Məhkəmə qərarları › İş №2(055)-507/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-507/2025

30.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-507/2025 30.05.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı 7000 manat pulun, ödənilmiş 90 manat dövlət rüsumunun və 50 manat vəkil xidmət haqqının, cəmi 7140 manat pulun alınması tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddiaçı məhkəmə hazırlıq iclası zamanı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh 5600 manat pulun, ödənilmiş 90 manat dövlət rüsumunun və 50 manat vəkil xidmət haqqının, cəmi 5740 manat pulun alınaraq ona verilməsini xahiş etmişdir. İddiaçı məhkəmə baxışı zamanı iddianı müdafiə edərək izahatında göstərdi ki, cavabdeh onun doğma qızıdır. Onun Saatlı rayonu Heydərabad kəndində 2.60 hektar pay torpaq sahəsi vardır. Həmin torpaq sahəsini 7000 manata 2023-cü ildə qardaşı Camala icarəyə vermişdir. Bu ilin fevral ayının əvvəllərində qardaşı Camaldan pulunu qaytarmaq şərti ilə icarəyə verdiyi torpağı geri almaq istəmişdir. Bunun üçün 6000 manat pulu bacısı Laləzara vermişdir ki, qardaşı Camala versin. Laləzar 6000 manat pulu Camala vermək istəsə də, Camal həmin pulu Laləzardan götürməmişdir ki, pulu bütövlükdə yəni, 8000 manat olaraq versinlər. Bundan sonra, qızı, iş üzrə Cavabdeh həmin 6000 manatı onun tapşırığı ilə Camala vermək üçün Laləzardan götürmüşdür. Bundan başqa, 17 fevral 2025ci ildə “Milliön” ödəniş vasitəsi ilə Bənövşənin əri Xaləddinə məxsus kart hesabına əlavə olaraq 1000 manat pul köçürmüşdür. Bundan sonra Bənövşə ona zəng edərək ümumilikdə 7000 manat pulu Camala vermək üçün yola düşdüyünü ona bildirmişdir. Bir qədər sonra isə Bənövşənin əri Xaləddin ona zəng vuraraq Bənövşənin pulları yolda itirdiyini demişdir. Dəfələrlə tələb etməsinə baxmayaraq iddia ərizəsi ilə məhkəməyə müraciət edənədək Bənövşə sözügedən 7000 manat pulu ona qaytarmamışdır. Məhkəmə icraatı müddətində isə cavabdeh həmin puldan 1400 manat ona qaytarmışdır. Ona görə də, göstərdiklərini nəzərə alaraq Cavabdeh 5600 manat pulun, ödənilmiş 90 manat dövlət rüsumunun və 50 manat vəkil xidmət haqqının, cəmi 5740 manat pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəməyə gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı şahid X1 ifadəsində göstərdi ki, İddiaçı onun qardaşı, Cavabdeh onun qardaşının qızıdır. İddiaçı ona 6000 manat pul vermişdir ki, qardaşı Camala versin. O, 6000 manat pulu Camala vermək istəsə də, Camal həmin pulu götürməmişdir. Sonradan iddiaçının xahişi ilə sözügedən 6000 manatı iddiaçının qızına, yəni hazırki iş üzrə cavabdehə vermişdir ki, iddiaçının karta köçürdüyü 1000 manatla birlikdə Camala çatdırsın. Pulu verərkən videoçəkiliş aparılmışdır. Sonradan Cavabdeh pulu itirdiyini bildirmişdir. Məhkəmə baxışı zamanı şahid X2 ifadəsində göstərdi ki, İddiaçı onun atası, Cavabdeh onun bacısıdır. İddiaçı icarəyə verdiyi torpaq sahəsinin geri alınması üçün 6000 manat pulu onun bibisi Laləzara vermişdir ki, əmisi Camala versin. Laləzar 6000 manat pulu Camala vermək istəsə də, Camal həmin pulu Laləzardan götürməmişdir ki, pulu bütövlükdə yəni, 8000 manat olaraq versinlər. Bundan sonra, Cavabdeh həmin 6000 manatı iddiaçının tapşırığı ilə Camala vermək üçün Laləzardan götürmüşdür. Bundan başqa, iddiaçı 17 fevral 2025-ci ildə əlavə olaraq “Milliön” ödəniş vasitəsi ilə cavabdehin əri Xaləddinə məxsus kart hesabına 1000 manat pul köçürmüşdür. Bundan sonra Bənövşə iddiaçıya zəng edərək bildirmişdir ki, ümumilikdə 7000 manat pulu aparıb Camala vermək üçün yola düşmüşdür. Bir qədər sonra isə Bənövşənin əri Xaləddin iddiaçıya zəng vuraraq Bənövşənin pulları yolda itirdiyini demişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 28 fevral 2025-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, İddiaçı ona məxsus olan 7000 manat pulun Cavabdeh və sonuncunun əri Xaləddin Xəlilov tərəfindən mənimsənilməsi barədə ərizə ilə Saatlı RPŞ-yə müraciət etmiş, lakin araşdırma aparıldıqdan sonra əməlin mülki xarakterli olması qənaətinə gəlinərək cinayət işinin başlanılması rədd edilmişdir. İşdə olan və məhkəmə baxışı zamanı baxış keçirilmiş “DVD” diskdə olan videogörüntüdən görünür ki, X1 6000 manat pulu Cavabdeh vermişdir. Məhkəmə iddiaçının izahatını və şahidlərin ifadələrini dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh İddiaçı məxsus əmlakı, yəni 7000 manat pulu Camal Muradova vermək məqsədi ilə almış, lakin iddia ərizəsi məhkəməyə verilənədək həmin pulu nə Camal Muradova vermiş, nə də, iddiaçıya qaytarmışdır. Lakin mülki işin məhkəmə icraatı zamanı cavabdeh sözügedən 7000 manat puldan 1400 manat hissəsini iddiaçıya qaytarmışdır. İddia tələbinin əsaslılığı iddiaçının izahatı, iş materialları və şahidlərin ifadələri ilə sübut olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək Cavabdeh 5600 manat alınaraq İddiaçı verilməlidir. İşdə olan 07 mart 2025-ci il tarixli qəbzlərdən görünür ki, İddiaçı 90 manat dövlət rüsumu və 50 manat vəkil xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 90 manat dövlət rüsumu və 50 manat vəkil xidmət haqqı iddiaçı tərəfindən ödənildiyindən həmin məbləğ cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 5600 (beş min altı yüz) manat pul alınaraq İddiaçı verilsin. İddia qaldırılarkən ödənilmiş 90 manat dövlət rüsumu və 50 manat vəkil xidmət haqqı, cəmi 140 (bir yüz qırx) manat Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar