Məhkəmə qərarları › İş №2(055)-528/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-528/2023

09.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-528/2023 09.06.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 17 sentyabr 2020-ci il tarixli müqavilə üzrə 84,20 manat əsas borc, 13,20 manat cərimə və 02 dekabr 2020-ci il tarixli müqavilə üzrə 131,80 manat əsas borc, 8,80 manat cərimə, cəmi 238 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 17 sentyabr 2020-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 12 ay müddətinə hər ay 55,70 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 668,40 manat, İMEİ kodu **********68987 olan “İPHONE 7” markalı telefon almışdır. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 02 dekabr 2020-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 119 manat ilkin ödəniş olmaqla, 12 ay müddətinə hər ay 48,60 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 702,20 manat, İMEİ kodu **********69193 olan “XİAOMİ REDMİ NOTE 9” markalı telefon almışdır. Lakin cavabdeh hər iki müqavilə üzrə ümumilikdə 1154,60 manat ödəniş etsə də, iddiaçıya ödənilməmiş qalan 17 sentyabr 2020-ci il tarixli müqavilə üzrə 84,20 manat və 02 dekabr 2020-ci il tarixli müqavilə üzrə 131,80 manat, cəmi 216 manat borcu ödəməkdən yayınmışdır. Edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirmədiyindən ona hər iki müqavilə üzrə müvafiq olaraq 8,80 manat və 13,20 manat, cəmi 22 manat cərimə hesablanmışdır. Ona görə də Cavabdeh 17 sentyabr 2020-ci il tarixli müqavilə üzrə 84,20 manat əsas borc, 8,80 manat cərimə və 02 dekabr 2020-ci il tarixli müqavilə üzrə 131,80 manat əsas borc, 13,20 manat cərimə, cəmi 238 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 17 sentyabr 2020-ci il tarixli, 21176709 saylı müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə ilkin ödəniş olmadan 12 ay müddətinə hər ay 55,70 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 668,40 manat, İMEİ kodu **********68987 olan “İPHONE 7” markalı telefonun alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 02 dekabr 2020-ci il tarixli, 22102554 saylı müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə 119 manat ilkin ödəniş olmaqla, 12 ay müddətinə hər ay 48,60 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 702,20 manat, İMEİ kodu **********69193 olan “XİAOMİ REDMİ NOTE 9” markalı telefonun alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 19 aprel 2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 17 sentyabr 2020-ci il tarixli müqavilə üzrə 84,20 manat əsas borc, 8,80 manat cərimə və 02 dekabr 2020-ci il tarixli müqavilə üzrə 131,80 manat əsas borc, 13,20 manat cərimə, ümumilikdə ödənilməmiş 238 manat borcu qalmışdır. Cavabdeh 17 sentyabr 2020-ci il tarixli müqavilə üzrə cəmi 584,20 manat və 02 dekabr 2020-ci il tarixli müqavilə üzrə cəmi 570,40 manat ödəniş etmişdir. İşdə olan 14 mart 2023-cü il tarixli xəbərdarlıqdan və onun cavabdeh tərəfindən qəbul edilməsi ilə bağlı xəbərnamədən görünür ki, iddiaçı tərəfindən cavabdehdən 17 sentyabr 2020-ci il tarixli və 02 dekabr 2020-ci il tarixli müqavilələr üzrə öhdəliyini yerinə yetirmək tələb edilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 17 sentyabr 2020-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 12 ay müddətinə hər ay 55,70 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 668,40 manat, İMEİ kodu **********68987 olan “İPHONE 7” markalı telefon almışdır. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 02 dekabr 2020-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 119 manat ilkin ödəniş olmaqla, 12 ay müddətinə hər ay 48,60 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 702,20 manat, İMEİ kodu **********69193 olan “XİAOMİ REDMİ NOTE 9” markalı telefon almışdır. Lakin cavabdeh hər iki müqavilə üzrə ümumilikdə 1154,60 manat ödəniş etsə də, iddiaçıya ödənilməmiş qalan 17 sentyabr 2020-ci il tarixli müqavilə üzrə 84,20 manat və 02 dekabr 2020-ci il tarixli müqavilə üzrə 131,80 manat, cəmi 216 manat borcu ödəməkdən yayınmışdır. Edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirmədiyindən ona hər iki müqavilə üzrə müvafiq olaraq 8,80 manat və 13,20 manat, cəmi 22 manat cərimə hesablanmışdır. Ona görə də iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 17 sentyabr 2020-ci il tarixli müqavilə üzrə 84,20 manat əsas borc, 8,80 manat cərimə və 02 dekabr 2020-ci il tarixli müqavilə üzrə 131,80 manat əsas borc, 13,20 manat cərimə, cəmi 238 manat pulun Cavabdeh tutulmasını tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh 17 sentyabr 2020-ci il tarixli müqavilə üzrə 84,20 manat əsas borc, 8,80 manat cərimə və 02 dekabr 2020-ci il tarixli müqavilə üzrə 131,80 manat əsas borc, 13,20 manat cərimə, cəmi 238 manat pulun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 17 sentyabr 2020-ci il tarixli müqaviləyə əsasən 84,20 manat əsas borc, 8,80 manat cərimə və 02 dekabr 2020-ci il tarixli müqaviləyə əsasən 131,80 manat əsas borc, 13,20 manat cərimə, cəmi 238 manat alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. İşdə olan 20 aprel 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 17 sentyabr 2020-ci il tarixli müqaviləyə əsasən 84,20 manat əsas borc, 8,80 manat cərimə və 02 dekabr 2020-ci il tarixli müqaviləyə əsasən 131,80 manat əsas borc, 13,20 manat cərimə, cəmi 238 (iki yüz otuz səkkiz) manat alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar