Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-424/2024 28.03.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 940 manat əsas borcun, 507.60 manat faiz borcunun, 470 manat cərimənin, ödənilmiş 41.11 manat dövlət rüsumunun, cəmi 1958.71 manat borcun alınması tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 oğlu arasında bağlanmış 12 yanvar 2024-cü il tarixli, 54/34 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 18 ay müddətinə, aylıq 3% olmaqla 940 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin təmin edilməsi məqsədi ilə iddiaçı "xxxx" MMC ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 12 yanvar 2024-cü il tarixli, 54/34 saylı zaminlik müqaviləsinə əsasən cavabdeh-zaminlər Cavabdeh2 və Cavabdeh3 kredit alanın öhdəliklərinin yerinə yetirilməsinə görə iddiaçı qarşısında kredit alanla birlikdə cavabdehlik daşımağı öhdələrinə götürmüşlər. Cavabdeh1 oğlu kreditin və kredit faizlərinin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq hazırkı vaxtadək cavabdeh banka olan 940 manat əsas borcu, 507.60 manat faiz borcu və 470 manat cərimə borcunu ödəməmişdir. Ona görə də göstərilənləri nəzərə alaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 940 manat əsas borcun, 507.60 manat faiz borcun, 470 manat cərimənin (dəbbə pulunun) və 41.11 manat ödənilmiş dövlət rüsumunun, cəmi 1958.71 manat məbləğində pulun alınıb iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazlarının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehlərdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 12 yanvar 2024-cü il tarixli, 54/34 saylı kredit müqaviləsindən görünür ki, bu müqavilə aylıq 3% olmaqla 18 ay müddətinə 940 manat məbləğində kreditin verilməsi ilə əlaqədar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 oğlu arasında bağlanmışdır. İşdə olan 12 yanvar 2024-cü il tarixli, 54/34 saylı zaminlik müqaviləsindən görünür ki, cavabdeh (kredit alan) Cavabdeh1 oğlunun iddiaçı "xxxx" MMC-dən götürdüyü 940 manat kredit öhdəliyinin təmin edilməsi məqsədi ilə digər cavabdehlər (zaminlər) Cavabdeh2 və Cavabdeh3 kredit alanın öhdəliklərinin yerinə yetirilməsinə görə iddiaçı qarşısında kredit alanla birlikdə cavabdehlik daşımağı öhdələrinə götürmüşlər. İşdə olan 19 fevral 2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh1 oğlunın "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 12 yanvar 2024-cü il tarixli, 54/34 saylı kredit müqaviləsi üzrə əsas borcu 940 manat, faiz borcu 507.60 manat, cərimə borcu 470 manat, cəmi borcu 1917.60 manat təşkil edir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh1 oğlu arasında bağlanmış 12 yanvar 2024-cü il tarixli, 54/34 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 18 ay müddətinə aylıq 3% olmaqla 940 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin təmin edilməsi məqsədi ilə iddiaçı "xxxx" MMC ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 12 yanvar 2024-cü il tarixli, 54/34 saylı zaminlik müqaviləsinə əsasən cavabdeh-zaminlər Cavabdeh2 və Cavabdeh3 kredit alanın öhdəliklərinin yerinə yetirilməsinə görə iddiaçı qarşısında kredit alanla birlikdə cavabdehlik daşımağı öhdələrinə götürmüşlər.Cavabdeh müqavilənin şərtlərini pozaraq kredit müqaviləsi üzrə əsas borcunu vaxtında və lazımi qaydada ödəməyərək üzərinə düşən öhdəliyi yerinə yetirməyərək müqavilə üzrə iddiaçıya 940 manat əsas borcu, 507.60 manat faiz borcu, 470 manat cərimə borcu, cəmi 1917.60 manat borcu yaranmışdır. Qeyd olunanlardan görünür ki, iddiaçı cavabdehlərdən 940 manat əsas borcun, 507.60 manat faiz borcun və 470 manat cərimənin (dəbbə pulunun), cəmi 1917.60 manat pulun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehlərdən tələb olunan 470 manat dəbbə pulunun tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 84 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək iddiaçı "xxxx" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 oğlu arasında bağlanmış 12 yanvar 2024-cü il tarixli, 54/34 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 940 manat əsas borc, 507.60 manat faiz borcu, 84 manat cərimə borcu (dəbbə pulu), cəmi 1531.60 manat alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməli və iddianın qalan hissəsi təmin edilməməlidir. İşdə olan mədaxil qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 41.11 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 41.11 manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 940 manat əsas borc, 507.60 manat faiz borcu, 84 manat dəbbə pulu və ödənilmiş 41.11 manat dövlət rüsumu, cəmi 1572(bir min beş yüz yetmiş iki) manat, 71(yetmiş bir) qəpik alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-424/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-424/2024
28.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver