Məhkəmə qərarları › İş №2(055)-670/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-670/2023

10.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-670/2023 10.07.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi, kreditin, faizlərin və zərərin ödənilməsi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə aralarında bağlanmış 16 oktyabr 2021-ci il tarixli, CHT-111-0421-21 saylı kredit müqaviləsinin ləğv edilməsi, 1177,53 manat əsas borc, 133,45 manat faiz borcu, 457,16 manat cərimə, cəmi 1768,14 manat borcun və 37,68 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ərizəni onunla əsaslandırmışdır ki, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 16 oktyabr 2021-ci il tarixli CHT-111-0421-21 saylı kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə, illik 34% dərəcəsi ilə 2400 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini yerinə yetirmədiyi üçün 28 fevral 2023-cü il tarixə iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə 16 oktyabr 2021-ci il tarixli, CHT-111-0421-21 saylı kredit müqaviləsi üzrə 1177,53 manat əsas borc, 133,45 manat faiz borcu, 457,16 manat cərimə, cəmi 1768,14 manat borcu yaranmışdır. Borcun ödənilməsi barədə xəbərdar edilməsinə baxmayaraq cavabdeh borcun ödənilməsindən yayınmışdır. Ona görə də, Cavabdeh ilə aralarında bağlanmış 16 oktyabr 2021-ci il tarixli, CHT-111-0421-21 saylı kredit müqaviləsinin ləğv edilməsi, 1177,53 manat əsas borc, 133,45 manat faiz borcu, 457,16 manat cərimənin, cəmi 1768,14 manat borcun və ödənilmiş 37,68 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 16 oktyabr 2021-ci il tarixli CHT-111-0421-21 saylı kart vasitəsilə kreditin verilməsinə dair müqavilədən görünür ki, bu müqavilə illik 34% olmaqla 18 ay müddətinə 2400 manat məbləğində kreditin verilməsi ilə əlaqədar Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 28 fevral 2023-cü il tarixli, 01-02 saylı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə olan kredit borcunun, faizlərin və penyanın (cərimənin) hesablanması haqqında arayışdan görünür ki, Cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə 16 oktyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə 1177,53 manat əsas borc, 133,45 manat faiz borcu, 457,16 manat cərimə, cəmi 1768,14 manat borcu vardır. İşdə olan 26 yanvar 2023-cü il tarixli bildirişdən və onun cavabdeh tərəfindən qəbul edilməsi ilə bağlı xəbərnamədən görünür ki, iddiaçı tərəfindən cavabdehdən 16 oktyabr 2021-ci il tarixli CHT-111-0421-21 saylı müqavilə üzrə öhdəliyini yerinə yetirmək tələb edilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 16 oktyabr 2021-ci il tarixli CHT-111-0421-21 saylı kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə, illik 34% dərəcəsi ilə 2400 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini yerinə yetirmədiyi üçün 28 fevral 2023-cü il tarixə iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə 16 oktyabr 2021-ci il tarixli, CHT-111-0421-21 saylı kredit müqaviləsi üzrə 1177,53 manat əsas borc, 133,45 manat faiz borcu, 457,16 manat cərimə, cəmi 1768,14 manat borcu yaranmışdır. Borcun ödənilməsi barədə xəbərdar edilməsinə baxmayaraq cavabdeh borcun ödənilməsindən yayınmışdır. Ona görə də, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti 16 oktyabr 2021-ci il tarixli, CHT-111-0421-21 saylı kredit müqaviləsinin ləğv edilməsi, 16 oktyabr 2021-ci il tarixli, CHT-111-0421-21 saylı kredit müqaviləsi üzrə 1177,53 manat əsas borc, 133,45 manat faiz borcu, 457,16 manat cərimənin, cəmi 1768,14 manat borcun cavabdehdən alınmasını tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti 16 oktyabr 2021-ci il tarixli, CHT-111-0421-21 saylı kredit müqaviləsinin ləğv edilməsi, 16 oktyabr 2021-ci il tarixli, CHT-111-0421-21 saylı kredit müqaviləsi üzrə 1177,53 manat əsas borc, 133,45 manat faiz borcu, 457,16 manat cərimənin, cəmi 1768,14 manat borcun cavabdehdən alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən 16 oktyabr 2021-ci il tarixli, CHT-111-0421-21 saylı müqavilə üzrə tələb olunan 457,16 manat məbləğində dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 110 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək 16 oktyabr 2021-ci il tarixli, CHT-111-0421-21 saylı kredit müqaviləsi ləğv edilməli, Cavabdeh 16 oktyabr 2021-ci il tarixli, CHT-111-0421-21 saylı kredit müqaviləsi üzrə 1177,53 manat əsas borc, 133,45 manat faiz borcu, 110 manat cərimə, cəmi 1420,98 manat alınıb iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməli, iddianın qalan hissəsi təmin olunmamalıdır. İşdə olan 10 aprel 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 37,68 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 37,68 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 16 oktyabr 2021-ci il tarixli, CHT-111-0421-21 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 16 oktyabr 2021-ci il tarixli, CHT-111-0421-21 saylı kredit müqaviləsi üzrə 1177,53 manat əsas borc, 133,45 manat faiz borcu, 110 manat cərimə, cəmi 1420 (bir min dörd yüz iyirmi) manat 98 (doxsan səkkiz) qəpik alınıb iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 37 (otuz yeddi) manat 68 (altmış səkkiz) qəpik dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar