Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-483/2023 01.06.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 500,03 manat əsas borc, 150,48 manat faiz borcu, cəmi 650,51 manat borcun, 30 manat ödənilmiş dövlət rüsumunun və 0,40 manat xidmət haqqının cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, 03 noyabr 2021-ci il tarixli müqaviləyə əsasən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh istifadə etmək üçün plastik kart (hesab: ********************) verilmişdir. Cavabdehin hesabına 03 noyabr 2021-ci il tarixdə 593 manat pul vəsaiti mədaxil edilmiş, daha sonra həmin vəsait geri qaytarılmış (revers edilmiş), həmin vəsaitin geri qaytarılmasına, əməliyyatın təsdiqinin tam başa çatmamasına baxmayaraq, müştəri tərəfindən 552,40 manat məbləğində bilet alışı həyata keçirilmiş, nəticədə müştərinin hesabında 500,03 manat mənfi qalıq yaranmışdır. Borclu Cavabdeh 10 mart 2023-cü il tarixə iddiaçıya 500,03 manat əsas borc, 150,48 manat faiz borcu, cəmi 650,51 manat borcu yaranmışdır. Ona görə də, Cavabdeh 500,03 manat əsas borc, 150,48 manat faiz borcu, cəmi 650,51 manat borcun, 30 manat ödənilmiş dövlət rüsumunun və 0,40 manat xidmət haqqının alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazlarının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 03 noyabr 2021-ci il tarixli BPM**********45 saylı tam kart çərçivə müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən bank müştərinin adına ikitərəfli ödəniş kartını buraxmağı və müştəriyə təqdim etməyi, tam kart, eləcə də hesablar vasitəsi ilə hesablaşmaların aparılması üçün müştərinin adına bank hesablarını açmağı, müştəriyə tam kartın qüvvədə olduğu müddətdə istifadə etmə imkanı təqdim edilməklə 15000 manatadək məbləğdə kreditdən istifadəyə görə illik 24%-dək ödəmək şərti ilə kredi limitini ayırmağı, müştəri isə tam kart, eləcə də hesablar vasitəsi ilə aparılmış əməliyyatlara, o cümlədən tam kartdan istifadəyə görə bank xidmətlərinin haqlarını ödəməyi, bank tərəfindən ayrılmış kreditdən şəxsi istehlak təyinatı üzrə istifadə etməyi, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürür. İşdə olan 15 mart 2023-cü il tarixli çıxarışdan görünür ki, Cavabdeh ******************** nömrəli kart hesabı ilə 552,40 manat məbləğində bilet alışı həyata keçirmişdir. İşdə olan əsassız varlanmanı əks etdirən 10 mart 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh hesabdan artıq vəsait çıxan dövrdə ümumilidə 9,48 manat məbləği hesaba köçürmüş, lakin hüquqi əsas olmadan hesabdan 552,40 manat məbləğində vəsaiti çıxarmış, onun 500,03 manat məbləğində qalıq borcu, hüquqi əsas olmadan hesabdan çıxarılmış məbləğə hesablanmış 159,96 manat faiz borcu yaranmışdır. Cavabdeh iddiaçıya olan qalıq borcu ümumilikdə 650,51 manat təşkil edir. İşdə olan 11 yanvar 2023-cü il tarixli xəbərdarlıq məktubundan və onun cavabdeh tərəfindən qəbul edilməsi ilə bağlı xəbərnamədən görünür ki, iddiaçı tərəfindən cavabdehdən "xxxx" Açıq Səhmdar Cəmiyyətində mövcud olan ******************** nömrəli hesabında yaranmış qalıq borcunun ödənilməsi tələb edilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, Cavabdeh ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 03 noyabr 2021-ci il tarixli müqaviləyə əsasən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh istifadə etmək üçün plastik kart (hesab: ********************) verilmişdir. Lakin cavabdeh həmin müqavilə ilə pul vəsaitinin kart hesabına köçürülmə prosesi təsdiqlənmədən həmin hesabdan 552,40 manat məbləğində bilet alışı həyata keçirmiş, nəticədə müştərinin hesabında 500,03 manat mənfi qalıq yaranmışdır. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh həmin müqavilə ilə müəyyən edilmiş şərtlərlə kredit borcunu banka qaytarmağı öhdəsinə götürsə də, müqavilənin şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuş və nəticədə cavabdehin banka 500,03 manat əsas borc, 150,48 manat faiz borcu, cəmi 650,51 manat borcu yaranmışdır. İddiaçı tərəfindən cavabdehdən öhdəliyinin icra edilməsi tələb edilsə də, cavabdeh borcunu ödəməmişdir. Ona görə də, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh 500,03 manat əsas borc, 150,48 manat faiz borcu, cəmi 650,51 manat borcun alınmasını tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh 500,03 manat əsas borc, 150,48 manat faiz borcu, cəmi 650,51 manat borcu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək Cavabdeh 500,03 manat əsas borc, 150,48 manat faiz borcu, cəmi 650,51 manat borc alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İşdə olan 10 mart 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 500,03 manat əsas borc, 150,48 manat faiz borcu, cəmi 650 (altı yüz əlli) manat 51 (əlli bir) qəpik alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 40 (qırx) qəpik xidmət haqqı cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(055)-483/2023
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-483/2023
01.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver