Məhkəmə qərarları › İş №2(055)-467/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-467/2023

14.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-467/2023 14.06.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4 iştirakı ilə İddiaçı Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 4824.45 manat əsas borcun, 222.08 manat faiz borcun, 42.30 manat cərimənin, cəmi 5088.83 manat borcun və ödənilmiş 70.89 manat dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə iddiaçı Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 10 may 2022-ci il tarixli, 345006-1-34841 saylı Kredit Təşkilatlarında olan X1 üzrə Kredit Müqaviləsi üzrə iddiaçı tərəfindən cavabdehə 60 ay müddətinə, illik 28.9% hesablanması şərti ilə 5000 manat məbləğində kredit verilmişdir. Cavabdeh kreditin və kredit faizlərinin qaytarılmasına dair öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq göndərilməsinə baxmayaraq hazırkı vaxtadək cavabdeh banka olan 4824.45 manat əsas borcu, 222.08 manat faiz borcunu, 42.30 manat cəriməni, cəmi 5088.83 manat borcu ödəməmişdir. Ona görə də, Cavabdeh 4824.45 manat əsas borcun, 222.08 manat faiz borcun, 42.30 manat cərimənin, cəmi 5088.83 manat borcun və ödənilmiş 70.89 manat dövlət rüsumunun alınıb iddiaçı Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Göstərilən mülki iş üzrə iddiaçının nümayəndəsi X3 məhkəməyə ərizə ünvanlayaraq göstərmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Bank VTB (Azərbaycan) oğluna qarşı kredit borcunun tutulması tələbinə dair təyin olunmuş məhkəmə iclasında iştirak edə bilməməsinin nəzərə alınaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və işə baxılaraq iddianın təmin olunamsını məhkəmədən xahiş etmişdir. Məhkəmə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 xahişini nəzərə alaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh heç bir üzürlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 10 may 2022-ci il tarixli, 345006-1- 34841 saylı Kredit Təşkilatlarında olan X1 üzrə Kredit Müqaviləsindən və ona əlavədən görünür ki, bu müqavilə 60 ay müddətinə, illik 28.9% hesablanması şərti ilə 5000 manat məbləğində kreditin verilməsi ilə əlaqədar Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş 29 mart 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətindən 10 may 2022-ci il tarixli, 345006-1-34841 saylı Kredit Təşkilatlarında olan X1 üzrə Kredit Müqaviləsi əsasında 28 mart 2023-cü il tarixə olan əsas borcu 4824.45 manat, faiz borcu 222.08 manat, cərimə 42.30 manat, cəmi 5088.83 manat təşkil edir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, 10 may 2022-ci il tarixli, 345006-1- 34841 saylı Kredit Təşkilatlarında olan X1 üzrə Kredit Müqaviləsi əsasında Cavabdeh adına iddiaçı Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti tərəfindən 60 ay müddətinə, illik 28.9% hesablanması şərti ilə 5000 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq götürdüyü kredit üzrə əsas və faiz borcunu vaxtında və lazımi qaydada ödəməyərək üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Ona görə də, iddiaçı cavabdehdən 4824.45 manat əsas borcun, 222.08 manat faiz borcun, 42.30 manat cərimənin, cəmi 5088.83 manat borcun alınmasını tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı 4824.45 manat əsas borcu, 222.08 manat faiz borcu, 42.30 manat cəriməni, cəmi 5088.83 manat borcu cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 4824.45 manat əsas borc, 222.08 manat faiz borcu, 42.30 manat cərimə, cəmi 5088.83 manat alınaraq iddiaçı Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İşdə olan 03 aprel 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti tərəfindən 70.89 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün iddiaçı tərəfindən ödənilmiş 70.89 manat dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci, 227-ci, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 4824.45 manat əsas borc və 222.08 manat faiz borcu, 42.30 manat cərimə, cəmi 5088 (beş min səksən səkkiz) manat 83 (səksən üç) qəpik alınaraq iddiaçı Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh 70 (yetmiş) manat 89 (səksən doqquz) qəpik alınaraq iddiaçı Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar