Məhkəmə qərarları › İş №2(055)-559/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-559/2025

25.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-559/2025 25.04.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlu, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 595,6 manat əsas, 398,78 manat cərimə, cəmi 994,38 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 1024,38 manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəni onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 495 saylı müqaviləsinə əsasən 2023-cü il üzrə xam pambığın istehsalı və tədarükünə dair müqaviləyə əsasən cavabdeh öhdəsində olan 3,8 hektar torpaq sahəsində pambıq əkib-becərməsini, yığılmasını və satışını üzərinə götürmüşdür. Müqavilənin 2.1 və 2.2-ci bəndlərinə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh toxumluq çiyid, nağd pul və digər vasitələr üzrə ümumilikdə 3854,6 manat vəsait verilmişdir. Müqavilənin 2.6, 2.7, 2.8-ci bəndlərinə əsasən cavabdeh torpağın şumlanmasından başlayaraq pambığın əkilib-becərilməsi və yığılmasınadək bütün aqrotexniki tədbirləri vaxtında, keyfiyyətlə aparmasını, hər hektardan minimum 30 sentner yüksək keyfiyyətli xam pambıq istehsal etməsini, İddiaçı MMC-dən aldığı nağd pul avansını, habelə hər hansı formada göstərilən xidmətlərin dəyərini istehsal etdiyi xam pambıqla 01 noyabr 2023-cü ilədək, müstəsna hallarda 01 dekabr 2023-cü ilədək tam ödəməyi öhdəsinə götürmüşdür. Yığım mövsümü başa çatmasına baxmayaraq cavabdeh müqavilə şərtlərini tam icra etməmiş və iddiaçıya 595,6 manat borcu qalmışdır. Cavabdehin iddiaçıya 595,6 manat borclu qalmasını sübut edən hesablaşma və digər sənədlər iddia ərizəsinə əlavə edilmişdir. Müqavilənin 3.4-cü bəndinə əsasən “Fermer” (nümayəndə) üzərinə götürdüyü öhdəliklərdən az miqdarda xam pambıq verərsə, ödənilməyən xam pambığın dəyərinin 5% miqdarında "Cəmiyyətə (zavoda)” cərimə odəməlidir. Cavabdeh 11400 kq xam pambıq təhvil verməli olduğu halda 2175 kq xam pambıq təhvil vermiş və nəticədə 9225 kq az xam pambıq təhvil vermişdir. Cavabdehin təhvil verilməyən pambığa görə iddiaçıya 369 manat cərimə borcu yaranmışdır (9225 kq x 0,8 AZN (pambığın 1 kq dəyəri) = 7380 AZN x 5% = 369 AZN). Müqavilənin 3.5-ci bəndinin tələbinə görə “Fermer” (nümayəndə) müqavilə ilə “Cəmiyyətdən (zavoddan)” xam pambıq istehsal etmək üçün avans aldığı pulu toxumluq, çiyid, mineral gübrə və digər təminatların dəyərini xam pambıqla deyil, pul şəklində ödədikdə həmin vəsaitin 5% miqdarında cərimə ödəməlidir. Həmin cərimənin məbləği 29,78 manat təşkil etmişdir (595,6 AZN x 5% = 29,78 AZN). Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da az xam-pambıq təhvil vermmişdir, bununla da iddiaçıya 595,6 manat məbləğində borcu qalmışdır. Cavabdehin borclu qalması hər iki tərəfin imzası ilə təsdiq edilmiş iş və xidmətlərin görülməsi barədə akt (üzləşmə aktı), ödəmə tapşırıqları və digər sənədlərlə təsdiq edilir. Borcun ödənilməsi barədə dəfələrlər müraciət olunmasına baxmayaraq cavabdeh iddiaçıya olan borcunu ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. İşə əlavə edilmiş xəbərnamədən görünür ki, məhkəmə bildirişini Cavabdeh 27 mart 2025-ci il tarixdə xəbərnaməyə imza edərək təhvil alsa da, ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan xx.xx.2023-cü il tarixli 495 saylı xam pambığın istehsalı və tədarükünə dair müqavilədən görünür ki, bu müqavilə əsasında İddiaçı tərəfindən Cavabdeh xam pambıq istehsalı məqsədi ilə toxum və digər vasitələr, həmçinin avans şəkilində pul verməyi, eyni zamanda Cavabdeh da müqavilə üzrə 3,8 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu kreditora satmağı öhdəsinə götürmüşdür. İşdə olan 15 yanvar 2023-cü il tarixli aktdan görünür ki, Müqavilə üzrə Cavabdeh İddiaçınə 256,25 manat borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. İş materialları araşdırılarkən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 495 saylı müqaviləsinə əsasən 2023- cü il üzrə xam pambığın istehsalı və tədarükünə dair müqaviləyə əsasən cavabdeh öhdəsində olan 3,8 hektar torpaq sahəsində pambıq əkib-becərməsini, yığılmasını və satışını üzərinə götürmüşdür. Müqavilənin 2.1 və 2.2-ci bəndlərinə əsasən "AQRO-AZ MMC tərəfindən Cavabdeh toxumluq çiyid, nağd pul və digər vasitələr üzrə ümumilikdə 3854,6 manat vəsait verilmişdir. Müqavilənin 2.6, 2.7, 2.8-ci bəndlərinə əsasən cavabdeh torpağın şumlanmasından başlayaraq pambığın əkilib-becərilməsi və yığılmasınadək bütün aqrotexniki tədbirləri vaxtında, keyfiyyətlə aparmasını, hər hektardan minimum 30 sentner yüksək keyfiyyətli xam pambıq istehsal etmesini, İddiaçı MMC-dən aldığı nağd pul avansını, habelə hər hansı formada göstərilən xidmətlərin dəyərini istehsal etdiyi xam pambıqla 01 noyabr 2023-cü ilədək, müstəsna hallarda 01 dekabr 2023-cü ilədək tam ödəməyi öhdəsinə götürmüşdür. Yığım mövsümü başa çatmasına baxmayaraq cavabdeh müqavilə şərtlərini tam icra etməmiş və iddiaçıya 595,6 manat borcu qalmışdır. Cavabdehin iddiaçıya 595,6 manat borclu qalmasını sübut edən hesablaşma və digər sənədlər iddia ərizəsinə əlavə edilmişdir. Müqavilənin 3.4-cü bəndinə əsasən "Fermer" (nümayəndə) üzərinə götürdüyü öhdəliklərdən az miqdarda xam pambıq verərsə, ödənilməyən xam pambığın dəyərinin 5% miqdarında "Cəmiyyətə (zavoda) cərimə odəməlidir. Cavabdeh 11400 kq xam pambıq təhvil verməli olduğu halda 2175 kq xam pambıq təhvil vermiş və nəticədə 9225 kq az xam pambıq təhvil vermişdir. Cavabdehin təhvil verilməyən pambığa görə iddiaçıya 369 manat cərimə borcu yaranmışdır (9225 kq x 0,8 AZN (pambığın 1 kq dəyəri) = 7380 AZN x 5% = 369 AZN). Müqavilənin 3.5-ci bəndinin tələbinə görə "Fermer" (nümayəndə) müqavilə ilə "Cəmiyyətdən (zavoddan) xam pambıq istehsal etmək üçün avans aldığı pulu toxumluq, çiyid, mineral gübrə və digər təminatların dəyərini xam pambıqla deyil, pul şəklində ödədikdə həmin vəsaitin 5% miqdarında cərimə ödəməlidir. Həmin cərimənin məbləği 29,78 manat təşkil etmişdir (595,6 AZN x 5% = 29,78 AZN). Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da az xam-pambıq təhvil vermmişdir, bununla da iddiaçıya 595,6 manat məbləğində borcu qalmışdır. Cavabdehin borclu qalması hər iki tərəfin imzası ilə təsdiq edilmiş iş və xidmətlərin görülməsi barədə akt (üzləşmə aktı), ödəmə tapşırıqları və digər sənədlərlə təsdiq edilir. Borcun ödənilməsi barədə dəfələrlər müraciət olunmasına baxmayaraq cavabdeh iddiaçıya olan borcunu ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. Ona görə də, İddiaçı Cavabdeh 595,6 manat əsas, 398,78 manat cərimə, cəmi 994,38 manat borcun tutulmasını tələb edir. Qeyd olunanlardan görünür ki, İddiaçı Cavabdeh əsas və cərimə borcunun tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən 04 yanvar 2023-cü il tarixli 495 saylı müqavilə üzrə tələb olunan 398,78 manat məbləğində dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 59 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək Cavabdeh 595,6 manat əsas, 59 manat cərimə, cəmi 654,6 alınıb İddiaçı xeyrinə ödənilməlidir. İşdə olan mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 109.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 595,6 manat əsas, 59 manat cərimə, cəmi 654,6 manat və 30 manat ödənilmiş dövlət rüsumu, ümumilikdə 684,6 (altı yüz səksən dörd manat altmış qəpik) manat borc alınıb İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar