Məhkəmə qərarları › İş №2(055)-633/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-633/2023

17.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-633/2023 17.07.2023 SAATLI RAYON MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1682,58 manat əsas borc, 47,51 manat faiz borcu, cəmi 1730,09 manat borc, ödənilmiş 38,21 manat dövlət rüsumu və 0,80 manat xidmət haqqının Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 12 iyun 2019-cu il tarixli 100821- 74413/10 saylı istehlak krediti müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 60 ay müddətinə, illik 1% olmaqla 1689,91 manat məbləğində kredit verilmişdir. Cavabdeh kreditin və kredit faizlərinin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh iddiaçıya olan borcunu ödəməmişdir. 01 may 2023-cü il tarixə cavabdehin kredit müqaviləsi üzrə iddiaçıya 1682,58 manat əsas borcu və 47,51 manat faiz borcu, cəmi 1730,09 manat borcu vardır. Ona görə də Cavabdeh 1682,58 manat əsas borc, 47,51 manat faiz borcu, cəmi 1730,09 manat borc, ödənilmiş 38,21 manat dövlət rüsumu və 0,80 manat bank xidmət haqqının alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 12 iyun 2019-cu il tarixli, 100821-74413/10 saylı güzəştli kredit müqaviləsindən görünür ki, bu müqavilə illik 1% olmaqla 60 ay müddətinə 1689,91 manat məbləğində kreditin verilməsi ilə əlaqədar İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 01 may 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 12 iyun 2019-cu il tarixli 100821-74413/10 saylı kredit müqaviləsi üzrə 01 may 2023-cü il tarixə 1682,58 manat əsas borcu, 47,51 manat faiz borcu, cəmi 1730,09 manat borcu vardır. İşdə olan 05 sentyabr 2022-ci il tarixli bildirişdən və onun cavabdeh tərəfindən qəbul edilməsi ilə bağlı xəbərnamədən görünür ki, iddiaçı tərəfindən cavabdehdən 12 iyun 2019-cu il tarixli, 100821-74413/10 saylı kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirmək tələb edilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlamış 12 iyun 2019-cu il tarixli, 100821-74413/10 saylı kredit müqaviləsinə əsasən cavabdeh iddiaçıdan illik 1% dərəcəsi ilə 60 ay müddətinə ödəmək şərti ilə 1689,91 manat məbləğində kredit götürmüşdür. Cavabdeh müqavilənin şərtlərini pozaraq kredit üzrə əsas borcunu vaxtında və lazımi qaydada ödəməyərək üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən kredit müqaviləsi üzrə iddiaçıya 01 may 2023-cü il tarixə icra edilməmiş 1682,58 manat əsas borcu, 47,51 manat faiz borcu yaranmışdır. Ona görə də, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh 1682,58 manat əsas borc, 47,51 manat faiz borcu, cəmi 1730,09 manat borcun tutulmasını tələb edir. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh 1682,58 manat əsas borc, 47,51 manat faiz borcu, cəmi 1730,09 manat borcun tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 1682,58 manat əsas borc, 47,51 manat faiz borcu, cəmi 1730,09 manat alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İşdə olan 27 oktyabr 2022-ci və 01 may 2023-cü il tarixli mədaxil qəbzlərindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 38,21 manat dövlət rüsumu və 0,80 manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 38,21 manat dövlət rüsumu və 0,80 manat xidmət haqqı cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 1682,58 manat əsas borc, 47,51 manat faiz borcu, cəmi 1730 (bir min yeddi yüz otuz) manat 09 (doqquz) qəpik alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 38 (otuz səkkiz) manat 21 (iyirmi bir) qəpik dövlət rüsumu və 80 (səksən) qəpik xidmət haqqı cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar