Məhkəmə qərarları › İş №2(055)-504/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-504/2023

05.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-504/2023 05.06.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə aralarında bağlanmış 27 noyabr 2019-cu il tarixli saylı “nağd pul krediti müqaviləsi”nə əsasən 03 aprel 2023-cü il tarixə banka borclu olduğu 2029,19 manat əsas borc, 6,93 manat faiz borcu, cəmi 2036,12 manat borcun və 40,36 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ərizəni onunla əsaslandırmışdır ki, 27 noyabr 2019-cu il tarixli 130522-CNS-9756/1 saylı “nağd pul krediti müqaviləsi”nə əsasən Cavabdeh 60 ay müddətinə illik 1% dərəcəsi ilə kredit verilmişdir. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuş və müqavilə üzrə ödənişləri tam və vaxtında yerinə yetirməmişdir. Nəticədə, cavabdehin iddiaçıya 2029,19 manat əsas borcu, 6,93 manat faiz borcu, cəmi 2036,12 manat borcu yaranmışdır. Ona görə də, Cavabdeh 27 noyabr 2019-cu il tarixli 130522-CNS-9756/1 saylı “nağd pul krediti müqaviləsi”nə əsasən 2029,19 manat əsas borc, 6,93 manat faiz borcu, cəmi 2036,12 manat borcun və 40,36 manat ödənilmiş dövlət rüsumunun alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 27 noyabr 2019-cu il tarixli 130522-CNS-9756/1 saylı “nağd pul krediti müqaviləsi”ndən görünür ki, bu müqavilə əsasında İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 60 ay müddətinə illik 1% dərəcəsi ilə 4017,80 manat məbləğində kredit verilmişdir. İşdə olan 03 aprel 2023-cü il tarixli arayışdan görünür ki, 27 noyabr 2019-cu il tarixli 130522-CNS-9756/1 saylı “nağd pul krediti müqaviləsi” üzrə Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 2029,19 manat əsas borc, 6,93 manat faiz borcu, cəmi 2036,12 manat borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin arasında bağlanmış 27 noyabr 2019-cu il tarixli 130522-CNS-9756/1 saylı “nağd pul krediti müqaviləsi”nə əsasən Cavabdeh 60 ay müddətinə illik 1% dərəcəsi ilə 4017,80 manat məbləğində kredit verilmişdir. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuş və müqavilə üzrə ödənişləri tam və vaxtında yerinə yetirməmişdir. Nəticədə, cavabdehin iddiaçıya 2029,19 manat əsas borcu, 6,93 manat faiz borcu, cəmi 2036,12 manat borcu yaranmışdır. Ona görə də, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh 27 noyabr 2019-cu il tarixli 130522-CNS-9756/1 saylı “nağd pul krediti müqaviləsi”nə əsasən 2029,19 manat əsas borc, 6,93 manat faiz borcu, cəmi 2036,12 manat borcun tutulmasını tələb edir. Qeyd olunanlardan görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh 27 noyabr 2019-cu il tarixli 130522-CNS-9756/1 saylı “nağd pul krediti müqaviləsi”nə əsasən 2029,19 manat əsas borc, 6,93 manat faiz borcu, cəmi 2036,12 manat borcun tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək Cavabdeh 27 noyabr 2019-cu il tarixli 130522-CNS-9756/1 saylı “nağd pul krediti müqaviləsi”nə əsasən 2029,19 manat əsas borc, 6,93 manat faiz borcu, cəmi 2036,12 manat alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İşdə olan 05 aprel 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 40,36 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 40,36 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 27 noyabr 2019-cu il tarixli 130522-CNS-9756/1 saylı “nağd pul krediti müqaviləsi”nə əsasən 2029,19 manat əsas borc, 6,93 manat faiz borcu, cəmi 2036 (iki min otuz altı) manat 12 (on iki) qəpik alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 40 (qırx) manat 36 (otuz altı) qəpik dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar