Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-481/2023 12.06.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 5696,48 manat əsas borc, 922,67 manat faiz borcu, cəmi 6619,15 manat məbləğində vəsaitin və ödənilmiş 86,19 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 24 yanvar 2022-ci il tarixli GTKR4698998A159 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə kredit verilmişdir. Kredit müqaviləsinə əsasən Cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh kredit müqaviləsi üzrə olan borcunu ödəməkdən yayınmışdır. Nəticədə cavabdehin 10 aprel 2023-cü il tarixə iddiaçıya 5696,48 manat əsas borc, 922,67 manat faiz borcu, cəmi 6619,15 manat borcu yaranmışdır. Ona görə də İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 24 yanvar 2022-ci il tarixli GTKR4698998A159 saylı kredit müqaviləsi üzrə 5696,48 manat əsas borc, 922,67 manat faiz borcu, cəmi 6619,15 manat məbləğində vəsaitin və ödənilmiş 86,19 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göstərilən mülki iş üzrə iddiaçının nümayəndəsi X3 məhkəməyə ərizə ünvanlayaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair təyin olunmuş məhkəmə iclasında iştirak edə bilməməsinin nəzərə alınaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və təqdim olunmuş sübutlar əsasında işə baxılaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 xahişini nəzərə alaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh mülki işin 11 may 2023-cü il tarixdə keçirilən hazırlıq iclasında məhkəməyə ərizə təqdim edərək İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ona qarşı olan pul tələbinə dair iddiasını qəbul etdiyini bildirmiş və növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmuş 24 yanvar 2022-ci il tarixli GTKR4698998A159 saylı kredit müqaviləsi və həmin müqaviləyə əlavədən görünür ki, bu müqavilə illik 28% olmaqla 60 ay müddətinə ödəmək şərti ilə 6100 manat məbləğində kreditin verilməsi ilə əlaqədar İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan və məhkəmə iclasında elan olunmuş 12 aprel 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 10 aprel 2023-cü il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 24 yanvar 2022-ci il tarixli GTKR4698998A159 saylı kredit müqaviləsi üzrə 5696,48 manat əsas borcu, 922,67 manat faiz borcu, cəmi 6619,15 manat borcu vardır. İşdə olan və məhkəmə iclasında elan olunmuş 31 yanvar 2023-cü il tarixli bildirişdən və onun göndərilməsi barədə reyestrdən görünür ki, iddiaçı tərəfindən cavabdehdən 24 yanvar 2022-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirmək tələb edilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 24 yanvar 2022-ci il tarixli GTKR4698998A159 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 60 ay müddətinə ödəmək şərti ilə illik 28% dərəcəsi ilə 6100 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən Cavabdeh ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınaraq kredit müqaviləsinin tələblərini pozmaqla üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh kredit müqaviləsi üzrə olan borcunu ödəməkdən yayındığından cavabdehin iddiaçıya 10 aprel 2023-cü il tarixə 24 yanvar 2022-ci il tarixli GTKR4698998A159 saylı kredit müqaviləsi üzrə 5696,48 manat əsas borcu, 922,67 manat faiz borcu, cəmi 6619,15 manat borcu yaranmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti 24 yanvar 2022-ci il tarixli GTKR4698998A159 saylı kredit müqaviləsi üzrə 5696,48 manat əsas borcu, 922,67 manat faiz borcu, cəmi 6619,15 manat borcun Cavabdeh tutularaq iddiaçıya ödənilməsini tələb edir. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh kredit müqaviləsi üzrə 5696,48 manat əsas borc, 922,67 manat faiz borcu, cəmi 6619,15 manat borcun tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 24 yanvar 2022-ci il tarixli GTKR4698998A159 saylı kredit müqaviləsi üzrə 5696,48 manat əsas borc, 922,67 manat faiz borc, cəmi 6619,15 manat alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İşdə olan 11 aprel 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 86,19 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 86,19 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 24 yanvar 2022-ci il tarixli GTKR4698998A159 saylı kredit müqaviləsi üzrə 5696,48 manat əsas borc, 922,67 manat faiz borcu, cəmi 6619 (altı min altı yüz on doqquz) manat 15 (on beş) qəpik alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 86 (səksən altı) manat 19 (on doqquz) qəpik dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(055)-481/2023
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-481/2023
12.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver