Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-448/2023 17.05.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçı, Cavabdehin nümayəndəsi X1 və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı qət edilmiş alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 03 noyabr 2016-cı il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün təyin edilmiş alimentin miqdarının artırılaraq Cavabdeh hər ay 220 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə evlənib ailə həyatı qurmuşlar və birgə nikahlarından 03 noyabr 2016-cı il tarixdə X6 adlı bir nəfər uşaqları anadan olmuşdur. Saatlı Rayon Məhkəməsinin 08 may 2017-ci il tarixli, 2(055)-957/2016 saylı qətnaməsi ilə aralarında olan nikah qeydi pozulmuş, 03 noyabr 2016-cı il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün aliment təyin olunmuş, lakin həmin qətnamədən onun tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunaraq qətnamənin aliment hissəsi dəyişdirilərək Şirvan Apellyasiya Məhkəməsinin 23 avqust 2017-ci il tarixli, 2(106)2107/2017 saylı qətnaməsi ilə 03 noyabr 2016-cı il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 110 manat sabit pul məbləğində alimentin alınaraq ona ödənilməsi qət edilmişdir. Lakin hazırda uşaq böyüdüyü üçün onun məsrəfləri artmışdır və 110 manat aliment məbləği uşağın saxlanması üçün kifayət etmir. Ona görə də, göstərdiklərini nəzərə alaraq Şirvan Apellyasiya Məhkəməsinin 23 avqust 2017-ci il tarixli, 2(106)2107/2017 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq 03 noyabr 2016-cı il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsi X2 izahatında göstərdi ki, Cavabdeh onun oğludur. Cavabdeh İddiaçı ilə evlənib ailə həyatı qurmuşdur. Bu, Səbuhinin ikinci evliliyi olmuşdur. Onların birgə nikahlarından 03 noyabr 2016-cı il tarixdə X6 adlı bir nəfər uşaqları anadan olmuşdur. Daha sonra iddiaçı ilə cavabdeh aralarında olan narazılıqlara görə ayrılmışlar və onlar arasında olan nikah qeydi pozulmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin 23 avqust 2017-ci il tarixli, 2(106)2107/2017 saylı qətnaməsi ilə 03 noyabr 2016-cı il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 110 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh hazırda heç bir yerdə işləmir. O, öz qazancı ilə cavabdehin uşaqlarının saxlanmasına köməklik edir. Həmçinin cavabdeh hazırda yenidən birinci həyat yoldaşı X10 ilə ailə qurmuşdur və onların iki uşağı vardır. Cavabdeh iddiaçının tələb etdiyi miqdarda aliment ödəməyə imkanı yoxdur. İddia təmin olunacağı təqdirdə cavabdeh hər ay ən çoxu 130 manat aliment ödəyə bilər. Ona görə də, göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş Şirvan Apellyasiya Məhkəməsinin 23 avqust 2017-ci il tarixli, 2(106)2107/2017 saylı qətnaməsinin surətindən görünür ki, Saatlı Rayon Məhkəməsinin 08 may 2017-ci il tarixli 2(055)-957/2016 saylı qətnaməsi alimentin müəyyən edilməsi hissəsində dəyişdirilərək 03 noyabr 2016-cı il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanmasından ötrü Cavabdeh bir uşaq üçün ayda 110 manat sabit pul məbləğində alimentin alınaraq iddiaçı Həsənova (Məmmədova) Gülnar Əvəz qızına verilməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, bu arayış ilkin mediasiya sessiyasının tarixi və saatı barədə əvvəlcədən məlumatlandırılmasına baxmayaraq, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməməsi ilə bağlı İddiaçı verilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş şəxsiyyət vəsiqəsinin surətindən və doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 03 noyabr 2016-cı il tarixdə anadan olmuşdur. Uşağın anası Həsənova (Məmmədova) Gülnar Əvəz qızı, atası Cavabdehdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə Cavabdeh arasında 16 iyun 2020-ci il tarixdə Sabirabad regional “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsində bağlanmış 357 saylı nikah qeydi vardır. İşdə olan və məhkəmə iclasında elan edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X8 29 noyabr 2012-ci il tarixdə və X9 15 mart 2020-ci il tarixdə anadan olmuşlar. Uşaqların anası X10, atası Cavabdehdur. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitutsiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarı dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. İş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, Şirvan Apellyasiya Məhkəməsinin 23 avqust 2017-ci il tarixli, 2(106)2107/2017 saylı qətnaməsinə əsasən Saatlı Rayon Məhkəməsinin 08 may 2017-ci il tarixli 2(055)-957/2016 saylı qətnaməsi alimentin müəyyən edilməsi hissəsində dəyişdirilərək 03 noyabr 2016-cı il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanmasından ötrü Cavabdeh bir uşaq üçün ayda 110 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir. İddiaçı uşağın saxlanmasında çətinlik çəkdiyi və 110 manat aliment məbləği uşağın xərcləri üçün kifayət etmədiyindən alimentin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin nümayəndəsi isə cavabdehin hazırda heç bir yerdə işləmədiyini, ikinci dəfə ailə qurduğunu, həmin evlilikdən də uşaqları olduğunu və həm Cavabdeh saxlanması üçün aliment ödədiyini, həm də yeni evliliyindən olan uşaqlarını saxladığını, buna görə də tələb olunan məbləğdə aliment ödəmək imkanının olmadığını, aliment artırılarsa, bu zaman ən çoxu 130 manat sabit pul məbləğində aliment ödəməyə razı olduğunu bildirmişdir. Məhkəmə qeyd olunanlarla əlaqədar hesab edir ki, cavabdehin yenidən ailə həyatı qurması və uşaqlarının olması hazırki iddia tələbi üzrə uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq alimentin artırılmaması üçün əsas deyildir. Lakin alimentin məbləği artırılarkən cavabdehin sonrakı evliliyi və uşaqlarının olması da nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının da qoşulduğu 02 sentyabr 1990-cı ildə qüvvəyə minmiş “Uşaq Hüquqları Haqqında Konvensiya”nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları-onlara əsas qayğı obyektidir. Şirvan Apellyasiya Məhkəməsinin 23 avqust 2017-ci il tarixli, 2(106)2107/2017 saylı qətnaməsi ilə 03 noyabr 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin olunmuş alimentin miqdarı artırılarkən məhkəmə alimentin məbləğini tərəflərin maddi və ailə vəziyyətini, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq müəyyən etməlidir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il Qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək Şirvan Apellyasiya Məhkəməsinin 23 avqust 2017-ci il tarixli, 2(106)2107/2017 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılaraq 03 noyabr 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün atası-Cavabdeh hər ay 150 manat sabit pul məbləğində aliment alınıb anası-İddiaçı xeyrinə ödənilməli, artırılmış alimentin alınmasına hazırkı iş üzrə qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılmalı və iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1 və 112.1.3-cü maddələrinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Şərh olunan maddələrin tələbinə uyğun olaraq məhkəmə həmçinin hesab edir ki, Cavabdeh əlavə olaraq 38 manat dövlət rüsumu alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin 23 avqust 2017-ci il tarixli, 2(106)2107/2017 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılaraq 03 noyabr 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün atası-Cavabdeh hər ay 150 manat sabit pul məbləğində aliment alınıb anası-İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Artırılmış alimentin alınmasına hazırkı iş üzrə qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılsın. Əlavə olaraq Cavabdeh 38 (otuz səkkiz) manat dövlət rüsumu alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-448/2023
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-448/2023
17.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver