Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 2(055)-671/2023 24.07.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Saatlı Rayon Məhkəməsinin inzibati binasında məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Kreditor İddiaçı Məhdud Məsulliyətli Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək borclu Cavabdeh 05 may 2019-cu il tarixli müqavilə üzrə 1308 manat məbləğində əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1328 manat məbləğində pul vəsaitinin alınaraq kreditor İddiaçı Məhdud Məsulliyətli Cəmiyyətinə ödənilməsi barədə məhkəmə əmri verilməsini məhkəmədən xahiş etmişdir. Saatlı Rayon Məhkəməsində 10 dekabr 2020-ci il tarixdə Saatlı rayonu Məmmədabad kəndində yaşayan xx xxx 1979-cu il təvəllüdlü borclu Cavabdeh 1308 manat borc və ödənilmiş 20 manat dövlət rüsumu, cəmi 1328 (bir min üç yüz iyirmi səkkiz) manat pulun alınıb ünvan 1 ünvanında yerləşən kreditor İddiaçı Məhdud Məsulliyətli Cəmiyyətinin xeyrinə ödənilməsi barədə 2(055)-1906/2020 saylı məhkəmə əmri çıxarılmışdır. Daha sonra borclu Cavabdeh etirazına əsasən Saatlı Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli 2(055)-1906/2020 saylı qərardadı ilə 10 dekabr 2020-ci il tarixli 2(055)-1906/2020 saylı məhkəmə əmri ləğv edilmiş və işə mahiyyəti üzrə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Göstərilən mülki işin məhkəmə hazırlıq iclası əvvəlcə 03 iyul 2023-cü il tarixə, saat 11:45-ə, daha sonra 24 iyul 2023-cü il tarixə, saat 10:30-a Saatlı Rayon Məhkəməsinin binasına təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər və işə oların iştirakı olmadan baxmağı xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0 və 259.0.6-cı maddələrinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 12 saylı qərarı ilə “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında dəyişikliklər edilmişdir. Həmin Qərarın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İş materiallarında olan 01 oktyabr 2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Məhdud Məsulliyətli Cəmiyyəti tərəfindən 20 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.5-ci maddələrinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 5.1 və 5.1.2-ci maddələrinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Göstərilən maddələrin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş 20 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı Məhdud Məsulliyətli Cəmiyyətinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 263, 264, 266-268-ci maddələrini rəhbər turaraq, məhkəmə Qəraraaldı: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçınə qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Saatlı Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-671/2023
Saatlı Rayon Məhkəməsi Qərardad — İş №2(055)-671/2023
24.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver