Məhkəmə qərarları › İş №2(055)-463/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-463/2025

28.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-463/2025 28.04.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı 1400 manat pulun cavabdehdən alınaraq ona verilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Daha sonra İddiaçı iddia həcminin azaldılması barədə məhkəməyə ərizə təqdim edərək Cavabdeh 1300 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qǝt edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, 2020-ci ildən həqiqi hərbi xidməti başa vurduqdan sonra müddətdən artıq hərbi hissədə qalıb işləmiş, ikinci Qarabağ müharibəsində iştirak etmiş və döyüşlərdə ağır yaralanmışdır. Müharibə veteranı statusu almışdır. Yaralandığı üçün Bakı şəhəri Hərbi Hospitalda müalicə aldığı vaxt orada Cavabdeh ilə tanış olmuşdur. Söhbət zamanı özünə pensiya düzəltmək istəyini bildirmişdir. Cavabdeh X3 yuxarı vəzifələrdə çalışan və nüfuzlu şəxsləri tanıdığını ve dostları olduğunu və həmin dostlarının vasitəsi ilə ona təqaüdə çıxmağa köməklik edə biləcəyini bildirmişdir. O, da onun bu vədlərinə inanmışdır. Bundan sonra Cavabdeh onun sənədlərimin surətini və 3000 manat məbləğində pul müqabilində onun işinin düzələcəyinə və ilkin olaraq ona 1500 manat məbləğində pulu evvəlcədən verməli olduğunu demişdir. O, da onun bu dediyi sözlərinə inanmış ve təklifi qəbul etmişdir. Beləliklə, Bakı şəhəri Yasamal rayonu, Nizami metrostansiyanın yaxınlığında Cavabdehla görüşüb sənədlərinin surətini və 1500 manat mələğində pulu ona vermişdir. Cavabdeh bir ay ərzində təqaüdünün düzələcəyini söz vermişdir. Lakin bir ay müddət keçmiş və işin düzəlmədiyini görərək, o, cavabdehdən işini soruşmaq və işin nə yerdə olduğunu öyrənmək qərarına gəlmişdir. O, isə müxtəlif bəhanələr edərək, beləcə vaxt qazanmağa çalışmışdır. Artıq aylar keçməsinə baxmayaraq işinin düzəlmədiyini və cavabdehin onun ona olan etibarından sui-istifadə etdiyini hiss etdiyi üçün pulumu geri tələb etmişdir. Cavabdeh həmin puldan ona cəmi 100 manat olan hissəsini qaytarmış və qalan 1400 manat pulu hələ də qaytarmır və müxtəlif bəhalər edərək, pulu qaytarmaqdan imtina edir. O, bu məsələ ilə bağlı Yasamal Rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Onun şikayəti Yasamal RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X2 icraatına verilmiş və cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir. Yasamal RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X4 tərəfindən həm onun, həm də ki, cavabdehin izahatı alınmışvə cavabdeh ondən aldığı 1400 manat məbləğində pulu etiraf etmişdir. Məhkəməyə müraciət etdikdən sonra cavabdeh ona 100 manat pul qaytarmışdır. Hazırda cavabdehin ona 1300 manat borcu qalmışdır. Göstərilənlərə əsasən, iddiasının təmin olunmasını, Cavabdeh 1300 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qǝt edilməsini xahiş etdi. Məhkəmə baxış iclası zamanı Cavabdeh iddianın etiraf edilməsi barədə ərizə təqdim edərək göstərdi ki, İddiaçı 1300 manat borcu olmasını qəbul edir və iddianın təmin edilməsinə etirazı yoxdur. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinin tələbinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə baxışı zamanı cavabdeh iddianı etiraf etdiyindən və bu etiraf məhkəmə tərəfindən təsdiq olunduğundan iddiaçının irəli sürdüyü tələbin təmin olunması barədə qətnamə çıxarılmalıdır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək Cavabdeh 1300 manat pul alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə müharibə veteranları dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, hazırki iddianın qiyməti 1400 manat olduğundan və iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 34 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Cavabdeh 1300 (bir min üç yüz) manat pul alınaraq İddiaçı ödənilsin. 34 (otuz dörd) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar