Məhkəmə qərarları › İş №2(055)-646/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-646/2024

03.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-646/2024 03.06.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlu, İddiaçı "xxxx" Bank olmayan Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Bank olmayan Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 1328.79 manat əsas borc, 379.01 manat faiz borcu və ödənilmiş 37.07 manat dövlət rüsumunun, ümumilikdə 1744.87 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Bank olmayan Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti ərizəni onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Bank olmayan Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 11 noyabr 2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə qaytarmaq şərti ilə illik 24% dərəcəsi ilə 2100 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin təmin edilməsi məqsədi ilə iddiaçı "xxxx" Bank olmayan Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə digər Cavabdeh1 arasında 11 noyabr 2022-ci il tarixli zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən zamin kredit alanın öhdəliklərinin yerinə yetirilməsinə görə iddiaçı qarşısında kredit alanla birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəliklərini yerinə yetirmədikləri üçün cavabdehlərin iddiaçı "xxxx" Bank olmayan Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyətinə 1328.79 manat əsas borcu, 379.01 manat faiz borcu yaranmışdır. Ona görə də cavabdehlər Cavabdeh2 və Cavabdeh1 1328.79 manat əsas borc, 379.01 manat faiz borcu və ödənilmiş 37.07 manat dövlət rüsumunun, ümumilikdə 1744.87 manat pulun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehlərdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 11 noyabr 2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə qaytarmaq şərti ilə illik 24% dərəcəsi ilə 2100 manat məbləğində kreditin verilməsi ilə əlaqədar "xxxx" Bank olmayan Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmışdır. İşdə olan 11 noyabr 2022-ci il tarixli, 2918-2102-08 saylı zaminlik müqaviləsindən görünür ki, cavabdeh (kredit alan) Cavabdeh2 iddiaçı "xxxx" Bank olmayan Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyətindən götürdüyü 2100 manat kreditlə əlaqədar olaraq zamin (cavabdeh) Cavabdeh1 kredit alan-Cavabdeh2 ilə birlikdə iddiaçı qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İşdə olan 23 aprel 2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh2 iddiaçı "xxxx" Bank olmayan Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyətinə 23 aprel 2024-cü il tarixə olan borcu 1328.79 manat əsas borc, 379.01 manat faiz borcu təşkil edir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, "xxxx" Bank olmayan Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 11 noyabr 2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə qaytarmaq şərti ilə illik 24% dərəcəsi ilə 2100 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin təmin edilməsi məqsədi ilə iddiaçı "xxxx" Bank olmayan Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə digər Cavabdeh1 arasında 11 noyabr 2022-ci il tarixli zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən zamin kredit alanın öhdəliklərinin yerinə yetirilməsinə görə iddiaçı qarşısında kredit alanla birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəliklərini yerinə yetirmədikləri üçün cavabdehlərin iddiaçı "xxxx" Bank olmayan Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyətinə 1328.79 manat əsas borcu, 379.01 manat faiz borcu yaranmışdır. Ona görə də iddiaçı "xxxx" Bank olmayan Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1328.79 manat əsas borc, 379.01 manat faiz borcu, cəmi 1707.80 manat borcu tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" Bank olmayan Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1328.79 manat əsas borc, 379.01 manat faiz borcu, cəmi 1707.80 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1328.79 manat əsas borc, 379.01 manat faiz borcu, cəmi 1707.80 manat borc alınaraq iddiaçı "xxxx" Bank olmayan Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 37.07 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş 37.07 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1328.79 manat əsas borc, 379.01 manat faiz borcu, cəmi 1707(bir min yeddi yüz sıfır yeddi) manat 80(səksən) qəpik alınaraq iddiaçı "xxxx" Bank olmayan Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 37(otuz yeddi) manat 07(sıfır yeddi) qəpik dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar