Məhkəmə qərarları › İş №2(055)-449/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-449/2023

19.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-449/2023 19.05.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Mərkəz” filialı ilə Cavabdeh arasında bağlanmış 14 fevral 2022-ci il tarixli, İK 338/F-22 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi və İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Mərkəz” filialı ilə Cavabdeh arasında bağlanmış 14 fevral 2022-ci il tarixli, İK 338/F-22 saylı kredit müqaviləsi üzrə 3543,06 manat əsas borc, 369,71 manat faiz borcu, 393,61 manat cərimə, cəmi 4306,38 manat borcun və ödənilmiş 63,07 manat dövlət rüsumunun Cavabdeh alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddianı onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Mərkəz” filialı ilə Cavabdeh arasında bağlanmış 14 fevral 2022-ci il tarixli, İK 338/F-22 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 19,5% dərəcəsi ilə 5000 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh kredit müqaviləsi üzrə olan borcunu ödəməkdən yayınmış və onun 09 mart 2023-cü il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 3543,06 manat əsas borc, 369,71 manat faiz borcu, 393,61 manat cərimə, cəmi 4306,38 manat borcu yaranmışdır. Ona görə də Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Mərkəz” filialı arasında bağlanmış 14 fevral 2022-ci il tarixli, İK 338/F-22 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi və İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Mərkəz” filialı ilə Cavabdeh arasında bağlanmış 14 fevral 2022-ci il tarixli, İK 338/F-22 saylı kredit müqaviləsi üzrə 3543,06 manat əsas borc, 369,71 manat faiz borcu, 393,61 manat cərimə, cəmi 4306,38 manat borcun və ödənilmiş 63,07 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Göstərilən mülki iş üzrə iddiaçının nümayəndəsi X2 məhkəməyə ərizə ünvanlayaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə təyin olunmuş məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin xahişini nəzərə alaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəmə iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 14 fevral 2022-ci il tarixli, İK 338/F-22 saylı kredit müqaviləsindən görünür ki, bu müqavilə 24 ay müddətinə illik 19,5% dərəcəsi ilə 5000 manat kredit verilməsi ilə əlaqədar İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Mərkəz” filialı ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Mərkəz” filialının 14 fevral 2022-ci il tarixli kreditin hesaba köçürülməsi ilə bağlı sənədindən görünür ki, 5000 manat məbləğində kredit Cavabdeh AZ61TURA******************** nömrəli hesabına köçürülmüşdür. İşdə olan və məhkəmə iclasında elan edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh 14 fevral 2022-ci il tarixli, İK 338/F-22 saylı kredit müqaviləsi üzrə 573,06 manat ödəniş etmiş, lakin onun İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməmiş 3543,06 manat əsas borcu, 369,71 manat faiz borcu və 393,61 manat cərimə borcu qalmışdır. İşdə olan və məhkəmə iclasında elan edimiş 29 dekabr 2022-ci il tarixli və 06 fevral 2023-cü il tarixli pretenziya məktublarından və həmin məktubların cavabdeh tərəfindən qəbul edildiyini göstərən xəbərnamələrdən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh yaşadığı ünvana məktub göndərilərək iddiaçıya olan borcun ödənilməsi tələb edilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmədə işin araşdırılan halları ilə müəyyən olundu ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Mərkəz” filialı ilə Cavabdeh arasında bağlanmış 14 fevral 2022-ci il tarixli, İK 338/F-22 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 19,5% dərəcəsi ilə 5000 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh kredit müqaviləsi üzrə ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınmışdır və bununla da, kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh kredit müqaviləsi üzrə olan borcunu ödəməkdən yayınmışdır. Ona görə də İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh ilə TuranBank” Açıq Səhmdar Cəmiyyətinin “Mərkəz” filialı bağlanmış 14 fevral 2022-ci il tarixli İK 338/F-22 saylı kredit müqaviləsinin ləğv edilməsi və 14 fevral 2022-ci il tarixli İK 338/F-22 saylı kredit müqaviləsi üzrə Cavabdeh 3543,06 manat əsas borc, 369,71 manat faiz borcu, 393,61 manat cərimə, cəmi 4306,38 manat borcun alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsini tələb edir. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti 14 fevral 2022-ci il tarixli, İK 338/F-22 saylı kredit müqaviləsinin ləğv edilməsini və Cavabdeh 14 fevral 2022-ci il tarixli, İK 338/F-22 saylı kredit müqaviləsi üzrə 3543,06 manat əsas borc, 369,71 manat faiz borcu, 393,61 manat cərimə, cəmi 4306,38 manat borcu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, TuranBank” Açıq Səhmdar Cəmiyyətinin “Mərkəz” filialı ilə Cavabdeh arasında bağlanmış 14 fevral 2022-ci il tarixli, İK 338/F-22 saylı kredit müqaviləsi ləğv edilməli və Cavabdeh 14 fevral 2022-ci il tarixli, İK 338/F-22 saylı kredit müqaviləsi üzrə 3543,06 manat əsas borc, 369,71 manat faiz borcu, 393,61 manat cərimə, cəmi 4306,38 manat alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İşdə olan 30 mart 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 63,07 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 63,07 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Mərkəz” filialı ilə Cavabdeh arasında bağlanmış 14 fevral 2022-ci il tarixli, İK 338/F-22 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 14 fevral 2022-ci il tarixli, İK 338/F-22 saylı kredit müqaviləsi üzrə 3543,06 manat əsas borc, 369,71 manat faiz borcu, 393,61 manat cərimə, cəmi 4306 (dörd min üç yüz altı) manat 38 (otuz səkkiz) qəpik alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 63 (altmış üç) manat 07 (yeddi) qəpik dövlət rüsumu Cavabdeh alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar