Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-59/2023 28.02.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı «X2» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı «X2» Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 503.31 manat əsas borcun, 0.78 manat faiz borcunun, cəmi 504.09 manat borcun və ödənilmiş 30.40 manat dövlət rüsumunun alınması tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddiaçı «X2» Açıq Səhmdar Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, iddiaçı «X2» Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 14 oktyabr 2019-cu il tarixli, 457rstSLY/19 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 60 ay müddətinə, illik 1% olmaqla 817.31 manat məbləğində kredit verilmişdir. Cavabdeh kreditin və kredit faizlərinin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq hazırkı vaxtadək cavabdeh banka olan 503.31 manat əsas borcu və 0.78 manat faiz borcunu ödəməmişdir. Ona görə də Cavabdeh 503.31 manat əsas borcun, 0.78 manat faiz borcunun, cəmi 504.09 manat borcun və ödənilmiş 30.40 manat dövlət rüsumunun alınıb iddiaçı «X2» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı «X2» Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq hazırki iş üzrə məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçı «X2» Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin xahişini nəzərə alaraq məhkəmə baxışının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə teleqram ünvanlayaraq hazırki iş üzrə məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiışdir. Məhkəmə Cavabdeh xahişini nəzərə alaraq məhkəmə baxışının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşdə olan 14 oktyabr 2019-cu il tarixli, 457rstSLY/19 saylı kredit müqaviləsindən görünür ki, bu müqavilə illik 1% olmaqla 60 ay müddətinə 817.31 manat məbləğində kreditin verilməsi ilə əlaqədar «X2» Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 18 yanvar 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh «X2» Açıq Səhmdar Cəmiyyətindən 14 oktyabr 2019-cu il tarixli, 457rstSLY/19 saylı kredit müqaviləsi üzrə əsas borcu 503.31 manat, faiz borcu isə 0.78 manat, cəmi borcu 504.09 manat təşkil edir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, iddiaçı «X2» Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 14 oktyabr 2019-cu il tarixli, 457rstSLY/19 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 60 ay müddətinə, illik 1% olmaqla 817.31 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq kredit müqaviləsi üzrə əsas borcunu vaxtında və lazımi qaydada ödəməyərək üzərinə düşən öhdəliyi yerinə yetirməyərək müqavilə üzrə iddiaçıya 503.31 manat əsas borcu, 0.78 manat faiz borcu, cəmi 504.09 manat borcu yaranmışdır. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, iddiaçı «X2» Açıq Səhmdar Cəmiyyəti Cavabdeh 503.31 manat əsas borcun, 0.78 manat faiz borcunun, cəmi 504.09 manat borcun tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 503.31 manat əsas borc, 0.78 manat faiz borcu, cəmi 504.09 manat borc alınaraq iddiaçı «X2» Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İşdə olan 12 oktyabr 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, «X2» Açıq Səhmdar Cəmiyyəti tərəfindən 30 manat dövlət rüsumu, 0.40 manat isə xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 503.31 manat əsas borc, 0.78 manat faiz borcu, cəmi 504.09 manat borc, ödənilmiş 30.40 manat dövlət rüsumu, cəmi, 534 (beş yüz otuz dörd) manat 49 (qırx doqquz) qəpik alınıb iddiaçı «X2» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Mirlətif Sadıqov
Məhkəmə qərarları › İş №2(055)-59/2023
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-59/2023
28.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver