Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-494/2023 16.05.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli, ********* saylı və xx.xx.2022-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqavilələri üzrə ümumilikdə 1161.20 manat əsas borc, 174 manat cərimə borcu, cəmi 1335.20 manat borc və 33.36 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı “Samsung” markalı mobil telefona görə 12 ay müddətinə hər ay 52 manat ödəməklə, ümumilikdə 615.30 manat, xx.xx.2022-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən “Honor” markalı mobil telefona, aksesuar və “Aiva” markalı qulaqcığa görə 12 ay müddətinə hər ay 60 manat, ümumilikdə 709.90 manat, hər iki müqavilə üzrə ümumilikdə 1325.20 manat pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona hər iki müqavilə üzrə gecikdirdiyi hər bir günə görə cəmi 1740 manat cərimə hesablanmışdır. Lakin iddiaçı tərəfindən həmin cərimə məbləğinin 90%-i cavabdehə güzəşt olunmuş və hər iki müqavilə üzrə cərimə məbləği 174 manat hesablanmışdır. Ona görə də, Cavabdeh xx.xx.2022-ci il tarixli, ********* saylı və xx.xx.2022-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqavilələri üzrə ümumilikdə 1161.20 manat əsas borc, 174 manat cərimə borcu, cəmi 1335.20 manat borc və 33.36 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan xx.xx.2022-ci il tarixli, ********* saylı və xx.xx.2022-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqavilələrindən və həmin müqaviləyə əlavədən görünür ki, xx.xx.2022-ci il tarixli, ********* saylı nisyə alqısatqı müqaviləsinə əsasən cavabdeh aldığı “Samsung” markalı mobil telefona görə 12 ay müddətinə hər ay 52 manat ödəməklə, ümumilikdə 615.30 manat, xx.xx.2022-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən “Honor” markalı mobil telefona, aksesuar və “Aiva” markalı qulaqcığa görə 12 ay müddətinə hər ay 60 manat, ümumilikdə 709.90 manat, hər iki müqavilə üzrə ümumilikdə 1325.20 manat ödəmək şərti ilə qeyd olunan məhsulların alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 24 mart 2023-cü il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, ********* saylı müqavilə üzrə 511.30 manat əsas borcu, 76.60 manat cərimə, ümumilikdə ödənilməmiş 587.90 manat, xx.xx.2022-ci il tarixli, ********* saylı müqavilə üzrə 649.90 manat əsas borcu, 97.40 manat cərimə, ümumilikdə ödənilməmiş 747.30 manat borcu qalmışdır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı “Samsung” markalı mobil telefona görə 12 ay müddətinə hər ay 52 manat ödəməklə, ümumilikdə 615.30 manat, xx.xx.2022-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən “Honor” markalı mobil telefona, aksesuar və “Aiva” markalı qulaqcığa görə 12 ay müddətinə hər ay 60 manat, ümumilikdə 709.90 manat, hər iki müqavilə üzrə ümumilikdə 1325.20 manat pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona hər iki müqavilə üzrə müvafiq olaraq 1740 manat cərimə hesablanmış, lakin iddiaçı tərəfindən həmin cərimə məbləğinin 90%-i güzəşt olunaraq cavabdehə hər iki müqavilə üzrə cəmi 174 manat cərimə hesablanmışdır. Ona görə də, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh xx.xx.2022-ci il tarixli, ********* saylı və xx.xx.2022-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqavilələri üzrə ümumilikdə 1161.20 manat əsas borc, 174 manat cərimə borcu, cəmi 1335.20 manat borcun tutulmasını tələb edir. Qeyd olunanlardan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh xx.xx.2022-ci il tarixli, ********* saylı və xx.xx.2022-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqavilələri üzrə ümumilikdə 1161.20 manat əsas borc, 174 manat cərimə borcu, cəmi 1335.20 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən xx.xx.2022-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə tələb olunan 76.60 manat məbləğində dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 50 manatadək, xx.xx.2022-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə tələb olunan 97.40 manat məbləğində dəbbə pulunun (cərimənin) miqdarı isə 60 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İşdə olan mədaxil qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 33.36 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 33.36 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli, ********* saylı və xx.xx.2022-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqavilələri üzrə ümumilikdə 1161.20 manat əsas borc, 110 manat cərimə borcu, cəmi 1271.20 manat borc və 33.36 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, ********* saylı və xx.xx.2022-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqavilələri üzrə ümumilikdə 1161.20 manat əsas borc, 110 manat cərimə borcu, cəmi 1271 (bir min iki yüz yetmiş bir) manat 20 (iyirmi) qəpik pul alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 33 (otuz üç) manat, 36 (otuz altı) qəpik dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(055)-494/2023
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-494/2023
16.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver