Məhkəmə qərarları › İş №2(055)-417/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-417/2023

12.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-417/2023 12.05.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2022-ci il tarixli, 154-EMB-0261-22 saylı kredit müqaviləsi üzrə 1509.20 manat əsas borcun, 226.38 manat cərimə borcunun, xx.xx.2022-ci il tarixli, 698- HMS-0021-22 saylı kredit müqaviləsi üzrə isə 3509.73 manat əsas borcun, 665.28 manat faiz borcunun və 526.46 manat cərimə borcunun, həmçinin ödənilmiş 84.77 manat dövlət rüsumunun, cəmi 6521.82 manat pulun alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 154-EMB-0261-22 saylıkredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh 19 ay müddətinə qaytarmaq şərti ilə 1715 manat, xx.xx.2022-ci il tarixli, 698-HMS-0021-22 saylı kredit müqaviləsinə əsasən isə iddiaçı tərəfindən Cavabdeh 24 ay müddətinə qaytarmaq şərti ilə 3860 manat məbləğində kredit verilmişdir. Cavabdeh kreditin və kredit faizlərinin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq hazırkı vaxtadək cavabdeh "xxxx" QSC-nə olan xx.xx.2022-ci il tarixli, 154-EMB-0261-22 saylı kredit müqaviləsi üzrə 1509.20 manat əsas borcu, 226.38 manat cərimə borcunu, xx.xx.2022-ci il tarixli, 698-HMS-0021-22 saylı kredit müqaviləsi üzrə isə 3509.73 manat əsas borcu, 665.28 manat faiz borcunu və 526.46 manat cərimə borcunu, hər iki müqavilə üzrə cəmi 6437.05 manat borcunu ödəməmişdir. Ona görə də, Cavabdeh xx.xx.2022-ci il tarixli, 154-EMB-0261-22 saylı kredit müqaviləsi üzrə 1509.20 manat əsas borcun, 226.38 manat cərimə borcunun, xx.xx.2022-ci il tarixli, 698-HMS-0021-22 saylı kredit müqaviləsi üzrə isə 3509.73 manat əsas borcun, 665.28 manat faiz borcunun və 526.46 manat cərimə borcunun, hər iki müqavilə üzrə cəmi 6437.05 manat borcun və ödənilmiş 84.77 manat dövlət rüsumunun alınıb iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Göstərilən mülki iş üzrə iddiaçının nümayəndəsinin məhkəməyə ünvanladığı ərizədən görünür ki, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair təyin olunmuş məhkəmə iclasında iştirak edə bilməməsinin nəzərə alınaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın tam təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsinin xahişini nəzərə alaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş xx.xx.2022-ci il tarixli, 154-EMB- 0261-22 saylı kredit müqaviləsindən görünür ki, bu müqavilə 19 ay müddətinə olmaqla 1715 manat məbləğində kreditin verilməsi ilə əlaqədar "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş xx.xx.2022-ci il tarixli, 698-HMS- 0021-22 saylı kredit müqaviləsindən görünür ki, bu müqavilə 24 ay müddətinə, illik 35% olmaqla 3860 manat məbləğində kreditin verilməsi ilə əlaqədar "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş 15 fevral 2023-cü il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə xx.xx.2022-ci il tarixli, 154-EMB-0261-22 saylı kredit müqaviləsi üzrə 1509.20 manat əsas borcu, 226.38 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli, 698- HMS-0021-22 saylı kredit müqaviləsi üzrə isə 3509.73 manat əsas borcu, 665.28 manat faiz borcu və 526.46 manat cərimə borcu, hər iki müqavilə üzrə cəmi borcu 6437.05 manat təşkil edir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 154-EMB-0261-22 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh 19 ay müddətinə 1715 manat, xx.xx.2022-ci il tarixli, 698-HMS-0021-22 saylı kredit müqaviləsinə əsasən isə iddiaçı tərəfindən Cavabdeh 24 ay müddətinə, illik 35% olmaqla 3860 manat məbləğində kredit verilmişdir. Cavabdeh kreditin və kredit faizlərinin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq hazırkı vaxtadək cavabdeh banka olan xx.xx.2022-ci il tarixli, 154-EMB-0261-22 saylı kredit müqaviləsi üzrə 1509.20 manat əsas borcu, 226.38 manat cərimə borcunu, xx.xx.2022-ci il tarixli, 698-HMS- 0021-22 saylı kredit müqaviləsi üzrə isə 3509.73 manat əsas borcu, 665.28 manat faiz borcunu və 526.46 manat cərimə borcunu, hər iki müqavilə üzrə cəmi 6437.05 manat borcunu ödəməmişdir və hazırda iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh xx.xx.2022-ci il tarixli, 154-EMB-0261-22 saylı kredit müqaviləsi üzrə 1509.20 manat əsas borcu, 226.38 manat cərimə borcunu, xx.xx.2022-ci il tarixli, 698-HMS-0021-22 saylı kredit müqaviləsi üzrə isə 3509.73 manat əsas borcu, 665.28 manat faiz borcunu və 526.46 manat cərimə borcunu, hər iki müqavilə üzrə cəmi 6437.05 manat borcun tutulmasını tələb edir. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh xx.xx.2022-ci il tarixli, 154-EMB-0261-22 saylı kredit müqaviləsi üzrə 1509.20 manat əsas borcun, 226.38 manat cərimə borcunun, xx.xx.2022-ci il tarixli, 698-HMS-0021-22 saylı kredit müqaviləsi üzrə isə 3509.73 manat əsas borcun, 665.28 manat faiz borcunun və 526.46 manat cərimə borcunun, hər iki müqavilə üzrə cəmi 6437.05 manat borcun tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, Cavabdeh tələb olunan xx.xx.2022-ci il tarixli, 154-EMB- 0261-22 saylı kredit müqaviləsi üzrə 226.38 manat cərimə (dəbbə pulu) 100 manatadək, 698-HMS-0021-22 saylı kredit müqaviləsi üzrə olan 526.46 manat cərimə (dəbbə pulu) isə 300 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 154-EMB-0261-22 saylı kredit müqaviləsi üzrə 1509.20 manat əsas borc, 100 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli, 698-HMS-0021-22 saylı kredit müqaviləsi üzrə isə 3509.73 manat əsas borc, 665.28 manat faiz borcu və 300 manat cərimə borcu, hər iki müqavilə üzrə cəmi 6084.21 manat borc alınaraq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 84.77 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş 84.77 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 154-EMB-0261-22 saylı kredit müqaviləsi üzrə 1509.20 manat əsas borc, 100 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli, 698-HMS-0021-22 saylı kredit müqaviləsi üzrə isə 3509.73 manat əsas borc, 665.28 manat faiz borcu və 300 manat cərimə borcu, hər iki müqavilə üzrə cəmi 6084.21 manat borc və ödənilmiş 84.77 manat dövlət rüsumu, ümumilikdə 6168 (altı min yüz altmış səkkiz) manat 98 (doxsan səkkiz) qəpik pul alınıb iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar