Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-451/2023 10.05.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 19 iyun 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 695 manat əsas borc, 55,60 manat cərimə, 30 manat ödənilmiş dövlət rüsumunun və 0.40 manat bank xidmət haqqının cavabdehdən alınıb iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 19 iyun 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçıdan “İktech” markalı su təmizləyici sistemi almışdır. Həmin müqaviləyə əsasən iddiaçı ümumi dəyəri 1590 manat olan həmin malı cavabdehə nisyə satmağı, cavabdeh isə malı qəbul edib, razılaşdırılmış formada - ödəniş cədvəlinə uyğun malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh ona edilmiş xəbərdarlığa baxmayaraq müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmiş və iddiaçıya 695 manat əsas borcu, 55,60 manat cərimə borcu yaranmışdır. Ona görə də Cavabdeh 19 iyun 2019-cu il tarixli müqavilə üzrə 695 manat əsas borc, 55,60 manat cərimə, 30 manat ödənilmiş dövlət rüsumunun və 0.40 manat bank xidmət haqqının alınaraq İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 19 iyun 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsindən və ona 1 saylı əlavədən görünür ki, bu müqavilə ilə Cavabdeh İddiaçındən 1590 manat dəyərində su təmizləmə sistemi almış və həmin malın dəyərini ödəniş cədvəlinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 30 mart 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh 19 iyun 2019-cu il tarixli müqavilə üzrə 695 manat əsas borcu, 55,60 manat cərimə borcu qalmışdır. İşdə olan 09 yanvar 2023-cü il tarixli gecikdirilmiş borcun ödənilməsi haqqında pretenziyadan görünür ki, İddiaçı tərəfindən Cavabdeh xəbərdarlıq edilərək 19 iyun 2019cu il tarixli müqavilə üzrə ümumilikdə 750,60 manat borcun 3 gün ərzində ödənilməsi tələb edilmiş, tələb yerinə yetirilmədiyi təqdirdə məhkəməyə və ya müvafiq hüquq mühafizə orqanına müraciət ediləcəyi bildirilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 19 iyun 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçıdan “İktech” markalı su təmizləyici sistemi almışdır. Həmin müqaviləyə əsasən iddiaçı ümumi dəyəri 1590 manat olan həmin malı cavabdehə nisyə satmağı, cavabdeh isə malı qəbul edib, razılaşdırılmış formada - ödəniş cədvəlinə uyğun malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh ona edilmiş xəbərdarlığa baxmayaraq müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmiş və iddiaçıya 695 manat əsas borc, 55,60 manat cərimə borcu yaranmışdır. Ona görə də İddiaçı Cavabdeh 19 iyun 2019-cu il tarixli müqavilə üzrə 695 manat əsas borc və 55,60 manat cərimə, ümumilikdə cəmi 750,60 manat borcun tutulmasını tələb edir. Qeyd olunanlardan görünür ki, İddiaçı Cavabdeh 695 manat əsas borc və 55,60 manat cərimə, cəmi 750,60 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 19 iyun 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 695 manat əsas borc, 55,60 manat cərimə, cəmi 750,60 manat alınaraq İddiaçınə ödənilməlidir. İşdə olan 03 aprel 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən 30 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 19 iyun 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 695 manat əsas borc, 55,60 manat cərimə, cəmi 750 (yeddi yüz əlli) manat 60 (altmış) qəpik alınaraq İddiaçınə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 40 (qırx) qəpik bank xidmət haqqı cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(055)-451/2023
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-451/2023
10.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver