Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-439/2024 28.03.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Cavabdeh2 iştirakı ilə İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 23 may 2013-cü il tarixli, İ/K 203 AZN saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1683.94 manat əsas borcun, 399.09 manat faiz borcunun, 67.98 manat cərimənin və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Saatlı Rayon Məhkəməsinin 12 yanvar 2015-ci il tarixli, 2(055)-22/2015 saylı qiyabi qətnaməsinə əsasən iddia təmin edilmişdir. İş üzrə Cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək Saatlı Rayon Məhkəməsinin 12 yanvar 2015-ci il tarixli, 2(055)-22/2015 saylı qiyabi qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Saatlı Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli, 2(055)-439/2024 saylı qərardadı ilə ərizə təmin edilərək 12 yanvar 2015-ci il tarixli, 2(055)-22/2015 saylı qiyabi qətnaməsinin ləğv edilməsi, işin icraatının təzələnərək mahiyyəti üzrə baxılması qərara alınmışdır. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı Açıq Səhmdar Cəmiyyətinin əsl iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə əvəz edilməsini xahiş etmiş və İddiaçı Açıq Səhmdar Cəmiyyəti əsl iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə əvəz edilmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, 23 may 2013-cü il tarixli, İ/K 203 AZN nömrəli kredit müqaviləsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 24 ay müddətinə, illik 34 faizlə 2000 manat məbləğində kredit vermişdir. 23 may 2013-cü il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 23 may 2013-cü il tarixli, İ/K 203 AZN nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası məqsədi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Cavabdeh1 müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. 10 iyul 2014-cü il tarixinə Cavabdeh1 ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 1683.94 manat əsas borcu, 399.09 manat faiz borcu, 67.98 manat cərimə, cəmi 2151.01 manat borcu vardır. Ona görə də, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının X4 həmçinin də ərizəsində iddia tələbini tam müdafiə etdiyini göstərmiş və onun iştirakı olmadan işə baxılaraq iddianın təmin olunması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 23 may 2013-cü il tarixli, İ/K 203 AZN nömrəli kredit müqaviləsinə əsasən Ruhiyə Həsənovaya 24 ay müddətinə, illik 34 faizlə 2000 manat məbləğində kredit verilmişdir. 23 may 2013-cü il tarixli zaminlik müqaviləsinə əsasən o, 23 may 2013cü il tarixli, İ/K 203 AZN nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası məqsədi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüş və bu barədə zaminlik müqaviləsinə imza etmişdir. Lakin hazırda hesab edir ki, pulu götürən şəxs kimi Cavabdeh1 sağ olduğundan kredit ödənişi ondan deyil, Cavabdeh1 tutulmalıdır. Odur ki, göstərdiklərinin nəzərə alınaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh1 heç bir üzürlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan 23 may 2013-cü il tarixli, İ/K 203 AZN nömrəli müqavilədən görünür ki, bu müqavilə 24 ay müddətinə, illik 34 faizlə 2000 manat məbləğində kreditin verilməsi ilə əlaqədar İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmışdır. İşdə olan 23 may 2013-cü il tarixli, ZM-İ/K 203 AZN nömrəli zaminlik müqaviləsindən görünür ki, bu müqavilə ilə Cavabdeh2 23 may 2013-cü il tarixli, İ/K 203 AZN nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrası məqsədi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İşdə olan 10 iyul 2014-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 23 may 2013-cü il tarixli, İ/K 203 AZN nömrəli kredit müqaviləsi üzrə 1683.94 manat əsas borcu, 399.09 manat faiz borcu, 67.98 manat cərimə, cəmi 2151.01 manat borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, 23 may 2013-cü il tarixli, İ/K 203 AZN nömrəli kredit müqaviləsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 24 ay müddətinə, illik 34 faizlə 2000 manat məbləğində kredit vermişdir. 23 may 2013-cü il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 23 may 2013-cü il tarixli, İ/K 203 AZN nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası məqsədi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Hal-hazırda borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyindən imtina etmişdir. 10 iyul 2014-cü il tarixə Cavabdeh1 ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 1683.94 manat əsas borcu, 399.09 manat faiz borcu, 67.98 manat cərimə, kredit müqaviləsinin bitdiyi tarixdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 147.28 manat faiz borcu, cəmi 2151.01 manat borcu yaranmışdır. Ona görə də, iddiaçı həmin borcun cavabdehlərdən alınmasını tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1683.94 manat əsas borcun, 399.09 manat faiz borcunun və 67.98 manat cərimənin alınmasını tələb etməkdə haqlıdır. Məhkəmə baxışı zamanı cavabdeh X1 izahatında pulu götürən şəxs kimi Cavabdeh1 sağ olduğundan kredit ödənişinin ondan deyil, Cavabdeh1 tutulmalı olduğunu göstərmişdir. Məhkəmə cavabdehin qeyd olunan dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə isə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İş materiallarında olan 23 may 2013-cü il tarixli, ZM-İ/K 203 AZN nömrəli zaminlik müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən Cavabdeh2 23 may 2013-cü il tarixli, İ/K 203 AZN nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrası məqsədi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında borcalanla birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Odur ki, məhkəmə cavabdehin qeyd olunan dəlillərini tələbdən yayınmaq üçün özünü müdafiə məqsədilə verilmiş heab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1683.94 manat əsas borc, 399.09 manat faiz borcu, 67.98 manat cərimə, cəmi 2151.01 manat alınaraq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İşdə olan ödəniş tapşırığından görünür ki, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınıb ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 23 may 2013-cü il tarixli, İ/K 203 AZN saylı kredit müqaviləsi üzrə 1683.94 manat əsas borc, 399.09 manat faiz borcu, 67.98 manat cərimə, cəmi 2151 (iki min bir yüz əlli bir) manat 01(bir) qəpik borc alınaraq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ödənilmiş 30 (otuz) manat dövlət rüsumu müştərək qaydada alınaraq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. çıxarış İş № 2(055)-439/2024 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 28 mart 2024-cü il Saatlı şəhəri Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Cavabdeh2 iştirakı ilə İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq..... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 23 may 2013-cü il tarixli, İ/K 203 AZN saylı kredit müqaviləsi üzrə 1683.94 manat əsas borc, 399.09 manat faiz borcu, 67.98 manat cərimə, cəmi 2151 (iki min bir yüz əlli bir) manat 01(bir) qəpik borc alınaraq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ödənilmiş 30 (otuz) manat dövlət rüsumu müştərək qaydada alınaraq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-439/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-439/2024
28.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver