Məhkəmə qərarları › İş №2(055)-411/2025

Saatlı Rayon Məhkəməsi Qərardad — İş №2(055)-411/2025

17.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 2(055)-411/2025 17.02.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlu, İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri araşdıraraq, Müəyyənetdi: İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək belə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ərazi aidiyyəti üzrə Saatlı Rayon Məhkəməsində baxılmalı olmadığından iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. “Elektron məhkəmə” informasiya sisteminin çıxarışından görünür ki, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya izah edilməlidir ki, hazırki iddia tələbi ilə bağlı cavabdehin rəsmi qeydiyyatda olduğu yer üzrə məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı m: İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, hazırki iddia tələbi ilə bağlı cavabdehin rəsmi qeydiyyatda olduğu yer üzrə məhkəməyə müraciət edə bilər. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Saatlı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar