Məhkəmə qərarları › İş №2(055)-576/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-576/2023

22.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-576/2023 22.06.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı «Bank of Baku” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, Cavabdeh iştirakı ilə İddiaçı «Bank of Baku” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı «Bank of Baku” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 11979,29 manat əsas borcun, 1929,24 manat faiz borcunun, 309,42 manat cərimə borcunun, cəmi 14217,95 manat borcun və 133 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı «Bank of Baku” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddianı müdafiə edərək izahatında göstərdi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 26 aprel 2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 48 ay müddətinə illik 21% dərəcəsi ilə 12500 manat məbləğində kredit verilmişdir. Hazırda cavabdeh kredit müqaviləsi üzrə ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və bununla da, kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Ona görə də cavabdehdən 11979,29 manat əsas borcun, 1929,24 manat faiz borcunun, 309,42 manat cərimə borcunun, cəmi 14217,95 manat borcun və 133 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı etiraf edərək və məhkəməyə ərizə təqdim edərək izahatında göstərdi ki, o, həqiqətən də, iddiaçı «Bank of Baku” Açıq Səhmdar Cəmiyyəti ilə 26 aprel 2022-ci il tarixli kredit müqaviləsi bağlamış və iddiaçıdan kredit götürmüşdür. Lakin heç bir yerdə işləmədiyindən borcunu ödəyə bilməmişdir. Odur ki, iddianın təmin olunmasına heç bir etirazı yoxdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş 26 aprel 2022-ci il tarixli, CP/91357/85/1 saylı kredit müqaviləsindən və həmin müqaviləyə əlavədən görünür ki, bu müqavilə 48 ay müddətinə illik 21% dərəcəsi ilə 12500 manat məbləğində kredit verilməsi ilə əlaqədar İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş 03 may 2023-cü il tarixli arayışdan görünür ki, 26 aprel 2022-ci il tarixli müqavilə üzrə Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 11979,29 manat əsas borcu, 1929,24 manat faiz borcu və 309,42 manat cərimə borcu vardır. İşdə olan və məhkəmə iclasında elan edilmiş 26 aprel 2022-ci il tarixli 3008 nömrəli kassa məxaric orderindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 12500 manat məbləğində kredit verilmişdir. İşdə olan və məhkəmə iclasında elan edimiş 10 aprel 2023-cü il tarixli bildirişdən və onun cavabdeh tərəfindən qəbul edilməsi barədə xəbərnamədən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh yaşadığı ünvana bildiriş göndərilərək 26 aprel 2022-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borcun İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qaytarılması xahiş edilmiş, borc qaytarılmadığı təqdirdə isə məhkəməyə müraciət etməli olacaqları barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinin tələbinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə baxışı zamanı cavabdeh iddianı etiraf etdiyindən və bu etiraf məhkəmə tərəfindən təsdiq olunduğundan iddiaçının irəli sürdüyü tələbin təmin olunması barədə qətnamə çıxarılmalıdır. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, iddiaçı «Bank of Baku” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh 11979,29 manat əsas borc, 1929,24 manat faiz borcu, 309,42 manat cərimə, cəmi 14217,95 manat borcu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 11979,29 manat əsas borc, 1929,24 manat faiz borcu, 309,42 manat cərimə, cəmi 14217,95 manat alınaraq iddiaçı «Bank of Baku” Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İş materiallarında olan 05 may 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırmaq üçün İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 133 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 133 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 11979,29 manat əsas borc, 1929,24 manat faiz borcu, 309,42 manat cərimə, cəmi 14217 (on dörd min iki yüz on yeddi) manat 95 (doxsan beş) qəpik alınaraq iddiaçı «Bank of Baku” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 133 (bir yüz otuz üç) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı «Bank of Baku” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar