Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-503/2024 15.05.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı qət edilmiş alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 08 noyabr 2010-cu il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən tutulan alimentin miqdarının dəyişdirilərək hər ay 235 manat məbləğində sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək izahatında göstərdi ki, iddiaçı ilə Cavabdeh evlənib ailə həyatı qurmuşlar və birgə nikahlarından 08 noyabr 2010-cu il tarixdə X11 adlı bir nəfər uşaqları anadan olmuşdur. Saatlı Rayon Məhkəməsinin 25 noyabr 2016-cı il tarixli 2(055)-2574/2016 saylı qətnaməsi ilə iddiaçı ilə cavabdeh arasında olan nikah qeydi pozulmuş, birgə nikahlarından doğulmuş X6 iddiaçının yanında qalması müəyyən edilmiş və həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehin aylıq qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Uşağın saxlanması üçün tələb olunan xərclər günbəgün artır. İddiaçı heç bir yerdə işləmir və ona verilən aliment uşağın bütün xərclərini və ehtiyaclarını qarşılamaq üçün kifayət etmir. Ona görə də göstərdiklərini nəzərə alaraq 08 noyabr 2010-cu il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən tutulan alimentin miqdarının dəyişdirilərək hər ay 235 manat məbləğində sabit pul məbləğində alimentin Cavabdeh tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə baxışı zamanı iddianı qismən qəbul edərək izahatında göstərdi ki, Saatlı Rayon Məhkəməsinin qətnaməsi ilə iddiaçı ilə birgə nikahlarından doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanması üçün aylıq qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin ondan alınaraq iddiaçıya verilməsi qət edilmişdir. O, hazırda ibtidai sinif müəllimi işləyir və aylıq əmək haqqı 656 manat təşkil edir. Həmçinin ikinci dəfə ailə həyatı qurmuşdur və üç və altı yaşlarında iki azyaşlı uşağı vardır. Həyat yoldaşı heç bir yerdə işləmir və o, aldığı 656 manat əmək haqqından həm birinci evliliyindən olan Yusif adlı uşağının saxlanması üçün aliment ödəyir, həm hazırkı ailəsini saxlayır, həm də kredit borcunu ödəyir. Alimentin artırılaraq 150-160 manat məbləğində təyin edilməsinə etiraz etmir, lakin iddiaçının tələb etdiyi məbləğdə aliment ödəməyə imkanı yoxdur. Ona görə də ikinci dəfə ailə qurmasının, ikinci evliliyindən də uşaqlarının olmasının və aldığı əmək haqqını həm Yusif adlı uşağı üçün, həm də hazırkı ailəsinin saxlanması üçün sərf etməsinin da nəzərə alınmasını məhkəmədən xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı Rayon Məhkəməsinin 25 noyabr 2016-cı il tarixli 2(055)-2574/2016 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə X3 arasında Saatlı rayon Seyidlər kənd İƏD üzrə nümayəndəlikdə bağlanmış 26 noyabr 2009-cu il tarixli 10 saylı nikah qeydinin pozulması, tərəflərin birgə nikahından 08 noyabr 2010-cu ildə anadan olmuş X6 anası X2 yanında qalmasının müəyyən edilməsi, 08 noyabr 2010-cu ildə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh aylıq qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin 25 noyabr 2016-cı il tarixdən başlayaraq tutulub X2 xeyrinə ödənilməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 08 noyabr 2010-cu il tarixdə anadan olmuşdur. Uşağın anası İddiaçı, atası Cavabdehdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah qeydi ləğv edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 15 mart 2024-cü il tarixli MŞS/MT 023/2024- 00507 saylı arayışdan görünür ki, İddiaçı və Cavabdeh ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etmədilər. İşdə olan və məhkəmə iclasında elan edilmiş nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X5 arasında 28 iyul 2018-ci il tarixdə Saatlı rayon Seyidlər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində bağlanmış 03 saylı nikah qeydi vardır. İşdə olan və məhkəmə iclasında elan edilmiş şəxsiyyət vəsiqələrinin surətindən və 18 aprel 2024-cü il tarixli 72 saylı arayışdan görünür ki, Cavabdeh himayəsində ikinci evliliyindən olan 18 may 2018-ci il təvəllüdlü X7 və 24 mart 2022-ci il təvəllüdlü X8 adlı iki nəfər uşağı vardır. İşdə olan və məhkəmə iclasında elan edilmiş Mil-Muğan regional Təhsil İdarəsinin 18 aprel 2024-cü il tarixli 21 saylı arayışından görünür ki, Cavabdeh hesablanmış əmək haqqı məbləği 801,51 manat təşkil edir. Həmin məbləğdən 100 manat aliment və 145,34 manat digər tutulmalar olur və əlinə alınacaq məbləğ 556,17 manat təşkil edir. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitutsiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarı dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. İş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, Saatlı Rayon Məhkəməsinin 25 noyabr 2016-cı il tarixli 2(055)-2574/2016 saylı qətnaməsinə əsasən Cavabdeh ilə X3 arasında Saatlı rayon Seyidlər kənd İƏD üzrə nümayəndəlikdə bağlanmış 26 noyabr 2009-cu il tarixli 10 saylı nikah qeydinin pozulması, tərəflərin birgə nikahından 08 noyabr 2010-cu ildə anadan olmuş X6 anası X2 yanında qalmasının müəyyən edilməsi, 08 noyabr 2010-cu ildə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh aylıq qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin 25 noyabr 2016-cı il tarixdən başlayaraq tutulub X2 xeyrinə ödənilməsi qət edilmişdir qət edilmişdir. İddiaçı uşağın saxlanmasında çətinlik çəkdiyi və həmin məbləğ uşağın xərcləri üçün kifayət etmədiyindən alimentin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh isə ikinci dəfə ailə qurduğunu, həmin evlilikdən də uşaqları olduğunu və həm X1 üçün aliment ödədiyini, həm də yeni evliliyindən olan uşaqlarını saxladığını, buna görə də tələb olunan məbləğdə aliment ödəmək imkanının olmadığını, aliment artırılarsa, bu zaman 150-160 manat məbləğində aliment ödəməyə razı olduğunu bildirmişdir. Məhkəmə qeyd olunanlarla əlaqədar hesab edir ki, cavabdehin yenidən ailə həyatı qurması və uşaqlarının olması hazırki iddia tələbi üzrə uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq alimentin artırılmaması üçün əsas deyildir. Lakin alimentin məbləği artırılarkən cavabdehin ailə vəziyyətində dəyişikliyin olması, yəni onun sonrakı evliliyi, həmin evlilikdən uşaqlarının olması və buna görə də xərclərinin artmış olması, aldığı əmək haqqından başqa əlavə gəlirlərinin olmaması, maddi vəziyyətində əsaslı dəyişikliyin olmaması, həmçinin iddiaçının tələb etdiyi məbləğdə aliment tutulacağı təqdirdə cavabdehin sonrakı evliliyindən olan uşaqlarının da təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının mümkün olmayacağı ehtimalı da nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının da qoşulduğu 02 sentyabr 1990-cı ildə qüvvəyə minmiş “Uşaq Hüquqları Haqqında Konvensiya”nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları-onlara əsas qayğı obyektidir. Saatlı Rayon Məhkəməsinin 25 noyabr 2016-cı il tarixli 2(055)-2574/2016 saylı qətnaməsi ilə 08 noyabr 2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin olunmuş alimentin miqdarı artırılarkən məhkəmə alimentin məbləğini tərəflərin maddi və ailə vəziyyətini, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq müəyyən etməlidir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il Qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək Saatlı Rayon Məhkəməsinin 25 noyabr 2016-cı il tarixli 2(055)-2574/2016 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılaraq 08 noyabr 2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün atası-Cavabdeh hər ay aylıq qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında və əlavə olaraq 50 manat sabit pul məbləğində aliment alınıb anası-İddiaçı xeyrinə ödənilməli, artırılmış alimentin alınmasına hazırkı iş üzrə qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılmalı və iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1 və 112.1.3-cü maddələrinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Şərh olunan maddələrin tələbinə uyğun olaraq məhkəmə həmçinin hesab edir ki, Cavabdeh əlavə olaraq 30 manat dövlət rüsumu alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Saatlı Rayon Məhkəməsinin 25 noyabr 2016-cı il tarixli 2(055)-2574/2016 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılaraq 08 noyabr 2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün atası-Cavabdeh hər ay aylıq qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında və əlavə olaraq 50 manat sabit pul məbləğində aliment alınıb anası-İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Artırılmış alimentin alınmasına hazırkı iş üzrə qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılsın. Əlavə olaraq Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-503/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-503/2024
15.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver