Məhkəmə qərarları › İş №2(055)-585/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-585/2023

25.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-585/2023 25.06.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxxxx 1993-cü il təvəllüdlü Cavabdeh 02 iyun 2020-ci il tarixli, BXK5778718 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 395 manat əsas borc, 100 manat faiz borcu və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 525 manat borcun cavabdehdən alınıb İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında müddəti 12 ay olmaqla bağlanmış 02 iyun 2020-ci il tarixli BXK5778718 saylı müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 636 manat olan məişət avadanlığı əldə etmişdir. Cavabdeh müqavilə üzrə qismən ödənişlər etdikdən sonra iddiaçıya 395 manat borcu qalmışdır. Qeyd edilən müqaviləyə əsasən borclu (cavabdeh) müqavilə müddəti bitdikdən sonra qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün üçün 1% miqdarında faiz borcu ödəməlidir. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə, 2725 manat faiz borcu yaranmışdır (395 manat x 690gün x 1%=2725 manat), lakin iddiaçı cavabdehdən cəmi 100 məbləğində faiz borcunu tələb edir. Ona görə də Cavabdeh 02 iyun 2020-ci il tarixli BXK5778718 saylı müqavilə üzrə 395 manat əsas borc, 100 manat faiz borcu və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 525 manat borcun alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 02 iyun 2020-ci il tarixli BXK5778718 saylı borc müqaviləsindən görünür ki, bu müqavilə ilə Cavabdeh İddiaçındən 636 manat dəyərində məişət avadanlığını 108 manat ilkin ödəniş etməklə almış və qalan 528 manat məbləği 12 ay müddətinə aylıq 44 manat olmaqla iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin qeydinə əsasən borcalan borc üzrə əsas borc məbləğini şirkətə vaxtında qaytarmadıqda, əlavə olaraq şirkətə vaxtında qaytarılmayan (müqavilə müddəti bitdikdən sonra) məbləğ üçün 1%-dək faiz dərəcəsi ilə hesablanan cərimə faizləri ödəyir. İşdə olan 1 iyul 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 02 iyun 2020-ci il tarixli BXK5778718 saylı müqavilə üzrə 395 manat əsas borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında müddəti 12 ay olmaqla bağlanmış 02 iyun 2020-ci il tarixli BXK5778718 saylı müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 636 manat olan məişət avadanlığı əldə etmişdir. Cavabdeh müqavilə üzrə qismən ödənişlər etdikdən sonra iddiaçıya 395 manat borcu qalmışdır. Qeyd edilən müqaviləyə əsasən cavabdehin iddiaçıya əsas borcdan əlavə, 2725 manat faiz borcu yaranmışdır, lakin iddiaçı tərəfindən cavabdehdən tələb edilən faiz borcu 100 manat təşkil edir. Ona görə də İddiaçı Cavabdeh 02 iyun 2020-ci il tarixli BXK5778718 saylı müqavilə üzrə 395 manat əsas borc və 100 manat faiz borcu, ümumilikdə cəmi 495 manat borcun tutulmasını tələb edir. Qeyd olunanlardan görünür ki, İddiaçı Cavabdeh 395 manat əsas borc və 100 manat faiz borcu, ümumilikdə cəmi 495 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 02 iyun 2020-ci il tarixli BXK5778718 saylı müqavilə üzrə 395 manat əsas borc, 100 manat faiz borcu, cəmi 495 manat alınaraq İddiaçınə ödənilməlidir. İşdə olan 07 may 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 02 iyun 2020-ci il tarixli BXK5778718 saylı müqavilə üzrə 395 manat əsas borc, 100 manat faiz borcu, cəmi 495 (dörd yüz doxsan beş) manat alınaraq İddiaçınə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar