Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-513/2023 09.06.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1937 manat əsas borc, 216 manat cərimə və 41 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 23 iyun 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçının müdiri olduğu “Ev-Qur” mağazasından 1700 manat dəyərində 1 ədəd “AUX” markalı kondisioner və 1140 manat dəyərində 1 ədəd eyni markalı kondisioner almış və ümumilikdə 2890 manat məbləğində pulu iltizama imza edərək hər ay 240,83 manat olmaqla 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh 23 iyun 2022-ci il tarixli müqavilə üzrə əvvəllər ödəniş etsə də, sonradan ödənişləri heç bir üzrlü səbəb olmadan dayandırmış və 23 iyun 2022-ci il tarixli müqavilə üzrə iddiaçıya ödənilməmiş qalan 1937 manat borcu ödəməkdən yayınmışdır. Edilmiş xəbərdarlığa baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona müqavilə üzrə 216 manat cərimə hesablanmışdır. Ona görə də Cavabdeh 23 iyun 2022-ci il tarixli müqavilə üzrə 1937 manat əsas borc, 216 manat cərimə və 41 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 23 iyun 2022-ci il tarixli, XDN-3500 saylı müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə 1700 manat dəyərində 1 ədəd “AUX” markalı kondisioner və 1140 manat dəyərində 1 ədəd eyni markalı kondisionerin, ümumilikdə 2890 manat məbləğində iki ədəd kondisionerin alınması ilə əlaqədar İddiaçı ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 23 iyun 2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, 1700 manat dəyərində 1 ədəd “AUX” markalı kondisioner və 1140 manat dəyərində 1 ədəd eyni markalı kondisioner İddiaçı tərəfindən Cavabdeh təhvil verilmişdir. İşdə olan 23 iyun 2022-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh aldığı iki ədəd “AUX” markalı kondisionerin ümumi dəyəri olan 2890 manat məbləğində pulu hər ay 240,83 manat olmaqla 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 19 dekabr 2022-ci il tarixli ödəniş çekindən görünür ki, Cavabdeh iddiaçının müdiri olduğu “Ev-Qur” mağazasına sonuncu dəfə 250 manat ödəniş etmiş, onun 1937 manat qalıq borcu qalmışdır. İşdə olan 07 aprel 2023-cü il tarixli son bildirişdən və həmin bildirişin çatdırılması barədə xəbərnamədən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 23 iyun 2022-ci il tarixli, XDN-3500 saylı müqavilə üzrə öhdəliyi icra etməsi tələb edilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 23 iyun 2022-ci il tarixli, XDN-1763 saylı müqaviləyə əsasən cavabdeh iddiaçının müdiri olduğu “Ev-Qur” mağazasından 1700 manat dəyərində 1 ədəd “AUX” markalı kondisioner və 1140 manat dəyərində 1 ədəd eyni markalı kondisioner almış və ümumilikdə 2890 manat məbləğində pulu iltizama imza edərək hər ay 240,83 manat olmaqla 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh 23 iyun 2022ci il tarixli müqavilə üzrə 1937 manat borcu ödəməkdən yayınmışdır. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona müqavilə üzrə 216 manat cərimə hesablanmışdır. Ona görə də İddiaçı Cavabdeh 23 iyun 2022-ci il tarixli müqavilə üzrə 1937 manat əsas borc, 216 manat cərimə, cəmi 2153 manat borcun alınmasını tələb edir. Qeyd olunanlardan görünür ki, İddiaçı Cavabdeh 1937 manat əsas borc, 216 manat cərimə, cəmi 2153 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən 23 iyun 2022-ci il tarixli, XDN-1763 saylı alqı-satqı müqaviləsi üzrə tələb olunan 216 manat məbləğində dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 180 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 23 iyun 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 1937 manat əsas borc və 180 manat cərimə, cəmi 2117 manat alınaraq İddiaçı ödənilməli, iddianın qalan hissəsi təmin olunmamalıdır. İşdə olan 18 aprel 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən 41 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 41 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 23 iyun 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 1937 manat əsas borc, 180 manat cərimə, cəmi 2117 (iki min bir yüz on yeddi) manat alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 41 (qırx bir) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(055)-513/2023
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-513/2023
09.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver