Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-63/2024 16.01.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Saatlı Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 2905 manat pulun və 49.05 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Saatlı rayonu ərazisində yerləşən "xxxx" MMC-də baş mühasib vəzifəsində işləyir. Təxminən 2022ci ilin yanvar ayından başlayaraq cavabdeh İbrahim Nağıyev mütəmadi olaraq onların ofisinə gedib-gəlməyə başlamış və beləliklə də, onlar arasında normal münasibət yaranmışdır. Həmin vaxt cavabdeh özünü həkim kimi təqdim etmiş və müxtəlif növ qida əlavəsi olan təbii ot dərmanlarının satışı ilə də məşğul olduğunu bildirmişdir. Cavabdeh İbrahim Nağıyev onun baş mühasib kimi işlədiyi MMC-nin rəhbəri X2 ilə də normal münasibət yaratmış, Cəlildən bir neçə dəfə borc pul alaraq sonradan geri qaytarmış və beləliklə də, cavabdehə qarşı onlarda inam-etibar yaranmışdır. Cavabdeh 08 may 2022-ci il tarixdə ondan 2300 manat borc pul istəmiş və bir ay müddətinə Quba rayonunda özünə məxsus olan evi sataraq həmin borcu qaytaracağını bildirmişdir. Həmin vaxt cavabdehə MMC-nin rəhbəri Cəlil Süleymanov və digər şəxs Rəfail Məmmədovun şahidliyi ilə 2000 manat borc pul vermişdir. 10 may 2022-ci il tarixdə cavabdeh yenidən onun işlədiyi ofisə gələrək həmin MMC-nin rəhbəri Cəlil Süleymanovla görüşmüş, qida əlavəsi olan təbii ot dərmanları almağa getdiyini, lakin pulunun az olduğunu bildirərək ondan 300 manat borc pul istəmiş, o, həmin məbləği cavabdehə verməyi Cəlil Süleymanovdan xahiş etmiş və Cəlil Süleymanov da həmin məbləği cavabdeh İbrahim Nağıyevə vermişdir. Həmin pulu alarkən cavabdeh tezliklə pensiya alacağını və həmin borcu qaytaracağını bildirmişdir. 11 may 2022-ci il tarixdə cavabdeh ona zəng edərək Bakı şəhərində olduğunu və dərman vasitələrini almaq üçün pulunun çatmadığını bildirərək ondan təxminən 10-15 gün müddətə qaytarmaq şərti ilə 600 manat borc pul istəmiş, o isə həmin gün ödəmə terminalı vasitəsilə cavabdehə məxsus bank plastik kart hesabına 5 manat komissiya xərci olmaqla, ümumilikdə 605 manat pul göndərmişdir. Bundan bir neçə gün sonra cavabdeh onun işlədiyi ofisə gələrək dərmanları sataraq tez bir zamanda borcunu qaytaracağını demişdir. Lakin cavabdeh bir müddət sonra yaşayış yerini dəyişmiş və hazırda da əvvəllər cavabdehin istifadəsində olan mobil nömrəyə zəng çatmır. Odur ki, göstərdiklərinin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəməyə gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir.Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, "xxxx" MMC-nin rəhbəridir. iş üzrə cavabdeh İbrahim Nağıyevi MMC-yə gedib-gələrkən tanımış və aralarında normal münasibət yaranmışdır. Cavabdeh İbrahim Nağıyev 08 may 2022-ci il tarixdə onun və MMC-nin işçisi Rəfail Məmmədovun yanında İddiaçı oölundan 2000 manat borc almış və bir ay müddətinə Quba rayonunda özünə məxsus olan evi sataraq həmin borcu qaytaracağını bildirmişdir.Cavabdeh daha sonra 10 may 2022-ci il tarixdə yenidən ofisə gələrək onunla görüşmüş və qida əlavəsi olan təbii ot dərmanları almağa getdiyini, lakin pulunun az olduğunu bildirərək Səxavətdən yenidən 300 manat borc pul istəmiş, Səxavət də ondan 300 manat alıb cavabdeh İbrahim Nağıyevə vermişdir. Cavabdeh pulu alan vaxt tezliklə pensiya alacağını və həmin borcu qaytaracağını bildirmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X4 digər şahid X1 ifadəsinə uyğun ifadə verdi. İşdə olan 11 may 2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh plastik bank kartı hesabına 5 manat komissiya xərci olmaqla, ümumilikdə 605 manat pul köçürülmüşdür. Məhkəmə iddiaçının izahatını və şahidlərin ifadəsini dinləyib, dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir(“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarı). Yəni sübutetmədə bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur.Sübutlar kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktiki hallara, yəni iddia tələbinin faktiki əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. İşin yuxarıda göstərilən halları 2022-ci il tarixdə tərəflər arasında borc münasibətlərinin yaranmasını təsdiq edir. İddia tələbinin əsaslılığı isə iddiaçının izahatı, şahidlərin ifadələri və iş materialları ilə tam sübuta yetirilir. Buradan da görünür ki, Cavabdeh İddiaçı qaytarmaq şərti ilə 2905 manat məbləğində borc almış, lakin hazırki vaxtadək cavabdeh borcunu iddiaçıya qaytarmamaqla üzərinə götürdüyü öhdəliyini yerinə yetirməmişdir. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh 2905 manat məbləğində borcu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 2905 manat məbləğində borc alınaraq İddiaçı verilməlidir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 49.05 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 49.05 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 2905 manat məbləğində borc və ödənilmiş 49.05 manat dövlət rüsumu, cəmi 2954 (iki min doqquz yüz əlli dörd) manat 05(sıfır beş) qəpik alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.Əsli ilə düzdür Hakim: Mirlətif Sadıqov İş № 2(055)-63/2024 çıxarış AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 16 yanvar 2024-cü il Saatlı şəhəri Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq.... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 2905 manat məbləğində borc və ödənilmiş 49.05 manat dövlət rüsumu, cəmi 2954 (iki min doqquz yüz əlli dörd) manat 05(sıfır beş) qəpik alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-63/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-63/2024
16.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver