Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-658/2023 20.07.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Məhdud Məsuliyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Məhdud Məsuliyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 10011.60 manat əsas borcun, 1571.80 manat cərimənin, cəmi 11583.40 manat borc və 124.75 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı iddiaçının nümayəndəsi X3 izahatında göstərdi ki, İddiaçı Məhdud Məsuliyətli Cəmiyyətinin «MKT-Saatlı» filialı ilə Cavabdeh arasında bağlanmış 05 noyabr 2021-ci il tarixli, 22 281 077 saylı müqaviləyə əsasən cavabdeh 19.4 hektar sahədə pambıq əkib-becərməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh avans olaraq iddiaçıdan 41422.65 manat vəsait götürmüşdür. Müqaviləyə əsasən cavabdehin götürdüyü avansın dəyəri müəyyən olunmuş miqdarda təhvil verəcəyi xam pambığın dəyərindən çıxılmalı idi. Cavabdeh təhvil verəcəyi pambığın dəyəri avans məbləğin həcmini ödəmədiyi təqdirdə yaranan fərqin ödənilməsini öhdəsinə götürmüşdür. Belə ki, cavabdeh 31411.05 manat məbləğində 39297.34 kq xam pambıq təhvil vermiş, bu da müqavilədə nəzərdə tutulan miqdardan az olmuşdur və müqavilə şərtləri pozulmuşdur. Nəticədə, cavabdehin avans vəsaitə görə iddiaçıya 10011.60 manat borcu qalmışdır. Cavabdehin borclu qalması, xam pambığın tədarükünü həyata keçirən “MKT Saatlı” filialı ilə cavabdeh arasında aparılan hesablaşma sənədləri qeydiyyat vərəqəsi ilə təsdiq edilir. Müqavilənin 4.2-ci bəndinə əsasən cavabdeh yaranmış əsas borcun ödənilməyən hissəsinin hər gecikdirilmiş gün üçün 0.1%-i məbləğində cərimə də ödəməlidir ki, bu cərimənin də məbləği 1571.80 manat təşkil edir. Ona görə də, göstərdiklərini nəzərə alaraq Cavabdeh 10011.60 manat əsas borcun, 1571.80 manat cərimənin, cəmi 11583.40 manat borc və 124.75 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı Məhdud Məsuliyətli Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmuş 05 noyabr 2021-ci il tarixli, 22 281 077 saylı müqavilədən görünür ki, İddiaçı Məhdud Məsuliyətli Cəmiyyətinin «MKT-Saatlı» filialı ilə Cavabdeh arasında 2022-ci il mövsümü üzrə xam pambığın alqı-satqısına dair müqavilə bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh 19.4 hektar torpaq sahəsində pambıq əkib-becərməyi və hər hektardan 25 sentnerdən az olmamaqla məhsul əldə etməklə istehsal edib iddiaçıya satmağı öhdəsinə götürmüşdür. İşdə olan və məhkəmə iclasında elan olunmuş 24 fevral 2023-cü il tarixli pretenziyanın surətindən görünür ki, İddiaçı Məhdud Məsuliyətli Cəmiyyətinin «MKT-Saatlı» filialından cavabdehə pretenziya məktubu göndərilmiş və həmin pretenziyada avans olaraq 41422.65 manat cavabdehə vəsait verilməsi, cavabdehin 19.4 hektar torpaq sahəsində pambıq əkib-becərməyi və hər hektardan 25 sentner məhsul əldə etməklə 48.50 ton xam pambıq məhsulunu istehsal edib iddiaçıya satmağı öhdəsinə götürməsi, cavabdehin lazımi qaydada götürdüyü öhdəliyi yerinə yetirməməsinin nəticəsində iddiaçıya 10011.60 manat borcunun qalması göstərilmiş və həmin borcun 10 gün müddətində ödənilməsi cavabdehdən tələb olunmuşdur. İşdə olan və məhkəmə iclasında elan olunmuş 28 aprel 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdehın 28 aprel 2023-cü il tarixə 10011.60 manat əsas borcu, 1571.80 manat cərimə borcu vardır. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqavləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya keçirməyi öhdəsinə götürür, digər iştirakçı isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, İddiaçı Məhdud Məsuliyətli Cəmiyyətinin «MKT-Saatlı» filialı ilə Cavabdeh arasında bağlanmış 05 noyabr 2021-ci il tarixli, 22 281 077 saylı müqaviləyə əsasən cavabdeh 19.4 hektar sahədə pambıq əkib-becərməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürsə də, cəmi 31411.05 manat məbləğində 39297.34 kq xam pambıq təhvil vermiş, bu da müqavilədə nəzərdə tutulan miqdardan az olmuşdur və müqavilə şərtləri pozulmuşdur. Bununla da, cavabdeh üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmiş və nəticədə iddiaçıya 10011.60 manat borcu qalmışdır. İddiaçı həmin borca görə 1571.80 manat cərimə hesablamışdır. Halhazırda iddiaçı 10011.60 manat əsas borcun, 1571.80 manat cərimənin Cavabdeh alınmasını tələb edir. Qeyd olunanlardan görünür ki, İddiaçı Məhdud Məsuliyətli Cəmiyyəti Cavabdeh 10011.60 manat əsas borcu, 1571.80 manat cərimə, cəmi 11583.40 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə Cavabdeh tələb olunan 1571.80 manat cərimənin tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, cərimə (dəbbə pulu) 1000 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək Cavabdeh 10011.60 manat əsas borc, 1000 manat cərimə (dəbbə pulu), cəmi 11011.60 manat tutularaq İddiaçı Məhdud Məsuliyətli Cəmiyyətinin xeyrinə ödənilməli, iddianın qalan hissəsi təmin olunmamalıdır. İşdə olan mədaxil qəbzindən görünür ki, İddiaçı Məhdud Məsuliyətli Cəmiyyəti tərəfindən 124.75 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iş üzrə İddiaçı Məhdud Məsuliyətli Cəmiyyəti tərəfindən ödənilmiş 124.75 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərinlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 10011.60 manat əsas borc, 1000 manat dəbbə pulu, cəmi 11011 (on bir min on bir) manat 60 (altmış) qəpik tutularaq İddiaçı Məhdud Məsuliyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 124 (bir yüz iyirmi dörd) manat 75 (yetmiş beş) qəpik dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. İş № 2(055)-1648/2021 çıxarış AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 20 iyul 2023-cü il Saatlı şəhəri Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Məhdud Məsuliyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq.... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 10011.60 manat əsas borc, 1000 manat dəbbə pulu, cəmi 11011 (on bir min on bir) manat 60 (altmış) qəpik tutularaq İddiaçı Məhdud Məsuliyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 124 (bir yüz iyirmi dörd) manat 75 (yetmiş beş) qəpik dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(055)-658/2023
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-658/2023
20.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver