Məhkəmə qərarları › İş №2(055)-525/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-525/2023

12.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-525/2023 12.06.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 10 avqust 2020-ci il tarixli müqavilə üzrə 163,50 manat əsas borcun, 16,50 manat cərimənin, 16 may 2021-ci il tarixli müqavilə üzrə 321 manat əsas borcun, 32 manat cərimənin, 16 may 2021-ci il tarixli müqavilə üzrə 120,80 manat əsas borcun, 12,20 manat cərimənin və 08 iyun 2021-ci il tarixli müqavilə üzrə 239,30 manat əsas borcun, 23,70 manat cərimənin, ümumilikdə 929 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 10 avqust 2020-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 30 manat ilkin ödəniş olmaqla, 15 ay müddətinə hər ay 58,90 manat ödəməyi öhdəsinə götürməklə ümumi dəyəri 913,50 manat, İMEİ kodu **********81286 olan bir ədəd “Samsung Galaxy A51” markalı telefon almışdır. Bundan başqa 16 may 2021-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 12 ay müddətinə hər ay 36,10 manat ödəməyi öhdəsinə götürməklə ümumi dəyəri 433,20 manat, İMEİ kodu **********25068 olan “Samsung Galaxy A12” markalı telefon almışdır. Bundan başqa 16 may 2021-ci tarixli digər müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 6 ay müddətinə hər ay 30,40 manat ödəməyi öhdəsinə götürməklə ümumi dəyəri 182,40 manat olan JBL qulaqlıq almişdır. Bundan başqa 08 iyun 2021-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 12 ay müddətinə hər ay 21,80 manat ödəməyi öhdəsinə götürməklə ümumi dəyəri 261,60 manat olan “AMAZFİT BİP” markalı saat almışdır. Lakin Cavabdeh 10 avqust 2020-ci il tarixli, 16 may 2021-ci il və 08 iyun 2021-ci il tarixli müqavilələr üzrə ümumilikdə 946,10 manat ödəniş etsə də, iddiaçıya ödənilməmiş qalan 10 avqust 2020-ci il tarixli müqavilə üzrə 163,50 manat əsas borcu, 16,50 manat cəriməni, 16 may 2021-ci il tarixli müqavilə üzrə 321 manat əsas borcu, 32 manat cəriməni, 16 may 2021-ci il tarixli digər müqavilə üzrə 120,80 manat əsas borcu, 12,20 manat cəriməni və 08 iyun 2021-ci il tarixli müqavilə üzrə 239,30 manat əsas borcu, 23,70 manat cəriməni, ümumilikdə 929 manat borcu ödəməkdən yayınmışdır. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona müqavilələr üzrə müvafiq olaraq 16,50 manat, 32 manat, 12,20 manat, 23,70 manat, cəmi 84,40 manat cərimə hesablanmışdır. Ona görə də Cavabdeh 10 avqust 2020-ci il tarixli müqavilə üzrə 163,50 manat əsas borcun, 16,50 manat cərimənin, 16 may 2021-ci il tarixli müqavilə üzrə 321 manat əsas borcun, 32 manat cərimənin, 16 may 2021-ci il tarixli müqavilə üzrə 120,80 manat əsas borcun, 12,20 manat cərimənin və 08 iyun 2021-ci il tarixli müqavilə üzrə 239,30 manat əsas borcun, 23,70 manat cərimənin, ümumilikdə 929 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 10 avqust 2020-ci il tarixli 21063016 saylı müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə 30 manat ilkin ödəniş olmaqla, 15 ay müddətinə hər ay 58,90 manat ödəməyi öhdəsinə götürməklə ümumi dəyəri 913,50 manat, İMEİ kodu **********81286 olan bir ədəd “Samsung Galaxy A51” markalı telefonun alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 16 may 2021-ci il tarixli 23075807 saylı müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə ilkin ödəniş olmadan 12 ay müddətinə hər ay 36,10 manat ödəməyi öhdəsinə götürməklə ümumi dəyəri 433,20 manat, İMEİ kodu **********25068 olan “Samsung Galaxy A12” markalı telefonun alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 16 may 2021-ci tarixli 23075698 saylı müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə ilkin ödəniş olmadan 6 ay müddətinə hər ay 30,40 manat ödəməyi öhdəsinə götürməklə ümumi dəyəri 182,40 manat olan JBL qulaqlığın alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 08 iyun 2021-ci il tarixli 23126876 saylı müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə ilkin ödəniş olmadan 12 ay müddətinə hər ay 21,80 manat ödəməyi öhdəsinə götürməklə ümumi dəyəri 261,60 manat olan “AMAZFİT BİP” markalı saatın alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır . İşdə olan 19 aprel 2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 10 avqust 2020-ci il tarixli müqavilə üzrə 163,50 manat əsas borc, 16,50 manat cərimə, 16 may 2021-ci il tarixli müqavilə üzrə 321 manat əsas borc, 32 manat cərimə, 16 may 2021-ci il tarixli müqavilə üzrə 120,80 manat əsas borc, 12,20 manat cərimə və 08 iyun 2021-ci il tarixli müqavilə üzrə 239,30 manat əsas borc, 23,70 manat cərimə, ümumilikdə ödənilməmiş 929 manat borcu qalmışdır. Cavabdeh müqavilələr üzrə ümumilikdə 946,10 manat ödəniş etmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 10 avqust 2020-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 30 manat ilkin ödəniş olmaqla, 15 ay müddətinə hər ay 58,90 manat ödəməyi öhdəsinə götürməklə ümumi dəyəri 913,50 manat, İMEİ kodu **********81286 olan bir ədəd “Samsung Galaxy A51” markalı telefon almışdır. Bundan başqa 16 may 2021-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 12 ay müddətinə hər ay 36,10 manat ödəməyi öhdəsinə götürməklə ümumi dəyəri 433,20 manat, İMEİ kodu **********25068 olan “Samsung Galaxy A12” markalı telefon almışdır. Bundan başqa 16 may 2021-ci tarixli digər müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 6 ay müddətinə hər ay 30,40 manat ödəməyi öhdəsinə götürməklə ümumi dəyəri 182,40 manat olan JBL qulaqlıq almişdır. Bundan başqa 08 iyun 2021-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 12 ay müddətinə hər ay 21,80 manat ödəməyi öhdəsinə götürməklə ümumi dəyəri 261,60 manat olan “AMAZFİT BİP” markalı saat almışdır. Lakin Cavabdeh 10 avqust 2020-ci il tarixli, 16 may 2021-ci il və 08 iyun 2021-ci il tarixli müqavilələr üzrə ümumilikdə 946,10 manat ödəniş etsə də, iddiaçıya ödənilməmiş qalan 10 avqust 2020-ci il tarixli müqavilə üzrə 163,50 manat əsas borcu, 16,50 manat cəriməni, 16 may 2021-ci il tarixli müqavilə üzrə 321 manat əsas borcu, 32 manat cəriməni, 16 may 2021-ci il tarixli digər müqavilə üzrə 120,80 manat əsas borcu, 12,20 manat cəriməni və 08 iyun 2021-ci il tarixli müqavilə üzrə 239,30 manat əsas borcu, 23,70 manat cəriməni, ümumilikdə 929 manat borcu ödəməkdən yayınmışdır. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona müqavilələr üzrə müvafiq olaraq 16,50 manat, 32 manat, 12,20 manat, 23,70 manat, cəmi 84,40 manat cərimə hesablanmışdır. Ona görə də iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh 10 avqust 2020-ci il tarixli müqavilə üzrə 163,50 manat əsas borcun, 16,50 manat cərimənin, 16 may 2021-ci il tarixli müqavilə üzrə 321 manat əsas borcun, 32 manat cərimənin, 16 may 2021-ci il tarixli müqavilə üzrə 120,80 manat əsas borcun, 12,20 manat cərimənin və 08 iyun 2021-ci il tarixli müqavilə üzrə 239,30 manat əsas borcun, 23,70 manat cərimənin, ümumilikdə 929 manat borcun alınmasını tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh 10 avqust 2020-ci il tarixli müqavilə üzrə 163,50 manat əsas borcun, 16,50 manat cərimənin, 16 may 2021-ci il tarixli müqavilə üzrə 321 manat əsas borcun, 32 manat cərimənin, 16 may 2021-ci il tarixli müqavilə üzrə 120,80 manat əsas borcun, 12,20 manat cərimənin və 08 iyun 2021-ci il tarixli müqavilə üzrə 239,30 manat əsas borcun, 23,70 manat cərimənin, ümumilikdə 929 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 10 avqust 2020-ci il tarixli müqavilə üzrə 163,50 manat əsas borc, 16,50 manat cərimə, 16 may 2021-ci il tarixli müqavilə üzrə 321 manat əsas borc, 32 manat cərimə, 16 may 2021-ci il tarixli müqavilə üzrə 120,80 manat əsas borc, 12,20 manat cərimə və 08 iyun 2021-ci il tarixli müqavilə üzrə 239,30 manat əsas borc, 23,70 manat cərimə, ümumilikdə 929 manat alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. İşdə olan 21 aprel 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 10 avqust 2020-ci il tarixli müqavilə üzrə 163,50 manat əsas borc, 16,50 manat cərimə, 16 may 2021-ci il tarixli müqavilə üzrə 321 manat əsas borc, 32 manat cərimə, 16 may 2021-ci il tarixli müqavilə üzrə 120,80 manat əsas borc, 12,20 manat cərimə və 08 iyun 2021-ci il tarixli müqavilə üzrə 239,30 manat əsas borc, 23,70 manat cərimə, cəmi 929 (doqquz yüz iyirmi doqquz) manat alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən bir ay müddətində Saatlı rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar