Məhkəmə qərarları › İş №2(055)-506/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-506/2024

22.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-506/2024 22.05.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 4299,88 manat əsas borc, 561,13 manat faiz borcu, 202,62 manat cərimə borcu, cəmi 5063,63 manat borcun, ödənilmiş 70,64 manat dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyəti iddianı onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 15 dekabr 2021-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh istehlak məqsədləri üçün 36 ay müddətinə ödəmək şərti ilə illik 20% dərəcəsi ilə 6903 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən Cavabdeh ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınaraq kredit müqaviləsinin tələblərini pozmaqla üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh kredit müqaviləsi üzrə olan borcunu ödəməkdən yayınmış və nəticədə onun banka 13 mart 2024-cü il tarixə 15 dekabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə 4299,88 manat əsas borcu, 561,13 manat faiz borcu, 202,62 manat cərimə borcu, cəmi 5063,63 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Ona görə də Cavabdeh 4299,88 manat əsas borcun, 561,13 manat faiz borcunun, 202,62 manat cərimənin, cəmi 5063,63 manat borcun, ödənilmiş 70,64 manat dövlət rüsumunun alınıb iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyəti məhkəməyə ərizə ünvanlayaraq iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının xahişini nəzərə alaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəmə iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edimiş 15 dekabr 2021-ci il tarixli, 2956nkSLY/21 saylı kredit müqaviləsindən və ona 1 saylı əlavədən görünür ki, bu müqavilə illik 20% dərəcəsi ilə 14 dekabr 2024-cü il tarixədək ödəmək şərti ilə 6903 manat məbləğində kreditin verilməsi və məqsədli təyinatına uyğun istifadə edilərək faizi ilə birlikdə banka qaytarılması ilə əlaqədar "xxxx" X2 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan və məhkəmə iclasında elan edimiş 13 mart 2024-cü il tarixli məktubdan görünür ki, 2956nkSLY/21 saylı kredit müqaviləsinə əsasən Cavabdeh "xxxx" X2 Səhmdar Cəmiyyətinə 13 mart 2024-cü il tarixə 4299,88 manat əsas borcu, 561,13 manat faiz borcu, 202,62 manat cərimə borcu, cəmi 5063,63 manat borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 15 dekabr 2021-ci il tarixli, 2956nkSLY/21 saylı kredit müqaviləsi üzrə cavabdeh iddiaçıdan 14 dekabr 2024-cü il tarixədək ödəmək şərti ilə illik 20% dərəcəsi ilə 6903 manat məbləğində kredit götürmüşdür. Lakin Cavabdeh müqavilənin şərtlərini pozaraq kredit müqaviləsi üzrə borcu vaxtında və lazımi qaydada ödəməyərək üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş və onun iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinə 13 mart 2024-cü il tarixə 4299,88 manat əsas borcu, 561,13 manat faiz borcu, 202,62 manat cərimə borcu, cəmi 5063,63 manat borcu yaranmışdır. İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyəti 15 dekabr 2021-ci il tarixli, 2956nkSLY/21 saylı kredit müqaviləsi üzrə 4299,88 manat əsas borcu, 561,13 manat faiz borcu, 202,62 manat cərimə borcu, cəmi 5063,63 manat borcun Cavabdeh tutularaq iddiaçıya ödənilməsini tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyəti 15 dekabr 2021-ci il tarixli, 2956nkSLY/21 saylı kredit müqaviləsi üzrə 4299,88 manat əsas borcun, 561,13 manat faiz borcunun, 202,62 manat cərimənin, cəmi 5063,63 manat borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, 15 dekabr 2021-ci il tarixli, 2956nkSLY/21 saylı kredit müqaviləsi üzrə Cavabdeh 4299,88 manat əsas borc, 561,13 manat faiz borcu, 202,62 manat cərimə, cəmi 5063,63 manat alınaraq iddiaçıya ödənilməlidir. İşdə olan 13 mart 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyəti tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 70,64 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş 70,64 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 15 dekabr 2021-ci il tarixli, 2956nkSLY/21 saylı kredit müqaviləsi üzrə 4299,88 manat əsas borc, 561,13 manat faiz borcu, 202,62 manat cərimə, cəmi 5063 (beş min altmış üç) manat 63 (altmış üç) qəpik alınaraq iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 70 (yetmiş) manat 64 (altmış dörd) qəpik dövlət rüsumu Cavabdeh alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Əsli ilə düzdür

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar