Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-622/2025 07.08.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçı, onun nümayəndəsi (anası) X1, Cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2 baş 2-ci qarın yanı balalı, 1 baş 3-cü qarın yanı balalı inəyin və ya onların dəyəri 9100 manat pulun, ümumən 2900 manat pulun və ödənilmiş 126 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə qeyri rəsmi ailə münasibətində olmuşdur. Aralarında olan münasibət yaxşı olan vaxtlarda uşaqlarına ev tikmək üçün hər biri 30 baş qoyun almışlar. Həmin qoyunları Yusif saxlamaq üçün dediyinə görə əmisinin fermasına aparmışdır. Bir müddət sonra o, Yusifə demişdir ki, onu aparsın fermaya görsün qoyunları artmışdırmı. Yusif onu müxtəlif bəhanələrlə aldadaraq fermaya aparmamışdır. Sonradan da ona demişdir ki, qoyunlarını satıb əvəzində ona 2 baş 2-ci qarına yanı balalı, 1 baş 3-cü qarına yanı balalı inək almışdır. Uşağa toy etmək üçün Yusif bir baş dana almaqdan ötrü ondan 400 manat naqd pul almışdır. Sonradan da Yusif dananı neylədiyini bilməmişdir. Bunlardan başqa Yusif onun mobil telefonu vasitəsi ilə iki dəfəyə 2500 manat kredit götürmüşdür ki, yaxın vaxtlarda qaytaracaqdır. Dəfələrlə tələb etməyinə baxmayaraq Cavabdeh onu hər dəfə müxtəlif bəhanələrlə aldadaraq 3 baş yanı balalı inəyini, ümumilikdə 2900 manat pulu halhazıra kimi ona verməmişdir. Sabirabad rayon “Fərid” mal-qara alqı-satqı bazarının direktoru tərəfindən verilmiş 05 aprel 2025-ci il tarixli arayışda göstərilir ki, Sabirabad rayon mal-qara bazarında hal-hazırda olan 3-cü qarına yanı balalı inəyin orta bazar qiyməti 2800- 3000 manat və 2-ci qarına yanı balalı inəyin orta bazar qiyməti 3000-3200 manat təşkil edir. Göstərilənlərə əsasən iddianın təmin olunmasını xahiş edir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi X2 iddiaçının verdiyi izhata uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsi-vəkili Vəkil iddiaya etiraz edərək izahatında bildirdi ki, iddiaçı ilə cavabdeh evli olduqları müddətdə Bakı şəhərində yaşamışlar və orada hər ikisi işləmişlər. Onların heyvanları olmamışdır. Yalnız cavabdehin atasının öz həyətində saxladığı 4 baş inəyi olmuşdur. Həmçinin cavabdeh iddiaçının mobil telefonu vasitəsi ilə kredit götürməmiş və iddiaçıdan 400 manat borc pul almamışdır. Göstərilənlərə əsasən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh heç bir üzürlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə müvafiq olaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5 və 185.6-cı maddələrinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindidirilmiş Şahid izahatında göstərmişdir ki, iddiaçı onun bacısıdır. Bacısı anasının həyətindən çoxlu sayda qoyun saxlayırdı. Hətta onun da 5-6 ədəd qoyunlarını baxısı Zümrad alaraq öz qoyunlarına qatmışdır. Sonradan bacısı bildirmişdir ki, bacısı ilə faktiki ər-arvad münasibətlərində olan Yusif həmin qoyunları sataraq inək almışdır. Yusif bacısının inəklərini qaytarmadığı üçün onunla telefon danışığı aparmışdır. Həmin danışıqda da, Yusuf Zümrüdün onda iki inəyi olduğunu bildirmişdir. Bundan başqa, bacısı ondan 400 manat borc almışdır ki, Yusifə verəcək, lakin həmin pulun Yusifə verdiyinin şahidi olmamışdır. İşdə olan Sabirabad rayon “Fərid” mal-qara alqı-satqı bazarının direktoru tərəfindən verilmiş 05 aprel 2025-ci il tarixli arayışda göstərilmişdir ki, Sabirabad rayon mal-qara bazarında hal-hazırda olan 3-cü qarına yanı balalı inəyin orta bazar qiyməti 2800- 3000 manat və 2-ci qarına yanı balalı inəyin orta bazar qiyməti 3000-3200 manat təşkil edir. İşdə olan iddiaçının bacısı Şahid ilə Cavabdeh arasında olan telefon danışığının qeydə alındığı diskdə əks olunmuş səs yazısından görünür ki, Cavabdeh, İddiaçı onda iki ədəd inəyi olduğunu bildirmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Məhkəmə ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə iddianın inək və ya onun dəyərinin tələbi ilə bağlı hissədə qeyd edir ki, işin faktiki hallarından da göründü kimi iddiaçı ilə cavabdeh qeyri-rəsmi ər-arvad münasibətində olmuş, həmin dövrdə iddiaçı öz vəsaiti hesabına 30 ədəd qoyun almış, cavabdeh isə həmin qoyunları sataraq əvəzində inək almış və həmin inəkləri saxlaması üçün öz əmisinin fermasına aparmış və sonra da isə nə inəkləri nə də ki, onların pulunu iddiaçıya qaytarmamışdır. Məhkəmə hesab edir ki, bütün bu faktlar iş materiallarında olan sübutlarla və işin faktiki halları ilə tam təsdiq olunur. Lakin məhkəmə qeyd edir ki, iddiaçı cavabdehdən üç ədəd inək və ya onun dəyərini tələb etsə də, məhkəmə araşdırması zamanı iddiaçının cababdehdə iki inəyinin olması təsdiq olunmuşdur. Üçüncü inəyin cavbdehdə olmasını iddiaçı sübut edə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehdən 2 ədəd 2-ci qarına yanı balalı inək və ya onların dəyəri 5800 manat pul alınaraq iddiaçıya verilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının cavabdehdən ümumilikdə 2900 manat pul tələb etməsi ilə bağlı hissədə qeyd edir ki, iddiaçı onun kredit kartından cavabdeh tərəfindən 2500 manat pulu çıxarılması və bundan başqa 400 manat əlbəl olaraq iddiaçıya verməsini qeyd etsə də, bununla bağlı məhkəməyə hər hər hansı mötəbər sübut təqdim edilmədiyindən iddia tələbi bu hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə iştirak edən tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək Cavabdeh 2 ədəd 2-ci qarına yanı balalı inək və ya onların dəyəri 5800 manat pul alınaraq İddiaçı verilməlidir. İşdə olan mədaxil qəbzlərindən görünür ki, İddiaçı tərəfindən 126 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilməsi nisbətində Cavabdeh İddiaçı xeyrinə məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumunun 78 manat hissəsi tutulmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 227ci, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavbadeh Cavabdeh 2 ədəd 2-ci qarına yanı balalı inək və ya onların dəyəri 5800 manat pul alınaraq İddiaçı verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rusumunun 78 manat hissəsi cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(055)-622/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-622/2025
07.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver