Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-642/2024 08.07.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X11, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Saatlı rayon Nərimanov bələdiyyəsinin sədri X19, X6 və X7 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh2 qarşı süni maneələrin aradan qaldırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Saatlı rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli 25 saylı qərarı ilə onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş Saatlı rayon Musalı kəndində yerləşən 1,5 ha həyətyanı torpaq sahəsinə gedən 7-8 metr enində yolun və ona məxsus tövlənin arxasında olan keçidin cavabdehlərin hesabına açılması, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli 25 saylı qərarı ilə Saatlı rayon Musalı kəndində yerləşən 1,5 hektar həyətyanı torpaq sahəsi onun və digər ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Bu barədə onlara torpağın mülkiyyətə verilməsinə dair JN-010A KOD 90809048 saylı şəhadətnamə də verilmişdir. O, hazırda payına düşən torpaq sahəsinin bir hissəsində fərdi yaşayış evi tikdirərək ailə üzvləri ilə birlikdə yaşayır, digər hissəsindən isə əkin üçün istifadə edir. Cavabdehlər onun həyətyanı torpaq sahəsinə gələn 7-8 metr enində yola bir kamaz mişar daşı tökdürərək həmin ərazini çəpərləmiş, ona məxsus tövlənin araxasında olan keçidi daşla bağladıqları üçün 2 metr enində, 20 metr uzununda tövlənin arxasında olan əraziyə keçə bilmir və nəticədə tövləsi qəzalı vəziyyətə düşmüşdür. 2023-cü ilin dekabr ayında həmin yoldan istifadə etmək istədikdə Cavabdeh2 ona imkan verməmiş, sinəsinə əli ilə vuraraq demişdir ki, ona yol verməyəcəkdir. Odur ki, cavabdehlərə qarşı məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Ona görə də göstərdiklərinin nəzərə alınaraq Saatlı rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli 25 saylı qərarı ilə onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 1,5 ha həyətyanı torpaq sahəsinə gedən 7-8 metr enində yolun və ona məxsus tövlənin arxasında olan keçidin cavabdehlərin hesabına açılması, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh1 iddianı etiraf etməyərək izahatında göstərdi ki, İddiaçı onun qardaşıdır. Atalarının sağlığında münasibətləri yaxşı olmuş, lakin ataları vəfat etdikdən sonra iddia ərizəsində göstərilən torpaq üstündə münasibətləri pisləşmişdir. Belə ki, atalarından onlara 1,5 ha həyətyanı torpaq sahəsi qalmışdır. İddiaçı qanunsuz olaraq 40 sot torpaq sahəsini mənimsəmişdir. Əvvəllər həmin 1,5 ha torpaq sahəsinin bölünməsi üstündə aralarında mübahisələr və narazılıqlar olmuş, məhkəmədə işlərinə baxılarkən ekspertiza təyin edilmiş, lakin çıxarışa əsasən sahəsi 1,5 ha olan torpaq sahəsi faktiki olaraq çıxarışda göstəriləndən az, yəni 1,108 ha olduğundan payçıların payına uyğun şəkildə naturada bölgü aparılması mümkün olmamışdır. O, iddiaçı ilə aralarında olan narazılığın aradan qaldırılması üçün qardaşı Fərhad Cəfərov tərəfindən ona hədiyyə edilmiş və hazırda onun istifadəsində olan torpaq sahəsindən bir metr enində iddiaçıya vermiş, iddiaçı həmin hissəni iki metr artırmış, daha sonra iddiaçı həmin hissəni 7-8 metrə qədər də artırmaq istəyərkən ona narazılığını bildirərək yoldan istifadə etməsinə icazə verməmişdir. Hazırda da hesab edir ki, İddiaçı ona qarşı həyətyanı torpaq sahəsinə gedən yolun açılması barədə iddianın heç bir hüququ əsası yoxdur. Belə ki, iddiaçının iddia ərizəsində göstərdiyi həyətyanı torpaq sahəsinə digər gediş-gəliş yolu vardır, bundan əlavə iddiaçının mübahisələndirdiyi yol hazırda onun mülkiyyətindədir və bu barədə mülkiyyətə dair çıxarış da almışdır. Ona görə də göstərdiklərini nəzərə alaraq iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh2 atası Cavabdeh1 izahatına uyğun izahat verərək göstərdi ki, İddiaçı hazırda mülkiyyətində olan torpaq sahəsinə digər gediş-gəliş yolu vardır, iddia ərizəsində göstərilən yoldan iddiaçı ancaq mal-qarasını öz torpaq sahəsində olan əkin yerinə aparmaq üçün istifadə etmişdir, həmin yolun isə iddiaçıya aidiyyəti olmamışdır, iddiaçının mübahisələndirdiyi torpaq sahəsini digər əmisi Fərhad tərəfindən atası Ənvərə verilmişdir və uzun illərdir həmin torpaq sahəsini onlar həyətyanı torpaq sahəsi kimi istifadə edirlər. Ona görə də, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh3 heç bir üzrlü səbəb olmadan məhkəmə iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X21 göstərdi ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli 25 saylı qərarı ilə onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş Saatlı rayon Musalı kəndində yerləşən 1,5 ha həyətyanı torpaq sahəsi verilmişdir. İddiaçının hazırda mübahisələndirdiyi yol 1,5 ha həyətyanı torpaq sahəsində onun payına düşən torpaq sahəsinin bir hissəsidir. O, həmin torpaq sahəsini uzun illərdir qardaşı, hazırki iş üzrə Cavabdeh1 vermiş, digər qardaşı, İddiaçı isə aidiyyəti olmamışdır. Ona görə də göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X22 üçüncü şəxs əri X6 izahatına uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X23 heç bir üzrlü səbəb olmadan məhkəmə iclasında iştirak etmir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Saatlı rayon Nərimanov bələdiyyəsinin sədri X29 göstərdi ki, Saatlı rayon Musalı kəndində yerləşən 1,5 hektar həyətyanı torpaq sahəsi Saatlı rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli 25 saylı qərarı ilə X2 və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. X37 isə hazırki iş üzrə iddiaçının, cavabdehin və üçüncü şəxsin atası olmuşdur. Kolxoz dövründə iddiaçının iddia ərizəsində göstərdiyi yol olmamışdır, yəni həmin yol 1,5 ha həyətyanı torpaq sahəsi olmuşdur. Lakin, 1998-ci ildə torpaq islahatı zamanı 1,5 ha həyətyanı torpaq sahəsini iddiaçıya və cavabdehlərə verildikdən sonra onlar öz aralarında bir-birlərinin həyətyanı torpaq sahələrinə getmək üçün atalarının sağlığında istifadə etmişlər. Hal-hazırda isə iddiaçının mübahisələndirdiyi 7-8 metr yol və tövlənin arxasında olan yol bələdiyyə mülkiyyətində deyil, ümumi birgə mülkiyyətdə olan torpaq sahəsidir. Ona görə də göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-010A KOD 90809048 saylı şəhadətnamənin surətindən görünür ki, Saatlı rayon Musalı kəndində yerləşən 1,5 ha həyətyanı torpaq sahəsi Saatlı rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli 25 saylı qərarı ilə X2, X12, X8, X6, X3, İddiaçı, X7, X9 və X4 mülkiyyətinə verilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********85 olan çıxarışa əsasən Saatlı rayonu, Musalı kəndində yerləşən, sahəsi 1.50 ha olan torpaq sahəsi X13 0.2 ha, X14 0.2 ha, Ağayeva(Cəfərova) Zəminə Qalaş qızına 0.2 ha, İddiaçı 0.2 ha, X15 0.16666667 ha, X16 0.16666667 ha, X17 0.03333333 ha, X1 0.03333333 ha, X10 0.03333333 ha, X18 0.03333333 ha, X24 0.03333333 ha və Cavabdeh1 0.2 ha olmaqla paylı mülkiyyətdədir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 07 noyabr 2023-cü il tarixli, 3-16-16/2- 10/7243 nömrəli ekspert rəyindən görünür ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********85 olan çıxarışa əsasən Saatlı rayonu, Musalı kəndində yerləşən, sahəsi 1.50 ha olan torpaq sahəsinin naturada istifadə etdikləri faktiki sahəsi 1.108 ha olduğundan X13 0.2 ha, X14 0.2 ha, Ağayeva(Cəfərova) Zəminə Qalaş qızına 0.2 ha, İddiaçı 0.2 ha, X15 0.16666667 ha, X16 0.16666667 ha, X17 0.03333333 ha, X1 0.03333333 ha, X10 0.03333333 ha, X18 0.03333333 ha, X24 0.03333333 ha və Cavabdeh1 0.2 ha olmaqla təcrid olunmuş şəkildə, yəni çıxarışa əsasən sahəsi 1.50 ha olan torpaq sahəsi faktiki olaraq çıxarışda göstəriləndən az, 1.108 ha olduğundan payçıların payına uyğun şəkildə naturada bölgü aparılması mümkün deyildir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı Rayon Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli, 2(055)-19/2023 saylı qətnaməsindən görünür ki, iddiaçılar Cavabdeh1, X21 və X7 cavabdehlər X25, İddiaçı, X23, X26, X20, Ağayeva(Cəfərova) Zəminə Qalaş qızı, X5, X27 və X24 qarşı torpaq sahəsinin naturada ayrılması tələbinə dair iddiası təmin edilməmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı rayon Nərimanov Bələdiyyəsinin sədri tərəfindən imzalanmış 10 iyun 2024-cü il tarixli, 02 saylı arayışdan görünür ki, mübahisə predmeti olan yol Saatlı rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli 25 saylı qərarı əsasında torpağın mülkiyyətə verilməsinə dair JN-010A KOD 90809048 saylı şəhadətnamə ilə iddiaçı və cavabdehlərin ümumi birgə istifadəsində olan torpaq sahəsidir. Mübahisə predmeti olan 7-8 metr enində yol və tövlənin arxasında olan yol bələdiyyə mülkiyyətinə aid deyildir. Məhkəmə iddiaçını, cavabdehləri və üçüncü şəxsləri dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə baxışı zamanı işin araşdırılan halları ilə müəyyən olunmuşdur ki, torpağın mülkiyyətə verilməsinə dair JN-010A KOD 90809048 saylı şəhadətnamə əsasında Saatlı rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli 25 saylı qərarı ilə Saatlı rayon Musalı kəndində yerləşən 1,5 hektar həyətyanı torpaq sahəsi mərhum X2 və onun ailə üzvlərinin (iddiaçının, cavabdehlərin, iş üzrə cəlb edilmiş üçüncü şəxslərin və onların digər ailə üzvlərinin) mülkiyyətinə verilmişdir. X37 hazırki iş üzrə iddiaçının, cavabdehin və üçüncü şəxslərin atası olmuşdur. Kolxoz dövründə iddiaçının iddia ərizəsində göstərdiyi yol olmamışdır. Torpaq islahatı zamanı həmin 1,5 ha torpaq sahəsi iddiaçıya, cavabdehlərə və onların digər ailə üzvlərinə ümumi birgə mülkiyyət kimi verildikdən sonra onlar öz aralarında bir-birlərinin həyətyanı torpaq sahələrinə getmək üçün atalarının sağlığında istifadə etmişlər. Sonradan qeyd olunan torpaq sahəsi ilə bağlı iddiaçı, cavabdeh, üçüncü şəxslər və digər ailə üzvləri Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən paylı mülkiyyətçi olmalarına dair çıxarış almışlar və həmin çıxarışda hər bir mülkiyyətçinin payı müəyyən edilmişdir. Qeyd olunan 1,5 ha torpaq sahəsinin naturada paylı mülkiyyətçilər arasında paylarına uyğun şəkildə bölünməsi barədə olan iddiaya məhkəmədə baxılmış və qanuni qüvvəyə minmiş qətnamədən görünür ki, 1,50 ha olan torpaq sahəsi faktiki olaraq çıxarışda göstəriləndən az olduğundan, yəni torpağın real ölçüsü 1,108 ha olduğundan payçıların payına uyğun şəkildə naturada bölgü aparılması mümkün olmamışdır. Buradan da görünür ki, payçıların payının torpaq sahəsinin hansı hissəsinə düşməsini müəyyən etmək mümkün deyildir. Eyni zamanda da iddiaçının mübahisələndirdiyi 7-8 metr yol və tövlənin arxasında olan yol paylı mülkiyyətdə olan torpaq sahəsi olmaqla iddiaçının və yaxud cavabdehlərin ayrıca olaraq mülkiyyətində olan torpaq sahəsi deyildir, həmin mübahisəli torpaq sahəsinin hansı paylı mülkiyyətçinin torpaq sahəsinə düşməsini müəyyən etmək olmur. Həmçinin də məhkəmədə üçüncü şəxs qismində dinlənilmiş bələdiyyə sədri də təsdiq edir ki, iddiaçının mübahisələndirdiyi yol bələdiyyə mülkiyyətinə aid ümumi istifadədə olan torpaq sahəsi deyildir, tərəflərin və onların ailə üzvlərinin paylı mülkiyyətində olan torpaq sahəsidir. Bununla da, iddiaçının tələbinin əsası kimi istinad etdiyi hal (cavabdehlər tərəfindən iddiaçının mülkiyətində olan torpaq sahəsinə gediş-gəliş yolunun bağlanması) məhkəmədə təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı Saatlı rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli 25 saylı qərarı ilə onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş Saatlı rayon Musalı kəndində yerləşən 1,5 ha həyətyanı torpaq sahəsinə gedən 7-8 metr enində yolun və ona məxsus tövlənin arxasında olan keçidin cavabdehlərin hesabına açılması barədə iddiası əsassız olduğundan təmin edilməməlidir. İşdə olan və məhkəmə iclasında elan olunmuş 30 aprel 2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı Saatlı rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli 25 saylı qərarı ilə onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş Saatlı rayon Musalı kəndində yerləşən 1,5 ha həyətyanı torpaq sahəsinə gedən 7-8 metr enində yolun və ona məxsus tövlənin arxasında olan keçidin cavabdehlərin hesabına açılması tələbinə dair iddiası təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-642/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-642/2024
08.07.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver