Məhkəmə qərarları › İş №2(055)-606/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-606/2024

23.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-606/2024 23.09.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" X5 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı "xxxx" X5 Səhmdar Cəmiyyəti kiçik iddia ərizəsi ilə Cavabdeh qarşı 2700 manat əsas borcun, 372,7 manat faiz borcun, 1,75 manat cərimənin, cəmi 3074,45 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 50,75 manat məbləğində vəsaitin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Daha sonra Cavabdeh etirazına əsasən Saatlı Rayon Məhkəməsinin 01 may 2024cü il tarixli 2(055)-606/2024 saylı qərardadı ilə iddiaçı "xxxx" X5 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair mülki işə mahiyyəti üzrə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi X2 iddianı və iddiaya əlavə kimi məhkəməyə ünvanlanmış mülahizələri müdafiə edərək göstərdi ki, 24 yanvar 2022-ci il tarixli ərizə və onun ayrılmaz tərkib hissəsi olan ümumi oferta müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 35 ay müddətinə illik 27,60% ödəmək şərti ilə 500 manat məbləğində kredit xətti açılmışdır. Ümumi oferta müqaviləsinin 5.7.15-ci bəndinə əsasən borcverən bu müqavilə üzrə kreditin limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. Tərəflər arasında bağlanmış ümumi oferta müqaviləsinə görə borcverən qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövrü olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Lakin, buna baxmayaraq Cavabdeh hazırki iddia ərizəsinə etiraz edərək "xxxx" KB ASC ilə müqavilə bağlamadığını, ərizə imzalamadığını, ayrılmış kredit limitinin 500 AZN olsa da, iddia tələbi kimi 2700 AZN tələb edilməsinin heç bir əsası olmadığını qeyd etmişdir. Əslində isə Cavabdeh xx.xx.2022-ci il tarixli ərizə-anketi imzalamaqla xx.xx.2021-ci il tarixli “Ümumi Oferta” ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) etmiş, bununla da həmin şərtlərlə müqavilə bağlanmış hesab edilmişdir. Ümumi Ofertanın 5.1-ci bəndinə əsasən “Bank” “Borcalan”a mobil əlavə ilə ilk dəfəsində razılaşdırılmış, daha sonra bankın apardığı təhlil ilə müəyyən etdiyi məbləğlərdə, razılaşdırılmış müddətə, illik 30 (otuz) faiz dərəcəsinədək bir neçə dəfə 10 000 (on min) manatadək (on min manat daxil olmaqla) və 60 ayadək kredit limiti ayırır, ona bank hesabı (cari, kredit) açır və ödəniş kartı təqdim edir, “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Bank”a qaytarmağı öhdəsinə götürür. Bu oferta Borcalan tərəfindən aksept edildikdən sonra 25 (iyirmi beş) il müddətinə bankla Borcalan arasındakı münasibətləri əhatə edir. Tərəflər bu müddət ərzində bu ofertadan (bundan sonra - Müqavilə) imtina edərlərsə və ya xitam vermək niyyətində olsalar xitam şərtləri də mobil əlavə vasitəsilə analoq imza ilə razılaşdırılmış qaydada tətbiq olunur və müqaviləyə xitam verilmiş hesab edilir. Ödəniş kartı həm kredit həm də debet kartı kimi istifadə oluna bilər. Debet kartına rəsmi internet səhifəsində yerləşdirilmiş tariflərə əsasən xidmət göstərilir. Kredit şərtləri isə saytda və mobil əlavədə yerləşdirilmiş tariflərlə tənzimlənir və müştəriyə mobil əlavə üzərindən təqdim edilir. Ümumi Ofertanın 5.1-ci bəndinə uyğun olaraq Cavabdeh 35 ay müddətinə, illik 27,60% olmaqla 500 AZN məbləğində kredit xətti açılmışdır. Bundan başqa iddiaya əlavə edilmiş hesabdan çıxarışdan görünür ki, xx.xx.2022-ci ildə Cavabdeh şəxsi vəsaitindən 100 AZN istifadə etdikdən sonra onun balans məbləği 47.51 AZN təşkil etmişdir. xx.xx.2022-ci ildə saat 14:47:35-də Cavabdeh 500 AZN kredit limiti ayrılmışdır. Bunu iş materiallarına əlavə edilmiş elektron bildirişlərin tarixçəsi təsdiq edir. Bundan sonra o, xx.xx.2022-ci ildə saat 14:52-də kartdakı vəsaitdən 458.05 AZN (8.05 AZN komissiya olmaqla) istifadə etdikdən sonra müştərinin balans məbləği 89,46 AZN təşkil etmişdir. Tarix Təyinat Məbləğ Komissiya Balans xx-xx-2022 14:52:45 521367****7673 -458.05 8.05 89.46 xx-xx-2022 21:27:50 521367****7673 -100.00 - 47.51 Göründüyü kimi, cavabdeh ona ayrılmış 500 AZN kredit limitindən həmin gün istifadə etmişdir. Hesabdan çıxarışın aşağıda qeyd edilmiş hissəsindən görünür ki, xx.xx.2022-ci ildə Cavabdeh kartdakı vəsaitindən (təyinatı Azercell mobile, Araz Supermarket, Nar mobile) istifadə etdikdən sonra müştərinin balans məbləği 609.03 AZN təşkil etmişdir. Qeyd edilmiş məbləğin 500 AZN hissəsi müştəriyə ayrılmış kredit limitinə aiddir. xx.xx.2022-ci il saat 08:56:17-də Cavabdeh ayrılmış kredit limiti 3000 AZN-ə artırılmışdır. Bunu iş materiallarına əlavə edilmiş elektron bildirişlərin tarixçəsi təsdiq edir. Bundan sonra xx.xx.2022-ci il saat 16:25:56-da (təyinat İstanbul market) Cavabdeh kartdakı vəsaitdən 2.80 AZN istifadə etdikdən sonra müştərinin balans məbləği 3106.23 AZN təşkil etmişdir. Qeyd edilmiş məbləğin 3000 AZN hissəsi müştəriyə ayrılmış kredit limitinə aiddir. Tarix Təyinat Məbləğ Komissiya Balans xx-xx-2022 İSTANBUL -2.80 - 3106.23 16:25:56 MARKET xx-xx-2022 Nar -1.00 - 609.03 20:24:28 +**********86 xx-xx-2022 Araz -2.70 - 610.03 20:11:16 Supermarket xx-xx-2022 Azercell -2.00 - 612.73 11:43:49 +**********52 Hesabdan çıxarışın aşağıda qeyd edilmiş hissəsindən görünür ki, xx.xx.2022-ci ildə Cavabdeh kartdakı vəsaitindən (təyinatı Araz Supermarket,) istifadə etdikdən sonra müştərinin balans məbləği 207.19 AZN təşkil etmişdir. xx.xx.2022-ci il saat 20:02:34-də Cavabdeh ayrılmış kredit limiti 2800 AZN qədər endirilmişdir. Bunu iş materiallarına əlavə edilmiş elektron bildirişlərin tarixçəsi təsdiq edir. Belə ki, xx.xx.2022-ci il saat 01:51:53-də Cavabdeh kartdakı vəsaitindən 6.12 AZN (0.12 AZN komissiya olmaqla) istifadə etdikdən sonra müştərinin balans məbləği 1.07 AZN təşkil etmişdir. Bundan sonra xx.xx.2023 tarixdə dekabr ayı üzrə % silinmə edildikdən sonra balans üzrə məbləğ 0 AZN təşkil etmişdir. Tarix Təyinat Məbləğ Komissiya Balans xx-xx-2023 dekabr ayı üzrə -0.05 - 0.00 03:34:26 % silinmə xx-xx-2022 524375****4932 -6.12 0.12 1.07 01:51:53 xx-xx-2022 Araz -7.99 - 207.19 20:02:29 Supertmarket Hesabdan çıxarışın aşağıda qeyd edilmiş hissəsindən görünür ki, xx.xx.2023-cü ildə Cavabdeh kartdakı vəsaitindən (təyinatı Rahat Supermarket) istifadə etdikdən sonra müştərinin balans məbləği 210.65 AZN təşkil etmişdir. xx.xx.2023-cü il saat 14:17:24-də Cavabdeh ayrılmış kredit limiti 2700 AZN qədər endirilmişdir. Bunu iş materiallarına əlavə edilmiş elektron bildirişlərin tarixçəsi təsdiq edir. Belə ki, həmin tarixdə Cavabdeh kartdakı vəsaitindən (təyinatı Dogecoin alışı) istifadə etdikdən sonra müştərinin balans məbləği 106.17 AZN təşkil etmişdir. Tarix Təyinat Məbləğ Komissiya Balans xx-xx-2023 Dogecion -4.48 1.09 106.17 18:41:10 alışı xx-xx-2023 Rahat Market -2.70 - 210.65 14:15:20 Eyni zamanda iddiaçının nümayəndəsi əlavə olaraq qeyd etdi ki, sözü gedən hesabdan çıxarışın ilk hissəsindən də görünür ki, Cavabdeh xx.xx.2022-xx.xx.2024-cü il tarixlərini əhatə etdiyi dövr üzrə mədaxil əməliyyatlarının cəmi 48.429,61 AZN, məxaric əməliyyatlarının cəmi isə 51.129,61 AZN olmuşdur. Cavabdehin kartına aid məxaric edilmiş məbləğ ilə mədaxil edilmiş məbləğ arasındakı fərq (51.129,61AZN- 48.429,61AZN=2700 AZN) 2700 AZN təşkil edir ki, bu hal da, hazırkı iddia tələbinin əsasını təşkil edən məbləğdir. Cavabdeh isə ona istehlak məqsədləri üçün verilmiş kredit limitindən tam istifadə etmişdir. Əgər Cavabdeh iddia etdiyi kimi kartında olan pul vəsaiti onun şəxsi vəsaiti olsaydı, hesabdan çıxarışdakı məxaric və mədaxillərin cəmi dövriyyəsi arasında balans (0) olacaqdı, yəni faktiki hesabdan çıxarışdakı 2700 AZN fərq olmayacaqdı. Bu bir daha sübut edir ki, Cavabdeh öz kartından bu günə kimi istifadə etdiyi cəmi 51 129,61 AZN-dən 2700 AZN bankın müqavilə üzrə ona ayırdığı kredit limitinə daxildir. Bundan başqa iddiaçının nümayəndəsi onu da qeyd etdi ki, Cavabdeh verdiyi etirazda "xxxx" KB ASC ilə müqavilə bağlamadığını, ərizə imzalamadığını göstərməsinə baxmayaraq məhkəmənin təyin etdiyi məhkəmə-xətşünaslıq ekspertizasının 22 iyul 2024cü il tarixli rəyi ilə təsdiq olundu ki, Cavabdeh adına olan 24 yanvar 2022-ci il tarixli müqavilədə (ərizə-anket və imza nümunəsində) “Qeydlər:” və “Müştəri” bölmələrinin sonlarındakı imzalar-Cavabdeh tərəfindən icra olunmuşdur. Ona görə də, Cavabdeh tərəfindən verilmiş etirazın dəlillərini qanunsuz və əsassız hesab edir və Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 2700 AZN əsas, 372,7 AZN faiz, 1,75 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 3074,45 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 50,75 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə baxışı iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, onun telefonuna gələn mesaj əsasında 24 yanvar 2022-ci ildə onlayn formada “Leobank”dan debet kartı əldə etmiş, lakin həmin kartın kredit kartı olması barədə “Leobank” tərəfindən ona heç nə izah edilməmişdir. Əldə etdiyi debet kartının bankomat və ya bankın kassalarında yerləşən POS-terminallar vasitəsilə nağd vəsaitlərin alınması üçün istifadə edilən texniki vəsait olduğunu hesab etmiş, yəni həmin kartın kredit kartı olmasını bilməmiş və "xxxx" X5 Səhmdar Cəmiyyətindən də kredit götürməmiş, heç bir sənədə imza etməmiş, 24 yanvar 2022-ci il tarixli ərizə-anket də imzalamamışdır. Məhkəmə bildirişini alandan sonra bilmişdir ki, iddiaçı "xxxx" X5 Səhmdar Cəmiyyəti ona qarşı 2700 manat əsas borcun, 372,7 manat faiz borcun, 1,75 manat cərimənin, cəmi 3074,45 manat borcun alınması barədə məhkəmədə iddia qaldırmışdır. O, həmin iddia ilə bağlı məhkəməyə etiraz ünvanlamış və iddia ərizəsində göstərilən tələblə əlaqədar "xxxx" X5 Səhmdar Cəmiyyətinin baş ofsinə getmiş, orada ona adına heç bir kredit xəttinin olmadığı və kredit tarixçəsinin təmiz olduğu deyilmiş, eyni zamanda izah edilmişdir ki, ona qarşı olan tələblə bağlı “Leobank”-dan daha ətraflı məlumat ala bilər. Bundan sonra “Leobank”-la əlaqə saxlamağa çalışmış, lakin heç bir məlumat ala bilməmişdir. İddiaçı ilə arasında yaranmış həmin borc məbləği ilə əlaqədar bank tətbiqini telefonuna yüklədikdən sonra onun 24 yanvar 2022-ci ildə “Leobank”dan əldə etdiyi debet karta yeddi-səkkiz ay sonra iddiaçının tələbində göstərilən 500 manat məbləğində deyil, 300 manat məbləğində pul köçürüldüyünü bilmişdir. Lakin o zaman həmin pulun kredit deyil, ticarətlə məşğul oduğu üçün müştərinin atmış olduğu pul olduğunu zənn edərək şəxsi pulu xərcləmişdir. Bundan başqa adına olan həmin sözü gedən kartda kredit olaraq xx.xx.2022-ci ildə kredit limitinin 3000 manata artırılmasından, xx.xx.2022-ci ildə kredit limitinin 2800 manata endirilməsindən və xx.xx.2023-cü ildə kredit limitinin 2700 manata endirilməsindən məlumatı olmamış və ümumiyyətlə iddiaçının əsas borc kimi tələb etdiyi 2700 manat məbləğində kreditdən istifadə etməmiş, belə bir məbləğdə pul onun kartına köçməmişdir. Amma 2022-2023-cü illərdə debet kartına 300 manat pul daxil olduğunu, sonra müxtəlif aylarda debet kartından bank tərəfindən tutulmalar olduğunu görüb (bununla bağlı mobil telefonda olan bank tətbiqinə aid çıxarışları məhkəməyə təqdim etmişdir) bankın qaynar xətt ilə əlaqə saxlamış, lakin bank tərəfindən ona doğru-düzgün cavab verilməmişdir. Beləliklə, o debet kartında olan pulların müştərilər tərəfindən kartına yüklənmiş pullar olduğunu hesab edərək, şəxsi pulu kimi xərcləmişdir. Həmin 2022-2023-cü illərdə həqiqətən də onun “Leobank”dan aldığı debet kartına 40000-50000 və daha artıq məbləğdə pul mədaxil və məxaric olmuşdur. Ona görə də, göstərdiklərin nəzərə alınaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan edimiş iddiaçı "xxxx" X5 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 24 yanvar 2022-ci il tarixli ərizə-anket və imza nümunəsindən və 29 dekabr 2021-ci il tarixli ümumi ofertadan görünür ki, ərizə-anket və imza nümunəsi müştəri Cavabdeh imzası və üzərində "xxxx" X5 Səhmdar Cəmiyyəti – “Leobank” möhürlə təsdiqlənmişdir. Həmin doqquz bənddən ibarət olan ərizə-anket və imza nümunəsinin 1-ci bəndində Cavabdeh təsdiq etmişdir ki, "xxxx" X5 Səhmdar Cəmiyyətinin rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2021-ci il tarixli ümumi ofertası ilə bərəsində məlumatların Asan-Finans portalından və Kredit Bürosundan əldə olunması və ötürülməsi ərizələri ilə mobil əlavədə tanış olmuş, elektron formada analoq imza ilə təsdiq etmiş və razılaşmışdır. Həmin ofertanın nüsxəsi ona məxsus mobil telefonda yüklənmiş mobil əlavədə əldə etmiş və onun bütün şərtlərini qəbul etmişdir. Bütün öhdəliklərini vaxtlı vaxtında, düzgün, qeyd şərtsiz yerinə yetirəcəkdir. İşdə olan və məhkəmə iclasında elan edimiş 01 mart 2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.2022-ci il tarixli ərizə və xx.xx.2021-ci il tarixli Ümumi Oferta müqaviləsinə əsasən Cavabdeh ARGİD********** nömrəli kredit xətti açılmışdır. Kredit limitinin məbləği 500 manat, kreditin başlanma tarixi xx.xx.2022-ci il, kreditin bitmə tarixi xx.xx.2025-ci il, kreditin müddəti 35 ay, faiz dərəcəsi 27,6%illik(2,3%aylıq), gecikməyə görə faiz dərəcəsi 0,5%, gecikməyə görə cərimə 1-ci ay 5 manat məbləğində cərimə, növbəti aylar 10 manat təşkil etmişdir. İşdə olan və məhkəmə iclasında elan edimiş bildirişdən və onun cavabdeh tərəfindən qəbul edilməsi barədə xəbərnamədən görünür ki, Cavabdeh iddiaçı "xxxx" X5 Səhmdar Cəmiyyətinə 08 fevral 2024-cü il tarixinə yaranmış 2700 manat əsas borcun, 272,67 manat faiz borcun, 101,78 manat cərimə, cəmi 3074,45 manat borcunu üç iş günü müddətində ödəməsini və müqavilənin ləğv edilməsini təklif etmişdir. İşdə olan və məhkəmə iclasında elan edimiş Unibank» X5 Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh göndərilmiş elektron bildirişə aid çıxarışdan gürünür ki, Cavabdeh kredit limiti xx.xx.2022-ci ildə 500 manata artırılmış, xx.xx.2022-ci ildə kredit limiti 3000 manata artırılmış, xx.xx.2022-ci ildə kredit limiti 2800 manata endirilmiş və xx.xx.2023-cü ildə kredit limiti 2700 manata endirilmişdir. İşə əlavə olunmuş və məhkəmə iclasında elan edimiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Mərkəzi Ekspertiza Mərkəzinin 22 iyul 2024-cü il tarixli, 4/1022 nömrəli rəyindən görünür ki, Cavabdeh adına olan 24 yanvar 2022-ci il tarixli müqavilədə (ərizəanket və imza nümunəsində) “Qeydlər:” və “Müştəri” bölməsinin sonlarındakı imzalar - Cavabdeh tərəfindən icra olunmuşdur. İşə əlavə olunmuş və məhkəmə iclasında elan edimiş iddiaçı tərəfin təqdim etdiyi Cavabdeh adına olan kredit limiti ilə bağlı çıxarışdan görünür ki, Cavabdeh 2700 manat məbləğində borcu vardır. Cavabdeh adına olan 40****8916 nömrəli karta 48429,61 manat məbləğində mədaxil əməliyyatları olmuş, 51129,61 manat məbləğində məxaric əməlliyatları olmuşdur. İşə əlavə olunmuş və məhkəmə iclasında elan edimiş cavabdehin təqdim etdiyi mobil telefonda olan bank tətbiqinə aid çıxarışlardan görünür ki, Cavabdeh 2022-2023-cü illərdə kart hesabından kredit üzrə pul silinmələri olmuşdur. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə iclasında işdə olan sənədlərlə, tərəflərin izahatları, iddiaçının nümayəndəsinin mülahizələri və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Mərkəzi Ekspertiza Mərkəzinin 22 iyul 2024-cü il tarixli, 4/1022 nömrəli rəyi ilə müəyyən olundu ki, 24 yanvar 2022-ci il tarixli ərizə və onun ayrılmaz tərkib hissəsi olan ümumi oferta müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 35 ay müddətinə illik 27,60% ödəmək şərti ilə 500 manat məbləğində kredit xətti açılmışdır. Ümumi oferta müqaviləsinin 5.7.15-ci bəndinə əsasən borcverən bu müqavilə üzrə kreditin limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. Tərəflər arasında bağlanmış ümumi oferta müqaviləsinə görə borcverən qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Cavabdeh isə ona qarşı olan iddia ərizəsinə etiraz edərək "xxxx" KB ASC ilə müqavilə bağlamadığını, ərizə imzalamadığını, ayrılmış kredit limitinin 500 AZN deyil, 300 AZN olmasını, iddia tələbində kredit borcu kimi 2700 AZN tələb edilməsinin heç bir əsası olmadığını qeyd etmişdir. Məhkəmə 21 iyun 2024-cü il tarixdə qərardad qəbul edərək məhkəmə-xətşünaslıq eskpertizası təyin etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Mərkəzi Ekspertiza Mərkəzinin 22 iyul 2024cü il tarixli, 4/1022 nömrəli rəyi ilə təsdiq olunmuşdur ki, Cavabdeh adına olan 24 yanvar 2022-ci il tarixli müqavilədə (ərizə-anket və imza nümunəsində) “Qeydlər:” və “Müştəri” bölməsinin sonlarındakı imzalar - Cavabdeh tərəfindən icra olunmuşdur. Həmin ərizəanket və imza nümunəsinin 1-ci bəndində isə qeyd olunmuşdur ki, Cavabdeh "xxxx" X5 Səhmdar Cəmiyyətinin rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2021-ci il tarixli ümumi ofertası ilə bərəsində olan məlumatların Asan-Finans portalından və Kredit Bürosundan əldə olunması və ötürülməsi ərizələri ilə mobil əlavədə tanış olmuş, elektron formada analoq imza ilə təsdiq etmiş və razılaşmışdır. Həmin ofertanın nüsxəsi Cavabdeh məxsus mobil telefonda yüklənmiş mobil əlavədə əldə etmiş və onun bütün şərtlərini Cavabdeh qəbul etmiş, bütün öhdəliklərini vaxtlı vaxtında, düzgün, qeyd şərtsiz yerinə yetirəcəyini təsdiq etmişdir. Lakin, cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən yayınaraq kartına xx.xx.2022-ci ildə ayrılmış 500 AZN kredit limitindən, xx.xx.2022-ci ildə ayrılmış 3000 AZN kredit limitindən (bu kredit limiti xx.xx.2022-ci ildə 2800 AZN qədər, daha sonra yəni, xx.xx.2023-cü ildə 2700 AZN qədər endirilmişdir) istifadə etsə də, iddaçıya ödəməli olduğu 2700 manat əsas kredit borcunu və faiz borcunu qaytarmamışdır. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" X5 Səhmdar Cəmiyyəti 24 yanvar 2022ci il tarixli ərizə və onun ayrılmaz tərkib hissəsi olan ümumi oferta müqaviləsinə əsasən Cavabdeh 2700 manat əsas borcun, 372,7 manat faiz borcun, 1,75 manat cərimənin, cəmi 3074,45 manat borcun tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin Cavabdeh iddiaya qarşı etirazında və izahatında göstərdiklərini, eyni zamanda məhkəməyə sübut olaraq təqdim etdiyi mobil telefonundakı bank tətbiqinə dair elektron çıxarışları (kreditə görə pul silinmələrini) araşdıraraq hesab edir ki, cavabdeh etirazının əsası kimi istinad etdiyi halları, (ərizə-anket və imza nümunəsini imzalamamasını, istifadə etdiyi iddiaçıya aid olan kartın ancaq debet kartı olmasını, barəsində olan kredit limitindən məlumatlı olmamasını, 2700 manat kreditdən istifadə etməməsini) məhkəmədə sübut edə bilmədiyindən və öz təsdiqini tapmadığından əsaslı hesab edilə bilməz. Ona görə də məhkəmə cavabdehin göstərdikləri bu arqumentləri kreditin ödənilməsidən yayınmaq üçün özünü müdafiə kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, 24 yanvar 2022-ci il tarixli ərizə-anket və imza nümunəsi, onun ayrılmaz tərkib hissəsi olan ümumi oferta müqaviləsinə əsasən Cavabdeh 2700 manat əsas borc, 372,7 manat faiz borc, 1,75 manat cərimə, cəmi 3074,45 manat borc alınaraq iddiaçı "xxxx" X5 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 09 mart 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" X5 Səhmdar Cəmiyyəti tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 50,75 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Mərkəzi Ekspertiza Mərkəzinin 22 iyul 2024-cü il tarixli, 4/1022 nömrəli nömrəli ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspert rəyinin verilməsinə dair çəkilən xərc 110 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, Cavabdeh məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 50,75 manat dövlət rüsumu alınaraq iddiaçıya ödənilməli, ekspert rəyinin verilməsinə dair çəkilən xərcə görə 110 manat alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 2700 manat əsas borc, 372,7 manat faiz borc, 1,75 manat cərimə, cəmi 3074 (üç min yetmiş dörd) manat 45 (qırx beş) qəpik borc alınaraq iddiaçı "xxxx" X5 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 50 (əlli) manat 75 (yetmiş beş) qəpik dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı "xxxx" X5 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Ekspert rəyinin verilməsinə dair çəkilən xərcə görə 110 (bir yüz on) manat Cavabdeh alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar