Məhkəmə qərarları › İş №2(055)-629/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-629/2024

05.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-629/2024 05.08.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X12, İddiaçı Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Saatlı Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərdən 12.237 manat pulun, 127 manat dövlət rüsumunun, cəmi 12.364 manat pulun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclası zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh1 mərhum əri X13 xəstə olduğu üçün müalicə puluna ehtiyacı olduğundan 1998-ci ilin yanvar ayının əvvəlində Saatlı rayonu, Qara Nuru kəndində yerləşən 0.22 ha torpaq sahəsini və üzərində olan 1 otaqlı fərdi yaşayış evini aralarında olan şifahi razılaşmaya əsasən köhnə məzənnə ilə 15.000.000 manata Kamala satmışlar. Həmin vaxt torpağın və evin sənədləri olmadığı üçün alqı-satqını notarial qaydada rəsmiləşdirə bilməmişlər. 1998-ci il tarixdən 2005-cı ilin sentyabr ayınadək olan müddətdə qeyd edilən torpaq sahəsi bir otaqlı fərdi yaşayış evi ilə birlikdə onun istifadəsində olmuşdur. 2006-cı ilin oktyabr həmin torpaq sahəsini üzərində yerləşən bir otaqlı fərdi yaşayış evi ilə birlikdə aralarında olan şifahi razılaşmaya əsasən həmkəndlisi X1. X13 21 noyabr 2005-ci ildə vəfat etmişdir. 2023-cü ilin iyun ayında Cavabdeh1 iddia ərizəsi ilə Saatlı Rayon Məhkəməsinə müraciət edərək Saatlı rayon Aqrar İslahat Komissiyasının 03 may 2002-ci il tarixli qərarı ilə onun və ailə üzvlərinin, yəni mərhum əri X13, uşaqları Cavabdeh3 və Cavabdeh2 ümumi birgə mülkiyyətinə verilmiş 0.22 hektar torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evindən cavabdehlər X14 və ailə üzvlərinin çıxarılmasını xahiş etmiş, Məhkəmənin 30 avqust 2023-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh1 iddiası təmin edilmişdir. Bundan sonra da X14 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 2005-ci ilin sentyabr ayında torpağın alınmasına görə vermiş olduğu pulu tələb etmiş və Saatlı Rayon Məhkəməsinin 06 may 2024cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. O da məcburiyyətdən mərhum Kamal Alməmmədovun birinci növbə vərəsələri olaraq cavabdehlərə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.Hazırda bildirir ki, 1998-ci ilin yanvar ayından 2023-cü ilin iyun ayına kimi olan müddətdə, yəni 25 il ərzində 0.22 hektar torpaq sahəsi və üzərində olan bir otaqlı fərdi yaşayış evi ilə bağlı mübahisə olmamışdır. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin “Qiymət indeksləri” saytından 21 aprel 2024-cü ildə əldə edilmiş məlumata əsasən infilyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksi 2024-cü ilin mart ayında 1998-ci ilin yanvar ayına nisbətən 407,9 faiz təşkil etmişdir.Belə olan halda mərhum Kamal Alməmmədova köhnə məzənnə ilə verilmiş 15.000.000 manat hazırki qiymət indeksi ilə 12.237 manat təşkil edir. Cavabdehlər isə mərhum Kamal Alməmmədovun birinci növbə vərəsələri oluğundan həmin pulu cavabdehlərdən tələb edir. Odur ki, göstərdiklərinin nəzərə alınaraq iddianın təmin olunması haqında qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclası zamanı Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 03 may 2002-ci il tarixli 02 saylı qərarı ilə JN- 523A, KOD 90806018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Saatlı rayonunun Qara Nuru kəndində yerləşən 0.22 ha torpaq sahəsi onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir.Həmin torpaq sahəsi X16 və ailə üzvləri tərəfindən qanunsuz olaraq ələ keçirildiyindən torpağın geri qaytarılması barədə Saatlı Rayon Məhkəməsinə müraciət etmiş, Məhkəmənin 30 avqust 2023-cü il tarixli, 2(055)-805/2023 saylı qətnaməsi ilə iddia təmin edilərək Saatlı rayon Aqrar İslahat Komissiyasının 03 may 2002-ci il tarixli 02 saylı qərarı ilə JN-523A, KOD 90806018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X13, Cavabdeh1, Cavabdeh3 və Mahmudova(Alməmmədova) Züleyxa Kamal qızının ümumi birgə mülkiyyətinə verilmiş, Saatlı rayonu, Qara Nuru kəndində yerləşən 0.22 hektar torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evindən cavabdehlər X16, X17 və onların ailə üzvlərinin qanunsuz istifadələrinin dayandırılaraq çıxarılmaları qət edilmişdir. Bundan başqa, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş reyestr nömrəsi **********29 olan çıxarışa əsasən Saatlı rayonu, Qara Nuru kəndində yerləşən, ümumi sahəsi 1.7998 ha çöl torpaq sahəsi də onun və ailə üzvlərinin mülkiyyətində olmuşdur. Həmin torpaq sahəsinin 1/4 hissəsi mərhum X9 məxsus olmuş, mərhumdan qalmış mirasdan tam həcmdə pay almışdır. Daha sonra pula ehtiyacları olduğundan sözügedən torpaq sahəsi xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən 5000 manat müqabilində X2. Bildirir ki, 0.22 ha torpaq sahəsinin mərhum əri Kamal Alməmmədovun xəstəliyi ilə əlaqədar şifahi razılaşma əsasında köhnə məzənnə ilə 15.000.000 manata iddiaçıya satılması barədə deyilənlər yalandır. Ola bilsin ki, iddiaçı həmin torpaq sahəsinin alınmasına görə onun mərhum ərinin qohumlarına hər hansı məbləğdə pul versin. Lakin ona hər hansı məbləğdə pul verilməmişdir. Digər tərəfdən iddiaçı torpaq sahəsini notariat qaydada da alqı-satqı etməmişdir. Hətta mərhum əri Kamal Alməmmədov həmin torpaq sahəsini satsaydı belə, onun razılığı olmadığına görə həmin alqısatqı etibarlı hesab edilə bilməz. Odur ki, göstərdiklərinin nəzərə alınaraq iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh3 və Cavabdeh2 heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmirlər və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. X4 ifadəsində göstərdi ki, İddiaçı onun əridir. Cavabdeh Səbinə Almməmədovanı da tanıyır. Cavabdeh1 mərhum əri Kamal Alməmmədov 1997-1998-ci illərdə xəstə olduğundan müalicə ilə əlaqədar pula ehtiyac olmuşdur. Həmin vaxt əri İddiaçı Kamal Alməmmədova “15 paçka şirvan” verib əvəzində 0.22 ha torpaq sahəsini və fərdi yaşayış evini almışdır. Pulu şəxsən özü (əvvəlcə “10 paçka şirvan”, daha sonra isə “5 paçka şirvan” olmaqla) əri Sakitə vermişdir. Pulun verilməsi zamanı Polad adlı şəxs də orada olmuşdur. Həmin fərdi yaşayış evində bir müddət Solmaz adlı qadın da yaşamış, daha sonra həmin ev həmkəndlisi Səlim adlı şəxsə satılmışdır. Əlavə olaraq bildirir ki, İddiaçı Kamal Alməmmədova “15 paçka şirvan” pulu əvvəlcə borc olaraq vermiş, sonradan Kamalın həmin pulu qaytara bilməyəcəyi nəzərə alınaraq pulun əvəzi olaraq torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi alınmışdır. X6 X4 ilə eyniməzmunlu ifadə verdi. İşdə olan Saatlı rayonu Qara Nuru bələdiyyəsinin 05 avqust 2024-cü il tarixli 16 saylı arayışından görünür ki, Saatlı rayonunun Qara Nuru kəndində pay torpağının qiyməti hər hektara görə 6000 manatdan 8000 manatadək, 0.22 ha həyətyanı isə 7000 manatdır. İşdə olan 12 aprel 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, şəhadətnamə verilən miras əmlak Saatlı rayonu, Qara Nuru kəndində yerləşən, ümumi sahəsi 1.7998 ha torpaq sahəsinin ¼-dən ibarətdir. Cavabdeh1 mirasdan tam həcmdə pay almışdır. İşdə olan xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqısı müqaviləsindən görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş reyestr nömrəsi **********29 olan çıxarışa əsasən Saatlı rayonu, Qara Nuru kəndində yerləşən, ümumi sahəsi 1.7998 ha torpaq sahəsi 5000 manat müqabilində X2. İşdə olan Saatlı Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli, 2(055)-805/2023 saylı qətnaməsindən görünür ki, iddia təmin edilərək Saatlı rayon Aqrar İslahat Komissiyasının 03 may 2002-ci il tarixli 02 saylı qərarı ilə JN-523A, KOD 90806018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X13, Cavabdeh1, Cavabdeh3 və Mahmudova(Alməmmədova) Züleyxa Kamal qızının ümumi birgə mülkiyyətinə verilmiş, Saatlı rayonu, Qara Nuru kəndində yerləşən 0.22 hektar torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evindən cavabdehlər X16, X17 və onların ailə üzvlərinin qanunsuz istifadələrinin dayandırılaraq çıxarılmaları qət edilmişdir. İşdə olan Saatlı Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli, 2(055)-242/2024 saylı qətnaməsindən görünür ki, cavabdeh İddiaçı 6300 manat məbləğində pul və ödənilmiş 100 manat dövlət rüsumu, cəmi 6400 (altı min dörd yüz) manat alınaraq iddiaçı X11 verilməsi qət edilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 21 noyabr 2005ci il tarixdə vəfat etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını, şahidlərin ifadələrini dinləyib, işdə olan materialları hərtərəfli araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbə vərəsələrə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) aiddir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia tələbinə düzgün hüquqi qiymət verilməsi üçün, ilk növbədə, İddiaçı cavabdehlərə məxsus 0.22 ha torpaq sahəsinin alınmasına görə mərhum X3 məzənnə ilə 15.000.000 manat pul verilməsi məsələsinə aydınlıq gətirilməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir(“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarı). Yəni sübutetmədə bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur.Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktiki hallara, yəni iddia tələbinin faktiki əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Məhkəmə araşdırması zamanı iddiaçının izahatı, şahidlərin ifadəsi və işdə olan sənədlərlə İddiaçı mərhum X9 0.22 ha torpaq sahəsinin alınması üçün 15.000.000 manat pul verməsi öz təsdiqini tapmışdır. Məhkəmə bu möqeyini aşağıdakılarla əsaslandırır: Belə ki, “Məhkəmələr və hakimlər haqqında” Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə araşdırması zamanı iddiaçının izahatında göstərdiyi dəlillərlə müqayisədə Cavabdeh1 mərhum əri Kamala iddiaçı tərəfindən pul verilməsini birmənalı inkar etməmiş, əksinə diqqəti daha çox torpaq sahəsinin notariat qaydada alqı-satqı edilməməsinə yönəltmiş, hətta iddiaçının həmin torpaq sahəsinin alınmasına görə onun mərhum ərinin qohumlarına hər hansı məbləğdə pul verməsinin mümkün olmasını göstərmişdir. Bu isə məhkəmədə cavabdehin izahatına tənqidi yanaşmağa, onun izahatı ilə müqayisədə iddiaçının izahatını daha mötəbər sübut kimi qəbul etməyə əsas vermişdir. Ona görə də məhkəmə hazırki mübahisə üzrə iddiaçının izahatını daha mötəbər sübut kimi qəbul edir MPM-in 76.2-ci maddəsinin tələbindən göründüyü kimi, şahid ifadələri ilə müəyyən edilən məlumatlar mülki prosesdə əsas sübut növlərindən biri hesab olunur. Digər sübutlar kimi şahid ifadələrinin də məhkəmə üçün qabaqcadan müəyyən edilmiş hüquqi qüvvəsi olmasa da, MPM-in 88-ci maddəsinə əsasən əgər məhkəmə şahid ifadələrini mötəbər sübut kimi qəbul etmirsə, bununla bağlı mövqeyini əsaslandırmalıdır. Şahid ifadələri qiymətləndirilərkən, ilk növbədə, şahidlərin tərəflərlə faktiki münasibətləri, qohumluq əlaqələrinin olub-olmaması, işin nəticəsində maraqlı olub-olmamaları və s. hallar yoxlanılmalıdır. Çünki konkret işin hallarından asılı olaraq tərəf işin müəyyən hallarını yalnız ona yaxın və ya qohum olan şəxslərin şahid ifadələri əsasında sübut etmək imkanına malik ola, yaxud ona yaxın insanlar da işin halları ilə bağlı mötəbər məlumatlar verə bilər. Doğrudur, hazırki iş üzrə iddiaçının təqdim etdiyi şahidlər onun yaxın qohumları olsalar da(biri arvadı, digəri qardaşı), həmin şahidlər prosesin birbaşa iştirakçısı olmaqla kifayət qədər inandırıcı şəkildə(hətta bəzi xüsusatları iddiaçının özündən daha detallı göstərməklə) ifadə verərək İddiaçı mərhum Kamal Alməmmədova 0.22 ha torpaq sahəsinin alınması üçün köhnə məzənnə ilə 15.000.000 manat pul verilməsini təsdiq etmişlər. Odur ki, məhkəmə hazırki mübahisə üzrə şahidlərin ifadəsinin obyektivliyinə və inandırıcılığına şübhə ilə və tənqidi yanaşmaq üçün əsasların olmaması qənaətinə gələrək hesab edir ki, həmin ifadələr mötəbər sübut kimi qəbul edilməlidir. İddia tələbi ilə bağlı digər bir zəruri məsələ cavabdehlərin qəbul etdiyi miras əmlakın həcminə aydınlıq gətirilməsidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddia tələbinin yönəldiyi miras əmlaklara Saatlı rayonu, Qara Nuru kəndində yerləşən 0.22 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin 1/4 hissəsi, həmçinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş reyestr nömrəsi **********29 olan çıxarışa əsasən Saatlı rayonu, Qara Nuru kəndində yerləşən, ümumi sahəsi 1.7998 ha torpaq sahəsinin ¼ hissəsi daxildir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Saatlı rayonu, Qara Nuru kəndində yerləşən 0.22 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin 1/4 hissəsi(mərhum X5 payına düşən) hazırda cavabdehlər tərəfindən miras əmlak olaraq faktiki qəbul edilmişdir. Saatlı rayonu Qara Nuru bələdiyyəsinin 05 avqust 2024-cü il tarixli 16 saylı arayışından görünür ki, Qara Nuru kəndində 0.22 ha həyətyanı torpaq sahəsinin qiyməti 7000 manat təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, əmlakın dəyəri 7000 manat qiymətləndirilməli, miras əmlak 1/4 hissədən ibarət olmaqla cavabdehlər tərəfindən qəbul edildiyindən əmlakın dəyərinin 1/4 hissəsi, yəni 1750 manat cavabdehlərdən müştərək qaydada alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Mirasa daxil olan olan digər əmlak, yəni Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş reyestr nömrəsi **********29 olan çıxarışa əsasən Saatlı rayonu, Qara Nuru kəndində yerləşən, ümumi sahəsi 1.7998 ha torpaq sahəsinə gəlincə isə qeyd edilməlidir ki, iş materiallarından göründüyü kim, sözügedən torpaq sahəsinin 1/4 hissəsi mərhum X7 payına düşmüş, cavabdehlərdən yalnız Cavabdeh1 Nadir qızı mirasdan tam həcmdə pay almışdır. Həmin torpaq sahəsi də xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən 5000 manat müqabilində X2. Belə olan halda məhkəmə hesab edir ki, əmlakın dəyəri 5000 manat qiymətləndirilməli, miras əmlak 1/4 hissədən ibarət olmaqla cavabdehlərdən yalnız Cavabdeh1 Nadir qızı tərəfindən qəbul edildiyindən əmlakın dəyərinin 1/4 hissəsi, yəni 1250 manat Cavabdeh1 Nadir qızından alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə həmçinin diqqətə çatdırır ki, keçən müddət ərzində Azərbaycan manatının alıcılıq dəyəri müəyyən dəyişikliyə uğramış, infilyasiya və digər iqtisadi təsirlərə məruz qalmışdır. Ona görə də məhkəmə Dövlət Statistika Komitəsindən infilyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksinin 2024-cü ilin mart ayında 1998-ci ilin yanvar ayına nisbətən 407,9 faiz təşkil etməsini və tələb olunan pul məbləğinin həmin indeksə uyğun qəbul edilməsini ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 8.1-ci və 9.1-ci maddələrində isə qeyd edilir ki, mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməklə Cavabdeh1 1250 manat pul alınaraq İddiaçı verilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 1750 manat pul alınaraq İddiaçı verilməli, iddianın qalan hissəsi təmin edilməməlidir. İşdə olan ödəniş qəbzindən görünür ki, İddiaçı 127 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, İddiaçı ödəmiş olduğu dövlət rüsumunun əvəzində cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 50 manat pul alınaraq İddiaçı ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh1 1250 (bir min iki yüz əlli) manat pul alınaraq İddiaçı verilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 1750 (bir min yeddi yüz əlli) manat pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı ödəmiş olduğu dövlət rüsumunun əvəzində cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 50(əlli) manat pul alınaraq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. İş № 2(055)-629/2024 çıxarış AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 05 avqust 2024-cü il Saatlı şəhəri Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X12, İddiaçı Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq.... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh1 1250 (bir min iki yüz əlli) manat pul alınaraq İddiaçı verilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 1750 (bir min yeddi yüz əlli) manat pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı ödəmiş olduğu dövlət rüsumunun əvəzində cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 50(əlli) manat pul alınaraq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar