Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-55/2025 17.01.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Saatlı Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 4100 manat pulun və 61 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə yaxın münasibələri olmuşdur. Cavabdehin Sabirabad rayon sakini X1 6000 manat borcu olmuş və X8 Məmiyevə qarşı Saatlı Rayon Məhkəməsində iddia qaldırmış və həmin iddia təmin olunmuşdur. Cavabdeh tələbkar Anar Xəlilova olan borcunu ödəyə bilmədiyi üçün ondan tələbkarla danışmağı xahiş etmiş, o da Anar Xəlilovu tanıdığı üçün Cavabdeh vaxt verilməsini, borc ödənilmədiyi halda özünün ödəyəcəyini demişdir. Anar Xəlilov onunla razılaşmış və borcluya qarşı tələbinin olmaması barədə Saatlı rayon İcra və probasiya şöbəsinə ərizə vermişdir. Lakin üstündən bir müddət keçəndən sonra Cavabdeh onu aldadaraq vədinə əməl etməmiş, o da söz verdiyinə görə məcbur qalıb Anar Xəlilova ödənilməmiş qalan 4100 manat pulu 2 il ərzində hissə-hissə Anara ödəyərək bitirmişdir. Dəfələrlə cavabdehdən 4100 manat pulu tələb etsə də, sonuncu həmin puldan cəmi 250 manat ödəmiş, qalan məbləği ödəməmişdir. O da məcbur olub hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Sonda göstərdiklərinin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəməyə gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir.Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, Cavabdeh onun qonşusudur. Cavabdeh ona yaxınlaşaraq Sabirabad rayon sakini olan Anar Xəlilova borcu olduğunu, həmin borca görə məhkəmə qərarı ilə ölkədən getmək hüququnun məhdudlaşdırıldığı üçün Rusiya Federasiyasına gedə bilmədiyini bildirmiş və ölkədən getmək hüququnun məhdudlaşdırılmasının götürülməsinə dair ərizə verməsi üçün Sabirabad rayon sakini olan Anar Xəlilovla danışmasını xahiş etmişdir. O da Sabirabad rayon sakini olan Anarı tanımadığını və İddiaçı tanıdığını bildirmişdir. Daha sonra İddiaçı və o, Anar Xəlilovla görüşüb söhbət etdikdə, sonuncu Miradilin sözünə görə borcun ödənilməsi ilə bağlı ərizə verəcəyini və pulu Miradildən alacağını bildirmiş, Miradil də razılaşmışdır. Bundan sonra Anar Xəlilov borcun ödənilməsi ilə bağlı ərizəni vermiş və Cavabdeh işləmək üçün Rusiya Federasiyasına getmişdir. Həmin pulun bir hissəsini Cavabdeh ödəsə də, qalan 4100 manatı İddiaçı Anar Xəlilova ödəmişdir. Daha sonra İddiaçı dəfələrlə Cavabdeh ödədiyi 4100 manat borcu tələb etsə də, sonuncu müxtəlif bəhanələrlə borcu qaytarmamışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Cavabdeh ona təxminən 6000 manat borcu olmuşdur. Cavabdeh borcunu qaytarmadığı üçün Saatlı Rayon Məhkəməsinə müraciət etmiş və ərizəsi təmin olunmuşdur. Məhkəmə qərarı icra mərhələsində olan zaman yaxın münasibəri olan İddiaçı Cavabdeh vaxt verilməsini, borc ödənilmədiyi halda özünün ödəyəcəyini demişdir. O da Miradilə etibar etdiyi üçün razılaşmış və borcluya qarşı tələbinin olmaması barədə Saatlı rayon İcra və probasiya şöbəsinə ərizə vermişdir. Lakin Cavabdeh yenə də ona olan borcunu tam şəkildə qaytarmamış, borcun ödənilməmiş qalan 4100 manatını İddiaçı ona ödəmişdir. İşdə olan Saatlı Rayon Məhkəməsinin 01 fevral 2017-ci il tarixli, 2(055)-356/2017 saylı məhkəmə əmrindən görünür ki, Cavabdeh 6000 manat borc, 92 manat kredit müqaviləsinə çəkilən xərc və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 6122 manat pulun alınaraq tələbkar X1 verilməsi barədə məhkəmə əmri verilmişdir. İşdə olan İddiaçı ilə Cavabdeh arasındakı səsyazısına dair diskdən görünür ki, Cavabdeh İddiaçı borcunun olmasını etiraf edir. Məhkəmə iddiaçının izahatını və şahidlərin ifadəsini dinləyib, dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Məhkəmə qeyd edir ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir(“Azərbaycan Respublikası Konstitusiyasının 125ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarı). Yəni sübutetmədə bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur.Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktiki hallara, yəni iddia tələbinin faktiki əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. MPM-in 76.2-ci maddəsinin tələbindən göründüyü kimi, şahid ifadələri ilə müəyyən edilən məlumatlar mülki prosesdə əsas sübut növlərindən biri hesab olunur. Digər sübutlar kimi şahid ifadələrinin də məhkəmə üçün qabaqcadan müəyyən edilmiş hüquqi qüvvəsi olmasa da, MPM-in 88-ci maddəsinə əsasən əgər məhkəmə şahid ifadələrini mötəbər sübut kimi qəbul etmirsə, bununla bağlı mövqeyini əsaslandırmalıdır. Şahid ifadələri qiymətləndirilərkən, ilk növbədə, şahidlərin tərəflərlə faktiki münasibətləri, qohumluq əlaqələrinin olub-olmaması, işin nəticəsində maraqlı olubolmamaları və s. hallar yoxlanılmalıdır. Çünki konkret işin hallarından asılı olaraq tərəf işin müəyyən hallarını yalnız ona yaxın və ya qohum olan şəxslərin şahid ifadələri əsasında sübut etmək imkanına malik ola, yaxud ona yaxın insanlar da işin halları ilə bağlı mötəbər məlumatlar verə bilər. Hazırki iş üzrə şahidlər prosesin birbaşa iştirakçısı olmaqla kifayət qədər inandırıcı şəkildə(hətta bəzi xüsusatları iddiaçının özündən daha detallı göstərməklə) ifadə verərək iddiaçının cavabdehin əvəzində pul verməsini təsdiq etmişlər. Odur ki, məhkəmə hazırki mübahisə üzrə şahidlərin ifadəsinin obyektivliyinə və inandırıcılığına şübhə ilə və tənqidi yanaşmaq üçün əsasların olmaması qənaətinə gələrək hesab edir ki, həmin ifadələr mötəbər sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki,...mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh arasındakı səsyazısı iddia tələbinin əsaslılığını təsdiq edən mötəbər sübut kimi qəbul edilməlidir. Beləliklə də, məhkəmə araşdırması zamanı iddiaçının izahatı, şahidlərin ifadələri və işdə olan sənədlərlə İddiaçı Cavabdeh X1 olan 6000 manat borcunun 4100 manatını cavabdehin əvəzində Anar Xəlilova ödəməsi və cavabdehin həmin məbləğin 3850 manatını hal-hazıradək qaytarmaması öz təsdiqini tapmışdır. İddiaçı həmin məbləğin 250 manatının cavabdeh tərəfindən ona qaytarıldığını göstərdiyindən iddia tələbi qismən, yəni 3850 manat hissədə əsaslı hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 3850 manat məbləğində pul alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 61 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 61 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 3850 manat məbləğində borc və ödənilmiş 61 manat dövlət rüsumu, cəmi 3911 (üç min doqquz yüz on bir) manat alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. İş № 2(055)-55/2025 çıxarış AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 17 yanvar 2025-ci il Saatlı şəhəri Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq.... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 3850 manat məbləğində borc və ödənilmiş 61 manat dövlət rüsumu, cəmi 3911 (üç min doqquz yüz on bir) manat alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-55/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-55/2025
17.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver