Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-554/2023 16.06.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixli müqavilə üzrə 592.70 manat əsas borc, 59.30 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 152.80 manat əsas borc, 15.20 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 64.80 manat əsas borc, 6.20 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 339.80 manat əsas borc, 33.20 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 176.80 manat əsas borc, 17.20 manat cərimə borcu, hər bir müqavilə üzrə cəmi 1458 manat borc və 34.58 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan alqı-satqı qiyməti 704.40 manat dəyərində olan “Samsung Galaxy A32” markalı mobil telefonu və “Mİ” markalı qulaqcığı, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 166.80 manat dəyərində olan “Power Bank”, “Mİ” qulaqcığı və “Sticker Samsung”u, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 64.80 manat dəyərində olan “Twin Buds” qulaqcığı, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 460.80 manat dəyərində olan “Samsung Galaxy A21S” markalı mobil telefonu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 181.80 manat dəyərində olan 2 ədəd “Twin Buds” qulaqcığı və “Power Bank”ı nisyə şəklində almışdır. Cavabdeh tərəfindən müqavilələrə və tərəflər arasında tərtib edilmiş ödəniş qrafikinə əməl edilməmiş, cavabdeh borcun ödənilməsinə dair öhdəliyi tam və vaxtında icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən borcun ödənişi gecikdirildikdə hər gecikdirilmiş gün üçün gecikdirilmiş borc məbləğinin 1%-i həcmində cərimə (dəbbə pulu) ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Ona görə də, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 592.70 manat əsas borc, 59.30 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 152.80 manat əsas borc, 15.20 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 64.80 manat əsas borc, 6.20 manat cərimə borcu, xx.xx.2021ci il tarixli müqavilə üzrə 339.80 manat əsas borc, 33.20 manat cərimə borcu və xx.xx.2021-ci il tarixli müqavilə üzrə 176.80 manat əsas borc, 17.20 manat cərimə borcu, hər bir müqavilə üzrə cəmi 1458 manat borc və 34.58 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən və həmin müqaviləyə 1 saylı əlavədən görünür ki, bu müqavilə 12 ay müddətinə hər ay 58.70 manat ödəməklə ümumi nisyə məbləği 704.40 manat olan məhsulun alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən və həmin müqaviləyə 1 saylı əlavədən görünür ki, bu müqavilə 12 ay müddətinə hər ay 13.90 manat ödəməklə ümumi nisyə məbləği 166.80 manat olan məhsulun alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən və həmin müqaviləyə 1 saylı əlavədən görünür ki, bu müqavilə 12 ay müddətinə hər ay 5.40 manat ödəməklə ümumi nisyə məbləği 64.80 manat olan məhsulun alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən və həmin müqaviləyə 1 saylı əlavədən görünür ki, bu müqavilə 12 ay müddətinə hər ay 30.40 manat ödəməklə ümumi nisyə məbləği 460.80 manat olan məhsulun alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən və həmin müqaviləyə 1 saylı əlavədən görünür ki, bu müqavilə 18 ay müddətinə hər ay 10.10 manat ödəməklə ümumi nisyə məbləği 181.80 manat olan məhsulun alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 20 aprel 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçıya xx.xx.2021-ci il tarixli müqavilə üzrə 592.70 manat əsas borc, 59.30 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 152.80 manat əsas borc, 15.20 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 64.80 manat əsas borc, 6.20 manat cərimə borcu, xx.xx.2021ci il tarixli müqavilə üzrə 339.80 manat əsas borc, 33.20 manat cərimə borcu və xx.xx.2021-ci il tarixli müqavilə üzrə 176.80 manat əsas borc, 17.20 manat cərimə borcu, hər bir müqavilə üzrə cəmi 1458 manat borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx"Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 592.70 manat əsas borcun, 59.30 manat cərimə borcunun, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 152.80 manat əsas borcun, 15.20 manat cərimə borcunun, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 64.80 manat əsas borcun, 6.20 manat cərimə borcunun, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 339.80 manat əsas borcun, 33.20 manat cərimə borcunun və xx.xx.2021-ci il tarixli müqavilə üzrə 176.80 manat əsas borcun, 17.20 manat cərimə borcunun, hər bir müqavilə üzrə cəmi 1458 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 592.70 manat əsas borc, 59.30 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 152.80 manat əsas borc, 15.20 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 64.80 manat əsas borc, 6.20 manat cərimə borcu, xx.xx.2021ci il tarixli müqavilə üzrə 339.80 manat əsas borc, 33.20 manat cərimə borcu və xx.xx.2021-ci il tarixli müqavilə üzrə 176.80 manat əsas borc, 17.20 manat cərimə borcu, hər bir müqavilə üzrə cəmi 1458 manat pul alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. İşdə olan mədaxil qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 34.58 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 34.58 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 592.70 manat əsas borc, 59.30 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 152.80 manat əsas borc, 15.20 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 64.80 manat əsas borc, 6.20 manat cərimə borcu, xx.xx.2021ci il tarixli müqavilə üzrə 339.80 manat əsas borc, 33.20 manat cərimə borcu və xx.xx.2021-ci il tarixli müqavilə üzrə 176.80 manat əsas borc, 17.20 manat cərimə borcu, hər bir müqavilə üzrə cəmi 1458 (bir min dörd yüz əlli səkkiz) manat alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 34 (otuz dörd) manat 58 (əlli səkkiz) qəpik dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(055)-554/2023
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-554/2023
16.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver