Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-550/2025 14.05.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəmə müraciət edərək, Cavabdeh 2000 manat pulun, 40 manat dövlət rüsumunun, cəmi 2040 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qǝt edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia həcminin azaldılması barədə məhkəməyə ərizə təqdim edərək cavabdeh X2 1940 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qǝt edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, mərhum oğlu X4 vəfat edən günə kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Saatlə şəhəri H.Əliyev prospektində yerləşən «Ayşən» Şadlıq sarayının yanında ərzaq məhsulları satışı mağazası var idi. 2019-cu ilin yanvar ayında mərhum oğlu Saatlı rayonu Molday kənd sakini hal-hazırda mülki iş üzrə cavabdeh olan Cavabdeh mağazaya satıcı kimi işə götürmüşdür. Az sonra oğlu Ukrayna Respublikasının Xerson şəhərinə getməli olmuş, mağazanı və mağazadakı təxminən 35000 (otuz beş min) manat dəyərində olan satış üzrə ərzaq mallarını (məhsullarını) satılmasını cavabdehə həvalə etmişdir. 02 iyul 2019-cu il tarixdə oğlu X1 Respublikasının Xerson şəhərində vəfat etmiş və nəşi Azərbaycan Respublikasına gətirilərək Saatlı rayon qəbiristanlığında dəfn edilmişdir. Mağazadakı satış məhsullarının pulunun bir qismin cavabdeh mənə versədə həmin puldan 3500 (üç min beş yüz) manat pulu verməmişdir. Həmin pulun bir hissəsinin əvəzində cavabdeh ona 1500 (bir min beş yüz) manat dəyərində soyuducu versə də, hal hazırda cavabdehin ona 2000 (iki min) manat pul borcu qalmışdır. Xeyli müddətdir ki, həmin 2000 (iki min) manat pulu könüllü verməyi tələb etsə də cavabdeh konkret olaraq pulu qaytaracağını bildirmişdir. Bu barədə o, ilkin olaraq xx.xx.2025-ci il tarixdə Saatlı RPŞ-nə şikayət ərizəsi ilə müraciət etmişdir. Qaldırılan məsələnin mülki xarakterli olması və həlli daxili işlər orqanlarının səlahiyyətinə aid olmadığı barədə ona Saatlı RPŞ-si tərəfindən xx.xx.2025-ci il tarixli məktubla cavab verilmişdir. Bundan sonra o, cavabdehə qarşı pul tələbinə dair məhkəmədə iddi qaldırmağa məcbur olmuşdur. Hazırda cavabdehin ona 1940 manat borcu qalmışdır. Göstərilənlərə əsasən, iddiasının təmin olunmasını, Cavabdeh 1940 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qǝt edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh iddiaya etirazın dəlillərinə uyğun izahat verərək göstərdir ki, iddiaçının yezənsi Kamranla şərik işlətdiyi dükana aldıqları 1 ədəd kondisoner, 1 ədəd vitrin soyuducu, 2 ədəd dondurma soyuducusu, 1 ədəd tərəzi, 1 ədəd 400 manat dəyərində hazırlatdırdığı konfet vitrini və polkaları Kamran rəhmətə getdikdən sonra yeznəsi Soltanov Azadın iştirakı ilə həmin dükanı şərikli işlətmişlər. Azad “Avrora” firmasında ekspeditel vəzifəsində işləmişdir. Azadın, “Avrora” firmasından 13000 (on üç min) manat dəyərində mal oğurladığı aşkarlanmış və “Avrora” şirkəti tərəfindən həmin pulun ödənməsi Azaddan tələb olunmuşdur. Həmin mallardan dikana girməmişdir. O, şəxsən “Avrora” şirkəti ilə işləmiş və verdikləri depoziti də vaxtında ödəmişdir. “Avrora” şirkətindən başqa digər 10-15 firma ilə işləmiş və öz adına nisyə mal alıb, dükanı işlətmişlər. Azad 13000 manat borcu ödəmək üçün onun anasının və atasının adına kredit götürüb “Avrora” şirkətinə ödəmişdir. Azadın borcuna görə mağazadan əldə etdikləri gəlirdən hər ay 300 (üç yüz) manat “Avrora” şirkətinə pul ödəmişdir. 33 (otuz üç) ay Azadla birlikdə işləmişlər. Sonra o, Azada demişdir ki, “bu dükanda iki nəfərin qazancı yoxdur. Gəl otur dükanı özün işlət”. O isə ona bildirmişdir ki, “gəl dükanı bağlayaq, ya da özün tək işlət”. 2018-ci ildə o, Azadla aralarında haqq-hesab edib ayrılmışlar. Bundan sonra o, dükanı tək işlətmişdir. Razılaşmalarıda belə olmuşdur ki, həmin 13000 manat borcun qalan hissəsini ödəyəcdir. Ayrılanda Azada 2000 manat borcu qalmışdır. İşlədiyi müddətdə Azad Soltanovun anası və atasının adına olan həmin kreditin hər ay 300 manat hissəsini o, ödəniş etmişdir. Günü-gündən vəziyyətin daha da pisləşdiyini görüb dükanı bağlamaq qərarına gəlmişdir. 2017-ci ilin fevral ayında dükanı bağlamışdır. İddiaçı çağırmış və ona dükanı bağlayacağını bildirmişdir. Ona bildirmişdir ki, dükanı bağlayır və ümumilikdə ona 2000 (iki min) manat borcu qalıb. Həmin borcu işləyib, ödəyəcəkdir. O, onunla razılaşmış və yuxarıda adı çəkilən (dükana aldıqları 1 ədəd kondisoneri, 1 ədəd vitrin soyuducunu, 2 ədəd dondurma soyuducusunu, 1 ədəd tərəzini, 1 ədəd 400 manat dəyərində hazırlatdırdığım konfet vitrinini və polkaları) malları borcun qaytarılmasına zəmanət olaraq, öz evinə aparmışdır. Bildirmişdir ki, borcu qaytarandan sonra həmin əşyaları ona qaytaracaqdır. Bundan sonra Bakı şəhərinə getmiş və fəhlə işləyərək, 3 (üç) ay müddətinə hər ay borcdan 300 (üç yüz) manat müqabilində qaytarmışdır. Nadir əlavə olaraq atasından 50 manat pul almışdır. Sonra işdən çıxmış və Nadirə bildirmişdir ki, işləyib borcunu tam şəkildə qaytaracdır. 2019-cu ildə "xxxx" MMC-də işə düzəlmişdir. Hər ay 236 manat maaş almışdır. Nadir pulu ödəməyini tələb etmişdir. Nadirə bildirmişdir ki, özüylə apardığın əşyalardan satsın və borcunu hesablaşsın. Lakin o, onunla razılaşmamışdır. 2019-cu ildən bəri Nadirə cəmi 1050 (bir min əlli) manat borcum qalmışdır. İddianın həmin hissədə təmin olunmasına etiraz etmir. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İşin hallarından da göründüyü kimi, İddiaçı oğlu Azadla Cavabdeh şərikli dükan işlətmişlər. Daha sonra Azad vəfat etdiyindən dükanın qazancından cavabdeh tərəfindən Azada veriləcək 13000 manatın atası Nadirə verəcəyi barədə iddiaçı ilə cavabdeh arasında razılaşma olmuşdur. Hazırda isə həmin puldan qalan 1940 manatı iddiaçı cavabdehdən tələb edir. Cavabdeh məhkəməyə göndərdiyi yazılı etirazında və məhkəmə iclasında verdiyi izahatında həqiqətən iddiaçıya 2000 manat borclu olduğunu etiraf etmişdir. Həmin borcundan üç dəfəyə 900 manat qaytardığı, daha sonra isə iddiaçının atasından 50 manat aldığını bildirmişdir. İddiaçı isə, cavabdehin 900 manat pul qaytarmadığını, cavabdehin atasının ona 60 manat pul verdiyini bildirmişdir. Məhkəmə cavabdehin etirafını əsas götürərək hesab edir ki, iddia cavabdehin iddiaçıya 1940 manat borcu olması hissəsində təsdiq olunur. Bundan başqa, cavadeh iddiaçıya olan borcundan 900 manat hissəsini ödədiyini bildirsə də, bunu təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 8.1-ci və 9.1-ci maddələrində isə qeyd edilir ki, mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə iştirak edən tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək Cavabdeh 1940 manat pul alınaraq İddiaçı verilməlidir. İşdə olan mədaxil qəbzlərindən görünür ki, İddiaçı tərəfindən 40 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia qaldırmaq üçün ödənilmiş 40 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavbadeh Cavabdeh 1940 manat pul və ödənilmiş dövlət rüsumu olaraq 40 manat, cəmi 1980 (bir min doqquz yüz səksən) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-550/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-550/2025
14.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver