Məhkəmə qərarları › İş №2(055)-363/2023

Saatlı Rayon Məhkəməsi Qərardad — İş №2(055)-363/2023

06.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 2(055)-363/2023 06.03.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlu, İddiaçı "xxxx" MMC-nin cavabdehlər X2, Cavabdeh2 və X1 qarşı pul tələbinə dair kiçik iddia ərizəsinə baxaraq, Müəyyənetdi: İddiaçı "xxxx" MMC cavabdehlər X2, Cavabdeh2 və X1 qarşı pul tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən əsas borc üzrə 1400 manat, faiz borcu üzrə 672 manat, cərimə borcu üzrə 777 manat, cəmi 2849 manat borcun və 48.49 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq hesab edir ki, onlar geri qaytarılmalıdır. Belə ki, iş materialları araşdırılarkən müəyyən edildi ki, iddiaçı "xxxx" MMC iddia ərizəsində tərəfləri iddiaçı və cavabdeh əvəzinə kreditor və borclu kimi qeyd etmiş, həmçinin kiçik iddia ərizəsində yekun məhkəmə aktı olaraq qətnamə deyil, məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş iddia ərizəsinin formasına və məzmununa riayət edilmədən hazırlanmış və məhkəməyə göndərilmişdir. Belə ki, iddiaçı iddia ərizəsində kreditor və borclu əvəzinə iddiaçı və cavabdeh qeyd etməli həmçinin iddia ərizəsində yekun məhkəmə aktı olara məhkəmə əmri deyil, qətnamə çıxarılmasını xahiş etməli idi. Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC-nin cavabdehlər X2, Cavabdeh2 və X1 qarşı pul tələbinə dair kiçik iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı:

1. İddiaçı "xxxx" MMC-nin cavabdehlər X2, Cavabdeh2 və X1 qarşı pul tələbinə dair kiçik iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılsın.

2. İddiaçıya izah olunsun ki, kiçik iddia ərizəsinin qaytarılması barədə olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə müvafiq səlahiyyətli məhkəməyə müraciət etməyə mane olmur.

3. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Mirlətif Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar