Məhkəmə qərarları › İş №2(055)-657/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-657/2023

14.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-657/2023 14.07.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1500 manat pulun və ödəmiş olduğu 35 manat dövlət rüsumunun alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh 24 iyun 2022-ci il tarixdə ondan 12 ay müddətinə hissə-hissə qaytarmaq şərti ilə 1500 manat borc istəmiş, o da Cavabdeh əvvəllər tanıdığı üçün Səbuhiyə 1500 manat borc vermişdir. Lakin cavabdeh söz verdiyi müddətdə ona olan borcunu qaytarmamışdır. Buna görə də o, Cavabdehla görüşüb ondan öz xətti ilə yazılmış qəbz almış, Cavabdeh həmin qəbzdə ondan 1500 manat borc aldığını və ona 1500 manat borcu olduğunu təsdiq etmişdir. Lakin cavabdeh indiyədək ona olan borcunu qaytarmamışdır. Ona görə də göstərdiklərini nəzərə alaraq Cavabdeh 1500 manat pulun və ödəmiş olduğu 35 manat dövlət rüsumunun alınaraq onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı etiraf edərək izahatında göstərdi ki, o, həqiqətən də, İddiaçı 1500 manat borc almış, lakin indiyədək həmin borcu qaytarmamışdır. Odur ki, 1500 manat pulun ondan alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasına heç bir etirazı yoxdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş 31 may 2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 24 iyun 2022-ci il tarixdə 1500 manat borc aldığını və İddiaçı 1500 manat borcu olduğunu bildirmişdir. Məhkəmə iddiaçı və cavabdehin izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinin tələbinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə baxışı zamanı cavabdeh iddianı etiraf etdiyindən və bu etiraf məhkəmə tərəfindən təsdiq olunduğundan iddiaçının irəli sürdüyü tələbin təmin olunması barədə qətnamə çıxarılmalıdır. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh 1500 manat pulu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 1500 manat alınaraq İddiaçı verilməlidir. İş materiallarına əlavə edilmiş 04 may 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 35 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 35 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 1500 (bir min beş yüz) manat alınaraq İddiaçı verilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar