Məhkəmə qərarları › İş №2(055)-606/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-606/2025

02.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-606/2025 02.06.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçı "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətinin (bundan sonra - "xxxx" BOKİ MMC) nümayəndəsi X1, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçı "xxxx" BOKT MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" BOKT MMC cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 "xxxx" BOKİ MMC-nin xeyrinə 2361.82 manat məbləğində əsas borcun, 429.60 manat məbləğində faiz borcunun, 47,92 manat məbləğində ödənilmiş dövlət rüsumunun ümumilikdə 2839 manat 34 qəpik məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı "xxxx" BOKT MMC-nin nümayəndəsi X4 iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh2 ilə "xxxx" BOKT MMC arasında 3351- 4917-01 saylı, 03 aprel 2024 cü il tarixli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, borclu Cavabdeh2 istehlak üçün (müqavilənin 1-ci maddəsi) 12 (on iki) ay müddətinə qaytarma şərtləri daxilində və onun kredit aldığı gündən başlayaraq illik 24 (iyirmi dörd) faiz ödəməsi şərti ilə 3000 (üç min) manat vəsaiti məbləğində kredit götürmüşdür(müqavilənin 4.1 və 4.2-ci maddəsi). Müqavilənin 4.4-cü maddəsinə əsasən Alınmış resurs və ondan irəli gələn faiz məbləği müəyyən edilmiş müddət ərzində ödənilməzsə və ya qismən ödənilsə, bu məbləğ vaxtı keçmiş ödənişlər siyahısına daxil edilir və Kreditor tərəfindən hər bir vaxtı keçmiş gün üçün 0,84 % dərəcəsini tətbiq etməklə borcalanın həmin günə olan borcuna əlavə faiz borcu hesablanır və hesablanmış cərimə borcalan tərəfindən ödənilməlidir. Cavabdehǝ ittifaq qarşısında öhdəliklərinin yerinə yetirilməsinin zəruriliyi barədə dəfələrlə həm şifahi, həm də yazılı xəbərdarlıqlar edilmişdir. Eyni zamanda, digər borclu Cavabdeh2 və Cavabdeh1, Cavabdeh3 ilə "xxxx" BOKİ MMC arasında bağlanmış 3351-4917-01 saylı, 03 aprel 2024 cü il tarixli zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən "xxxx" BOKT MMCnin üzvü Cavabdeh2 arasında bağlanmış 3351-4917-01 saylı, 03 aprel 2024 cü il tarixli kredit müqaviləsi əsasında borcalana veriləcək kreditlə əlaqədar olaraq borcalan kredit ittifaqı qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək birgə zamin olmuş şəxslər borcalanla birlikdə Kredit İttifaqı qarşısında məsuliyyət daşımağı 03 aprel 2024 öz öhdələrinə götürmüşdür. Lakin borclu Cavabdeh2 cü il tarixli müqaviləyə əsasən, üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməyərək müqavilə şərtlərini pozmuşdur. Cavabdeh2 03 aprel 2025 ci il tarixǝ qədər ittifaqa 2361.82 (iki min üç yüz altımış bir manat 82 qəpik) manat asas borc faiz borcu üzrə 429.60 (dörd yüz iyirmi doqquz manat 60 qəpik) manat, 0 manat 0 qəpik cərimə borcu, 47,92 manat məbləğində ödənilmiş dövlət rüsumunun ümumilikdə 2839 manat 34 qəpik borcu yaranmışdır. Odur ki, göstərdiklərinin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 iddianın etiraf edilməsi barədə ərizə təqdim edərək izahatlarında göstərdilər ki, iddiaçı "xxxx" BOKT MMC-nin onlara qarşı pul tələbi barədə iddiasını tam şəkildə qəbul edirlər və təmin edilməsinə etirazları yoxdur. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehlərin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinin tələbinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə baxışı zamanı cavabdehlər iddianı etiraf etdiyindən və bu etiraf məhkəmə tərəfindən təsdiq olunduğundan iddiaçının irəli sürdüyü tələbin təmin olunması barədə qətnamə çıxarılmalıdır. İşdə olan "xxxx" BOKT MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli kredit müqaviləsindən görünür ki, müqaviləyə əsasən "xxxx" BOKT MMC tərəfindən Cavabdeh2 illik 24% dərəcəsi olmaqla 12 ay müddətinə 3000 manat kredit verilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli 3351-4917-01/Z saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən kredit alan (Cavabdeh2) müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl etmədiyi hallarda, əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. İşdə olan xx.xx.2024-cü il tarixli 3351-4917-01/Z saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən kredit alan (Cavabdeh2) müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl etmədiyi hallarda, əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. İşdə olan 04 aprel 2025-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh2 "xxxx" BOKT MMC-yə 2361,82 manat əsas borcu, 429,60 manat faiz borcu, 47,92 manat komision haqqı borcu olmaqla, cəmi 2839,34 manat borcu vardır. İş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı "xxxx" BOKT MMC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 47,92 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş 47,92 manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək cavabdehlər Cavabdeh2, Cavabdeh1 Cavabdeh3 müştərək qaydada 2361,82 manat əsas borc, 429,60 manat faiz borcu, 47,92 manat ödənilmiş dövlət rüsumu, cəmi 2839,34 manat pul alınaraq iddiaçı "xxxx" BOKT MMC-yə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 2361,82 manat əsas borc, 429,60 manat faiz borcu, 47,92 manat ödənilmiş dövlət rüsumu, cəmi 2839,34 (iki min səkkiz yüz otuz doqquz manat otuz dörd qəpik) manat pul alınaraq iddiaçı "xxxx" BOKT MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar