə iddiaçı qarşısında kredit alanla birlikdə cavabdehlik daşımağı öhdələrinə götürmüşlər. Maddi imkanı olmadığından kredit borcunu iddiaçıya ödəyə bilməmişdir. İddia tələbinin əsas və faiz borcu hissəsini ekspert rəyində göstərilən məbləğdə qəbul edir. Lakin iddianın cərimə hissəsi ilə razı deyil. Çünki cərimə məbləği şişirdilmişdir.Odur ki, göstərdiklərinin nəzərə alınaraq iddianın qismən təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh3 və Cavabdeh2 heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmirlər və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan 20 aprel 2022-ci il tarixli, 51/10 saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilə cavabdehə 19 ay müddətinə, aylıq 2.5% dərəcəsi ilə 3100 manat məbləğində kreditin verilməsi ilə əlaqədar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmışdır. İşdə olan 20 aprel 2022-ci il tarixli, 51/10 saylı zaminlik müqaviləsindən görünür ki, cavabdeh (kredit alan) Cavabdeh1 iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən götürdüyü 3100 manat kreditlə əlaqədar olaraq zaminlər (cavabdehlər) Cavabdeh2 və Cavabdeh3 kredit alan-Cavabdeh1 ilə birlikdə iddiaçı qarşısında məsuliyyət daşımağı öz öhdələrinə götürmüşlər. İşdə olan 07 avqust 2023-cü il tarixli, 154 saylı məktubdan görünür ki, 20 aprel 2022-ci il tarixli, 51/10 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə əsas borcu 1639 manat, faiz borcu 775 manat, cərimə borcu 1092.60 manat, cəmi borcu 3506.60 manat təşkil edir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 dekabr 2023-cü il tarixli, 9/8441 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh1 iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 07 avqust 2023-cü il tarixə əsas borc üzrə 1470.77 manat, faiz borcu üzrə 243.90 manat borcunun olması müəyyən edilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında 20 aprel 2022-ci il tarixli, 51/10 saylı kredit müqaviləsinə əsasən cavabdehə 19 ay müddətinə ödəmək şərti ilə 3100 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin təmin edilməsi məqsədi ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh1 kredit öhdəliklərini tam yerinə yetirənədək zaminlər cavabdehlə birlikdə iddiaçı qarşısında eyni həcmdə məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert rəyi ilə cavabdehin 07 avqust 2023-cü il tarixə əsas borc üzrə 1470.77 manat, faiz borcu üzrə 243.90 manat borcu olması müəyyən edilmişdir. Məhkəmə iş üzrə müəyyən olunmuş halları hüquqi cəhətdən dəyərləndirərək hesab edir ki, 26 dekabr 2023-cü il tarixli, 9/8441 nömrəli məhkəmə ekspertizası rəyi mötəbər sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehlərdən 20 aprel 2022-ci il tarixli, 51/10 saylı müqavilə üzrə tələb olunan 1092.60 manat məbləğində dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 40 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 1470.77 manat əsas borc, 243.90 manat faiz borcu, 40 manat cərimə borcu, cəmi 1754.67 manat alınıb iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddianın qalan hissəsi təmin olunmamalıdır. İş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 56 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşə əlavə edilmiş ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş 56 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə-mühasibatlıq ekspertizasının tədqiqinin dəyəri olan 100 manat ekspertiza xərci cavabdehlərdən müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 1470.77 manat əsas borc, 243.90 manat faiz borcu, 40 manat cərimə borcu, cəmi 1754(bir min yeddi yüz əlli dörd) manat 67(altmış yeddi) qəpik alınıb iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 56(əlli altı) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Məhkəmə-mühasibatlıq ekspertizasının tədqiqinin dəyəri olan 100 (bir yüz) manat cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. çıxarış İş № 2(055)-36/2024 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 14 fevral 2024-cü il Saatlı şəhəri Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq.... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 1470.77 manat əsas borc, 243.90 manat faiz borcu, 40 manat cərimə borcu, cəmi 1754(bir min yeddi yüz əlli dörd) manat 67(altmış yeddi) qəpik alınıb iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 56(əlli altı) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Məhkəmə-mühasibatlıq ekspertizasının tədqiqinin dəyəri olan 100 (bir yüz) manat cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar