Məhkəmə qərarları › İş №2(055)-555/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-555/2023

20.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-555/2023 20.06.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh X3 qarşı pul tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh X3 qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 23 avqust 2020-ci il tarixli müqavilə üzrə 237,20 manat əsas borc, 23,80 manat cərimə, 03 may 2021-ci il tarixli müqavilə üzrə 266,80 manat əsas borc, 26,20 manat cərimə və 06 iyul 2021-ci il tarixli müqavilə üzrə 2024 manat əsas borc, 202 manat cərimə, cəmi 2780 manat pulun və 47,80 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh X4 arasında bağlanmış 23 avqust 2020-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 18 ay müddətinə hər ay 38,30 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 689,40 manat, İMEİ kodu **********66185 olan “X6 9” markalı telefon, “Xiaomi Mi” markalı qulaqlıq almışdır. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh X4 arasında bağlanmış 03 may 2021-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 18 ay müddətinə hər ay 20,60 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 370,80 manat, İMEİ kodu **********25192 olan “Samsung Galaxy A10s” markalı telefon almışdır. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh X4 arasında bağlanmış 06 iyul 2021-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 266,20 manat ilkin ödəniş olmaqla, 24 ay müddətinə hər ay 88 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 2378,20 manat olan “HP” markalı kompüter almışdır. Lakin cavabdeh X4 23 avqust 2020-ci il tarixli, 03 may 2021-ci il tarixli və 06 iyul 2021-ci il tarixli müqavilələr üzrə ümumilikdə 910,40 manat ödəniş etsə də, iddiaçıya ödənilməmiş qalan 23 avqust 2020-ci il tarixli müqavilə üzrə 237,20 manat, 03 may 2021-ci il tarixli müqavilə üzrə 266,80 manat və 06 iyul 2021-ci il tarixli müqavilə üzrə 2024 manat, cəmi 2528 manat borcu ödəməkdən yayınmışdır. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona hər üç müqavilə üzrə müvafiq olaraq 23,80 manat, 26,20 manat və 202 manat, cəmi 252 manat cərimə hesablanmışdır. Ona görə də cavabdeh X1 23 avqust 2020-ci il tarixli müqavilə üzrə 237,20 manat əsas borc, 23,80 manat cərimə, 03 may 2021-ci il tarixli müqavilə üzrə 266,80 manat əsas borc, 26,20 manat cərimə və 06 iyul 2021-ci il tarixli müqavilə üzrə 2024 manat əsas borc, 202 manat cərimə, cəmi 2780 manat pulun və 47,80 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 23 avqust 2020-ci il tarixli, 21103216 saylı müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə ilkin ödəniş olmadan 18 ay müddətinə hər ay 38,30 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 689,40 manat, İMEİ kodu **********66185 olan “X6 9” markalı telefon, “Xiaomi Mi” markalı qulaqlığın alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh X4 arasında bağlanmışdır. İşdə olan 03 may 2021-ci il tarixli, 23037195 saylı müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə ilkin ödəniş olmadan 18 ay müddətinə hər ay 20,60 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 370,80 manat, İMEİ kodu **********25192 olan “Samsung Galaxy A10s” markalı telefonun alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh X4 arasında bağlanmışdır. İşdə olan 06 iyul 2021-ci il tarixli, 23197000 saylı müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə 266,20 manat ilkin ödəniş olmaqla, 24 ay müddətinə hər ay 88 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 2378,20 manat olan “HP” markalı kompüterin alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh X4 arasında bağlanmışdır. İşdə olan 20 aprel 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh X2 03 may 2021-ci il tarixli müqavilə üzrə 266,80 manat əsas borc, 26,20 manat cərimə, 06 iyul 2021-ci il tarixli müqavilə üzrə 2024 manat əsas borc, 202 manat cərimə və 23 avqust 2020-ci il tarixli müqavilə üzrə 237,20 manat əsas borc, 23,80 manat cərimə, ümumilikdə ödənilməmiş 2780 manat borcu qalmışdır. X4 03 may 2021-ci il tarixli müqavilə üzrə 104 manat, 06 iyul 2021-ci il tarixli müqavilə üzrə 354,20 manat və 23 avqust 2020-ci il tarixli müqavilə üzrə 452,20 manat, ümumilikdə 910,40 manat ödəniş etmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh X4 arasında bağlanmış 23 avqust 2020-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 18 ay müddətinə hər ay 38,30 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 689,40 manat, İMEİ kodu **********66185 olan “X6 9” markalı telefon, “Xiaomi Mi” markalı qulaqlıq almışdır. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh X4 arasında bağlanmış 03 may 2021ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 18 ay müddətinə hər ay 20,60 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 370,80 manat, İMEİ kodu **********25192 olan “Samsung Galaxy A10s” markalı telefon almışdır. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh X4 arasında bağlanmış 06 iyul 2021-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 266,20 manat ilkin ödəniş olmaqla, 24 ay müddətinə hər ay 88 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 2378,20 manat olan “HP” markalı kompüter almışdır. Lakin cavabdeh X4 23 avqust 2020ci il tarixli, 03 may 2021-ci il tarixli və 06 iyul 2021-ci il tarixli müqavilələr üzrə ümumilikdə 910,40 manat ödəniş etsə də, iddiaçıya ödənilməmiş qalan 23 avqust 2020-ci il tarixli müqavilə üzrə 237,20 manat, 03 may 2021-ci il tarixli müqavilə üzrə 266,80 manat və 06 iyul 2021-ci il tarixli müqavilə üzrə 2024 manat, cəmi 2528 manat borcu ödəməkdən yayınmışdır. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona hər üç müqavilə üzrə müvafiq olaraq 23,80 manat, 26,20 manat və 202 manat, cəmi 252 manat cərimə hesablanmışdır. Ona görə də iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 23 avqust 2020-ci il tarixli müqavilə üzrə 237,20 manat əsas borc, 23,80 manat cərimə, 03 may 2021-ci il tarixli müqavilə üzrə 266,80 manat əsas borc, 26,20 manat cərimə və 06 iyul 2021-ci il tarixli müqavilə üzrə 2024 manat əsas borc, 202 manat cərimə, cəmi 2780 manat pulun cavabdeh X1 tutulmasını tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh X1 23 avqust 2020-ci il tarixli müqavilə üzrə 237,20 manat əsas borc, 23,80 manat cərimə, 03 may 2021-ci il tarixli müqavilə üzrə 266,80 manat əsas borc, 26,20 manat cərimə və 06 iyul 2021-ci il tarixli müqavilə üzrə 2024 manat əsas borc, 202 manat cərimə, cəmi 2780 manat pulun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdeh X1 23 avqust 2020-ci il tarixli müqaviləyə əsasən 237,20 manat əsas borc, 23,80 manat cərimə, 03 may 2021-ci il tarixli müqaviləyə əsasən 266,80 manat əsas borc, 26,20 manat cərimə və 06 iyul 2021-ci il tarixli müqaviləyə əsasən 2024 manat əsas borc, 202 manat cərimə, cəmi 2780 manat alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. İşdə olan 21 aprel 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 47,80 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 47,80 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh X1 23 avqust 2020-ci il tarixli müqaviləyə əsasən 237,20 manat əsas borc, 23,80 manat cərimə, 03 may 2021-ci il tarixli müqaviləyə əsasən 266,80 manat əsas borc, 26,20 manat cərimə və 06 iyul 2021-ci il tarixli müqaviləyə əsasən 2024 manat əsas borc, 202 manat cərimə, cəmi 2780 (iki min yeddi yüz səksən) manat alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 47 (qırx yeddi) manat 80 (səksən) qəpik dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar