Məhkəmə qərarları › İş №2(055)-620/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-620/2023

06.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-620/2023 06.07.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 iştirakı ilə İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 4000 manat əsas borcun, 1089.77 manat faiz borcunun, 29.92 manat cərimə borcunun, cəmi 5119.69 manat borcun və 71.60 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyəti ərizəni onunla əsaslandırmışdır ki, 2858sSLY/21 saylı kredit müqaviləsinə əsasən Cavabdeh istehlak məqsədləri üçün 120 ay müddətinə illik 35%dək olmaq şərti ilə 20000 manat məbləğində kredit limiti ayrılmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci maddəsinə əsasən bu müqaviləyə görə borc verən qeyd olunan məbləğdə krediti borc alanın mülkiyyətinə verir, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətə krediti faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuş və iddiaçıya 4000 manat əsas borcu, 1089.77 manat faiz borcu, 29.92 manat cərimə borcu, cəmi 5119.69 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Ona görə də Cavabdeh 4000 manat əsas borcun, 1089.77 manat faiz borcunun, 29.92 manat cərimə borcunun, cəmi 5119.69 manat borcun və 71.60 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin xahişini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh heç bir üzürlü səbəb olmadan məhkəməyə təkrar gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 27 aprel 2021-ci il tarixli 2858sSLY/21 saylı kredit müqaviləsindən görünür ki, bu müqavilə əsasında iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 120 ay müddətinə illik 35%-dək olmaq şərti ilə 20000 manat məbləğində kredit limiti ayrılmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş 27 mart 2023-cü il tarixli məktubdan görünür ki, 2858sSLY/21 saylı kredit müqaviləsi üzrə Cavabdeh "xxxx" X3 Səhmdar Cəmiyyətinə 4000 manat əsas borcu, 1089.77 manat faiz borcu, 29.92 manat cərimə borcu, cəmi 5119.69 manat borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, 2858sSLY/21 saylı kredit müqaviləsinə əsasən Cavabdeh istehlak məqsədləri üçün 120 ay müddətinə illik 35%-dək olmaq şərti ilə 20000 manat məbləğində kredit limiti ayrılmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci maddəsinə əsasən bu müqaviləyə görə borc verən qeyd olunan məbləğdə krediti borc alanın mülkiyyətinə verir, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətə krediti faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuş və iddiaçıya 4000 manat əsas borcu, 1089.77 manat faiz borcu, 29.92 manat cərimə borcu, cəmi 5119.69 manat borcu yaranmışdır. Hazırda iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyəti həmin borcun ödənilməsini tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyəti Cavabdeh iddiaçıya 4000 manat əsas borcu, 1089.77 manat faiz borcunu, 29.92 manat cərimə borcunu, cəmi 5119.69 manat borcu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, 29 mart 2022-ci il tarixli, 761nkADJ/22 saylı kredit müqaviləsi üzrə Cavabdeh 4000 manat əsas borc, 1089.77 manat faiz borcu, 29.92 manat cərimə, cəmi 5119.69 manat borc alınaraq iddiaçıya ödənilməlidir. İşdə olan 27 mart 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyəti tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 71.60 manat məbləğində dövlət rüsumu və xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş 71.60 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 4000 manat əsas borc, 1089.77 manat faiz borcu, 29.92 manat cərimə, cəmi 5119 (beş min bir yüz on doqquz) manat 69 (altmış doqquz) qəpik alınaraq iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Cavabdeh ödənilmiş 71 (yetmiş bir) manat 60 (altmış) qəpik dövlət rüsumu və xidmət haqqı alınaraq iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar