Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-524/2023 14.06.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2020-ci il tarixli, EHK5834056-M saylı nisyə alqı-satqı müqaviləsi üzrə 7028 manat əsas borc, 1000 manat faiz borcu, cəmi 8028 manat borc və 101 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, EHK5834056-M saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı 10260 manat dəyərində olan məişət avadanlığına görə ilkin ödəniş 2016 manat olmaqla 18 ay müddətinə hər ay 458 manat ödəməklə, ümumilikdə 10260 manat pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Ona görə də, Cavabdeh xx.xx.2020-ci il tarixli, EHK5834056-M saylı nisyə alqı-satqı müqaviləsi üzrə ümumilikdə 7028 manat əsas borc, 1000 manat faiz borcu, cəmi 8028 manat borc və 101 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Göstərilən mülki iş üzrə iddiaçının nümayəndəsi X3 məhkəməyə ünvanladığı ərizədən görünür ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair təyin olunmuş məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin bu xahişini nəzərə alaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı Cavabdeh nümayəndəsi X4 izahatında göstərdi ki, nümayəndəsi olduğu Cavabdeh onun bacısıdır. Cavabdeh həqiqətən də xx.xx.2020-ci il tarixli, EHK5834056-M saylı nisyə alqı-satqı müqaviləsi üzrə İddiaçındən dəyəri 10260 manat olan məişət avadanlığı əldə etsə də, lakin bir müddət müqavilə üzrə ödəniş etdikdən sonra maddi imkanı olmadığından ödənişləri edə bilməmişdir. Ona görə də göstərdiklərinin nəzərə alınaraq məhkəmədən köməklik edilməsini xahiş etdi. İşdə olan xx.xx.2020-ci il tarixli, EHK5834056-M saylı nisyə alqı-satqı müqaviləsindən və həmin müqaviləyə əlavədən görünür ki, xx.xx.2020-ci il tarixli, EHK5834056-M saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı 10260 manat dəyərində olan məişət avadanlığına görə ilkin ödəniş 2016 manat olmaqla 18 ay müddətinə hər ay 458 manat ödəməklə, ümumilikdə 10260 manat ödəmək şərti ilə qeyd olunan məhsulların alınması ilə əlaqədar İddiaçı ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnun xx.xx.2020-ci il tarixli, EHK5834056-M saylı müqavilə üzrə 7028 manat ödənilməmiş əsas borcu qalmışdır. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, EHK5834056-M saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı 10260 manat dəyərində olan məişət avadanlığına görə ilkin ödəniş 2016 manat olmaqla 18 ay müddətinə hər ay 458 manat ödəməklə, ümumilikdə 10260 manat pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqavilə üzrə ödənişləri tam etməmişdir. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən İddiaçı Cavabdeh xx.xx.2020-ci il tarixli, EHK5834056-M saylı nisyə alqı-satqı müqaviləsi üzrə ümumilikdə 7028 manat əsas borc, 1000 manat faiz borcu, cəmi 8028 borcun tutulmasını tələb edir. Qeyd olunanlardan görünür ki, İddiaçı Cavabdeh xx.xx.2020-ci il tarixli, EHK5834056-M saylı nisyə alqı-satqı müqaviləsi üzrə ümumilikdə 7028 manat əsas borc, 1000 manat faiz borcu, cəmi 8028 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İşdə olan 26 aprel 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 101 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 101 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli, EHK5834056-M saylı nisyə alqı-satqı müqaviləsi üzrə ümumilikdə 7028 manat əsas borc, 1000 manat faiz borcu, cəmi 8028 manat borc və 101 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçınə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli, EHK5834056-M saylı nisyə alqı-satqı müqaviləsi üzrə ümumilikdə 7028 manat əsas borc, 1000 manat faiz borcu, cəmi 8028 (səkkiz min iyirmi səkkiz) manat pul alınaraq İddiaçınə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 101 (bir yüz bir) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(055)-524/2023
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-524/2023
14.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver