Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-622/2024 30.05.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı “El-Gücü» Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair kiçik iddia ərizəsinə dair işə baxaraq M ü ə y y ə n e t d i: İddiaçı “El-Gücü» Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 1931 manat əsas borc, 323 manat faiz borcu, 338 manat cərimə və 46 manat ödənilmiş dövlət rüsumu, cəmi 2638 manat məbləğində pulun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı “El-Gücü» Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti ərizəni onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə "xxxx" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 14 iyun 2023-cü il tarixli kredit müqaviləsi bağlanılaraq ona 12 ay müddətinə bərabər miqdarda qaytarmaq şərti ilə 2700 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin təminatı olaraq Cavabdeh2 ilə 14 iyun 2023-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Daha sonra Cavabdeh1 müraciətinə əsasən ona əlavə olaraq 12 noyabr 2023-cü il tarixli kredit müqaviləsinə əsasən 1000 manat məbləğində kredit verilmişdir. Ödəniş qrafikinə uyğun olaraq borclu Cavabdeh1 götürdüyü 14 iyun 2023-cü il tarixli kredit müqaviləsinə görə 3672 manat ödəniş etməklə qaytarmalı olduğu halda, 2095 manat ödəniş etmiş, 12 noyabr 2023-cü il tarixli kredit müqaviləsinə görə isə 1360 manat ödəniş etməklə qaytarmalı olduğu halda, 683 manat ödəniş etmiş, lakin qalan aylarda ödəmə etməyərək kredit müqavilələrinin şərtlərini pozmuş və üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmişdir. Cavabdehlərə kreditin ödənilməsinə dair xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər kredit müqavilələrindən irəli gələn öhdəliklərini yerinə yetirməkdən imtina etmişlər. Ona görə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1931 manat əsas borc, 323 manat faiz borcu, 338 manat cərimə və 46 manat ödənilmiş dövlət rüsumu, cəmi 2638 manat məbləğində pulun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazlarının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduqları bildirilmişdir. Lakin cavabdehlərdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 14 iyun 2023-cü il tarixli, 866/66 saylı kredit müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, bu müqavilə istehlak fəaliyyəti məqsədi ilə 12 ay müddətinə aylıq 3% olmaqla 2700 manat məbləğində kredit verilməsi ilə bağlı iddiaçı "xxxx" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmışdır. Həmin müqavilə üzrə ödənişlərin son tarixi 14 iyun 2024-cü il tarixi müəyyən edilmişdir. İşdə olan 14 iyun 2023-cü il tarixli, 866/66 saylı zaminlik müqaviləsindən görünür ki, bu müqavilə 14 iyun 2023-cü il tarixli, 866/66 saylı kredit müqaviləsi üzrə kreditor qarşısında Cavabdeh1 ilə birgə öhdəlik daşıması ilə bağlı iddiaçı "xxxx" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmışdır. İşdə olan 12 noyabr 2023-cü il tarixli, 288 saylı kredit müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, bu müqavilə istehlak fəaliyyəti məqsədi ilə 12 ay müddətinə aylıq 10% olmaqla 1000 manat məbləğində kredit verilməsi ilə bağlı iddiaçı "xxxx" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmışdır. Həmin müqavilə üzrə ödənişlərin son tarixi 12 noyabr 2024-cü il tarixi müəyyən edilmişdir. İşdə olan 1xx/xx-2024 saylı maliyyə arayışından görünür ki, Cavabdeh1 və Cavabdeh2 "xxxx" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyətinə 14 iyun 2023-cü il tarixli, 866/66 saylı kredit müqaviləsi üzrə 1355 manat əsas borc, 222 manat faiz borcu, 236 manat cərimə, cəmi 1813 manat borcu vardır. İşdə olan 1xx/xx-2024 saylı maliyyə arayışından görünür ki, Cavabdeh1 "xxxx" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyətinə 12 noyabr 2023-cü il tarixli, 288 saylı kredit müqaviləsi üzrə 576 manat əsas borc, 101 manat faiz borcu, 102 manat cərimə, cəmi 779 manat borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 427 9.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, Cavabdeh1 ilə "xxxx" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 14 iyun 2023-cü il tarixli kredit müqaviləsi bağlanılaraq ona istehlak fəaliyyəti məqsədi ilə 12 ay müddətinə bərabər miqdarda qaytarmaq şərti ilə 2700 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin təminatı olaraq Cavabdeh2 ilə 14 iyun 2023-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Daha sonra Cavabdeh1 müraciətinə əsasən ona istehlak fəaliyyəti məqsədi ilə əlavə olaraq 12 noyabr 2023-cü il tarixli kredit müqaviləsinə əsasən 1000 manat məbləğində kredit verilmişdir. Ödəniş qrafikinə uyğun olaraq borclu Cavabdeh1 götürdüyü 14 iyun 2023-cü il tarixli kredit müqaviləsinə görə 3672 manat ödəniş etməklə qaytarmalı olduğu halda, 2095 manat ödəniş etmiş, 12 noyabr 2023-cü il tarixli kredit müqaviləsinə görə isə 1360 manat ödəniş etməklə qaytarmalı olduğu halda, 683 manat ödəniş etmiş, lakin qalan aylarda ödəmə etməyərək kredit müqavilələrinin şərtlərini pozmuş və üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmişdir. Ona görə də iddiaçı “El-Gücü» Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 14 iyun 2023-cü il tarixli, 866/66 saylı kredit müqaviləsi üzrə 1355 manat əsas borc, 222 manat faiz borcu, 236 manat cərimə, cəmi 1813 manat borcu, 12 noyabr 2023-cü il tarixli, 288 saylı kredit müqaviləsi üzrə 576 manat əsas borc, 101 manat faiz borcu, 102 manat cərimə, cəmi 779 manat borcu, ümumilikdə hər iki müqavilə üzrə 1931 manat əsas borcun, 323 manat faiz borcun, 338 manat cərimə borcun alınmasını tələb edir. Məhkəmə qeyd edir ki, iddiaçı "xxxx" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında 14 iyun 2023-cü il tarixli, 866/66 saylı kredit müqaviləsi bağlanmış və 14 iyun 2023-cü il tarixli, 866/66 saylı kredit müqaviləsi üzrə kreditor qarşısında Cavabdeh1 ilə birgə öhdəlik daşıması ilə bağlı iddiaçı "xxxx" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh2 arasında 14 iyun 2023-cü il tarixli, 866/66 saylı zaminlik müqaviləsi bağlanmışdır. Buna görə də iddiaçı El-Gücü» Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti 14 iyun 2023-cü il tarixli, 866/66 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1355 manat əsas borc, 222 manat faiz borcu, 236 manat cərimə, cəmi 1813 manat borcu tələb etməkdə haqlıdır. Lakin iddiaçı "xxxx" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 12 noyabr 2023cü il tarixli, 288 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 Cavabdeh1 ilə birgə öhdəlik daşıması ilə bağlı iddiaçı ilə zaminlik müqaviləsi bağlamamış və həmin müqavilə üzrə zamin olmamışdır. Buradan da görünür ki, iddiaçı El-Gücü» Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti 12 noyabr 2023-cü il tarixli, 288 saylı kredit müqaviləsi üzrə 576 manat əsas borc, 101 manat faiz borcu, 102 manat cərimə, cəmi 779 manat borcu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər ikisindən deyil, sadəcə Cavabdeh1 tutulmasını tələb edə bilər. Ona görə də iddianın həmin hissəsi yalnız Cavabdeh1 aid hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə 14 iyun 2023-cü il tarixli, 866/66 saylı kredit müqaviləsi üzrə tələb olunan 236 manat məbləğində və 12 noyabr 2023-cü il tarixli, 288 saylı kredit müqaviləsi üzrə tələb olunan 102 manat məbləğində dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı müvafiq olaraq 130 manatadək və 50 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 14 iyun 2023-cü il tarixli, 866/66 saylı kredit müqaviləsi üzrə müştərək qaydada 1355 manat əsas borc, 222 manat faiz borcu, 130 manat cərimə, cəmi 1707 manat və Cavabdeh1 12 noyabr 2023-cü il tarixli, 288 saylı kredit müqaviləsi üzrə 576 manat əsas borc, 101 manat faiz borcu, 50 manat cərimə, cəmi 727 manat alınaraq iddiaçı "xxxx" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddianın qalan hissəsi təmin olunmamalıdır. İşdə olan 23 aprel 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, “El-Gücü» Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 46 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 46 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 14 iyun 2023-cü il tarixli, 866/66 saylı kredit müqaviləsi üzrə müştərək qaydada 1355 manat əsas borc, 222 manat faiz borcu, 130 manat cərimə, cəmi 1707 (bir min yeddi yüz yeddi) manat alınaraq iddiaçı "xxxx" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Cavabdeh1 12 noyabr 2023-cü il tarixli, 288 saylı kredit müqaviləsi üzrə 576 manat əsas borc, 101 manat faiz borcu, 50 manat cərimə, cəmi 727 (yeddi yüz iyirmi yeddi) manat alınaraq iddiaçı "xxxx" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin İddia qalan hissədə təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 46 (qırx altı) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-622/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-622/2024
30.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver