Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-48/2024 30.05.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Saatlı rayon Dəlllər bələdiyyəsinin sədri X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı su kanalının açılması, cavabdeh tərəfindən su kanalından istifadəyə törədilən maneələrə son qoyulması və gələcəkdə də belə maneələrin təkrar törədilməsinin cavabdehə qadağan olunması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1.54 ha həyətyanı torpaq sahəsinə gedən su kanalının açılması, cavabdeh tərəfindən su kanalından istifadəyə törədilən maneələrə son qoyulması və gələcəkdə də belə maneələrin təkrar törədilməsinin cavabdehə qadağan olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh doğma qardaşıdır. Saatlı rayon Aqrar İslahat Komissiyasının 26 oktyabr 1998-ci il tarixli 11 saylı qərarı ilə JN-117A, KOD 90809028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Saatlı rayon Dəllər kəndində yerləşən 1.54 ha torpaq sahəsi onun, cavabdehin və digər ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsində həm o, həm də cavabdeh ev tikmişdir. Həm onun, həm də cavabdehin həyətinə bir su kanalı gəlir. Həmin su kanalını 1985-ci ildən birlikdə istifadə etmişlər. Lakin son dövrlər cavabdeh su kanalının onun həyətinə gələn hissəsini doldurmuş, nəticədə onun həyətinə gələn su kəsilmişdir. O, bununla bağlı cavabdehə öz etirazını bildirsə də, müsbət nəticə əldə etməmişdir. Bundan sonra məcburiyyətdən hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.İddia tələbinin əsaslı olması ekspert rəyi ilə bir daha təsdiq olunur. Ona görə də göstərdiklərinin nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Saatlı rayon Dəlllər bələdiyyəsinin sədri X3 izahatında göstərdi ki, ekspert rəyində su kanalının keçdiyi ərazinin bələdiyyə mülkiyyəti kimi qeydə alındığı göstərilsə də, hal-hazıradək sözügedən torpaq sahəsinə dair Saatlı rayon Dəlllər bələdiyyəsinin adına çıxarış əldə edilməmişdir. İddia tələbinin təmin olunub-olunmaması məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxır. İşdə olan JN-117A, KOD 90809028 saylı şəhadətnamədən görünür ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 26 oktyabr 1998-ci il tarixli, 11 saylı qərarı ilə Saatlı rayonunun Dəllər kəndi ərazisində yerləşən 1.54 ha torpaq sahəsi iddiaçının, cavabdehin və onların ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 02 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/1998 nömrəli ekspert rəyindən görünür ki, iddiaçının, cavabdehin və onların ailə üzvlərinin ümumi birgə mülükiyyətlərinə verilmiş JN-117A, KOD 90809028 saylı şəhadətnamədə qeyd edilən 1.54 ha torpaq sahəsinin koordinatlarını, naturada faktiki istifadə etdikləri ümumi sahəsi (1.09 ha və 1.89 ha) 2.98 ha olan həyətyanı torpaq sahəsinə düzgün yerləşdirilsə, mübahisəli su kanalının keçdiyi ərazi mülkiyyətə verilmiş 1.54 ha torpaq sahəsindən əlavə(zəbt edilmiş)1.44 ha istifadə olunan torpaq sahəsinə düşür ki, həmin torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddir və iddiaçının sözügedən su kanalından digərləri kimi istifadə hüququ vardır.İddiaçı həyətyanı torpaq sahəsi üçün digər tərəfdən alternativ su kanalı nəzərdə tutulmamışdır. Saatlı rayon Aqrar İslahat Komissiyasının 26 oktyabr 1998-ci il tarixli 11 saylı qərarı ilə JN-117A, KOD 90809028 saylı şəhadətnamə əsasında İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 1.54 ha, faktiki istifadələrində olan 2.98 ha həyətyanı torpaq sahəsinin suvarılması üçün əsas su yolu sözügedən mübahisəli su kanalından nəzərdə tutulmuşdur. Məhkəmə iddiaçını və üçüncü şəxsin nümayəndəsinin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ subyekti ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinin tələbinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. İşin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 26 oktyabr 1998-ci il tarixli 11 saylı qərarı ilə JN-117A, KOD 90809028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Saatlı rayon Dəllər kəndində yerləşən 1.54 ha torpaq sahəsi iddiaçının, cavabdehin və onların ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsində həm iddiaçı, həm də cavabdeh ev tikərək ailə üzvləri ilə birlikdə yaşamaqla təsərrüfat aparırlar. Keçdiyi ərazi bələdiyyə mülkiyyətində olan və ümumi istifadə üçün nəzərdə tutulmuş bir su kanalı olsa da, tərəflər arasında yaranmış münaqişə səbəbindən cavabdeh su kanalının iddiaçının həyətinə gələn hissəsini doldurmuş, nəticədə iddiaçının həyətinə gələn su kəsilmişdir. İddiaçı bununla bağlı cavabdehə öz etirazını bildirsə də, müsbət nəticə əldə etmədiyindən hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Ekspert rəyi ilə İddiaçı həyətyanı torpaq sahəsi üçün digər tərəfdən alternativ su kanalı nəzərdə tutulmadığı, Saatlı rayon Aqrar İslahat Komissiyasının 26 oktyabr 1998-ci il tarixli 11 saylı qərarı ilə JN-117A, KOD 90809028 saylı şəhadətnamə əsasında ümumi birgə mülkiyyətinə verilmiş 1.54 ha, faktiki istifadədə olan 2.98 ha həyətyanı torpaq sahəsinin suvarılması üçün əsas su yolunun sözügedən mübahisəli su kanalından nəzərdə tutulduğu müəyyən edilmişdir. Göründüyü kimi, iddia tələbinin əsaslı olması ekspert rəyi ilə bir daha sübut olunur.Cavabdehin dəlilinə(cavabdeh məhkəmə hazırlıq iclasında bildirmişdir ki, son dövrlər iddiaçı və ailə üzvlərinin onlarla münaqişə yaratması səbəbindən məcbur qalıb su kanalının cavabdehin həyətinə gedən hissəsini doldurmuşdur) gəlincə, məhkəmə qeyd edir ki, bu hal iddiaçının hüquqlarının məhdudlaşdırılması üçün əsas hesab edilə bilməz. Buradan da görünür ki, iddia tələbi əsaslı olduğundan iddiaçının pozulmuş hüquqları məhkəmə qaydasında müdafiə olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Saatlı rayon Aqrar İslahat Komissiyasının 26 oktyabr 1998-ci il tarixli, 11 saylı qərarı ilə JN-117A, KOD 90809028 saylı şəhadətnamə əsasında Saatlı rayonunun Dəllər kəndi ərazisində ümumi birgə mülkiyyətə verilmiş 1.54 ha həyətyanı torpaq sahəsinə gələn su kanalı açılmalı, cavabdeh tərəfindən su kanalından istifadəyə törədilən maneələrə son qoyulmalı və gələcəkdə də belə maneələrin təkrar törədilməsi cavabdehə qadağan olunmalıdır. İşdə olan ödəniş qəbzindən görünür ki, İddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. İşə əlavə edilmiş mütəxəssis rəyinin verilməsinə dair smetadan görünür ki, aparılmış tədqiqatın dəyəri 95 manat təşkil etmişdir. İşə əlavə edilmiş ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən məhkəmə hesab edir ki, İddiaçı ödədiyi 100 manat dövlət rüsumu və 95 manat mütəxəssis rəyinin verilməsinə görə çəkilmiş xərc, cəmi 195 manat Cavabdeh tutulub İddiaçı verilməli, ekspertiza tədqiqinin dəyəri olan 50 manat isə Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Saatlı rayon Aqrar İslahat Komissiyasının 26 oktyabr 1998-ci il tarixli, 11 saylı qərarı ilə JN- 117A, KOD 90809028 saylı şəhadətnamə əsasında Saatlı rayonunun Dəllər kəndi ərazisində ümumi birgə mülkiyyətə verilmiş 1.54 ha həyətyanı torpaq sahəsinə gələn su kanalı açılsın, cavabdeh tərəfindən su kanalından istifadəyə törədilən maneələrə son qoyulsun və gələcəkdə də belə maneələrin təkrar törədilməsi cavabdehə qadağan olunsun. İddia qaldırılarkən ödənilmiş 100 manat dövlət rüsumu və 95 manat mütəxəssis rəyinin verilməsinə görə çəkilmiş xərc, cəmi 195(bir yüz doxsan beş) manat Cavabdeh alınaraq İddiaçı verilsin. Cavabdeh 50(əlli) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apllyasiya Məhkəmənə apellyasiya şikayəti verilə bilər. li ilə düzdür İş № 2(055)-48/2024 çıxarış AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 30 may 2024-cü il Saatlı şəhəri Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Saatlı rayon Dəlllər bələdiyyəsinin sədri X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı su kanalının açılması, cavabdeh tərəfindən su kanalından istifadəyə törədilən maneələrə son qoyulması və gələcəkdə də belə maneələrin təkrar törədilməsinin cavabdehə qadağan olunması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq.... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Saatlı rayon Aqrar İslahat Komissiyasının 26 oktyabr 1998-ci il tarixli, 11 saylı qərarı ilə JN-117A, KOD 90809028 saylı şəhadətnamə əsasında Saatlı rayonunun Dəllər kəndi ərazisində ümumi birgə mülkiyyətə verilmiş 1.54 ha həyətyanı torpaq sahəsinə gələn su kanalı açılsın, cavabdeh tərəfindən su kanalından istifadəyə törədilən maneələrə son qoyulsun və gələcəkdə də belə maneələrin təkrar törədilməsi cavabdehə qadağan olunsun. İddia qaldırılarkən ödənilmiş 100 manat dövlət rüsumu və 95 manat mütəxəssis rəyinin verilməsinə görə çəkilmiş xərc, cəmi 195(bir yüz doxsan beş) manat Cavabdeh alınaraq İddiaçı verilsin. Cavabdeh 50(əlli) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-48/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-48/2024
30.05.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver