Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 2(055)-672/2024 06.05.2024 SAATLI RAYON MƏHKƏMƏSİ (iddia ərizəsinin geri qaytarılması haqqında) Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq, Müəyyənetdi: İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə 4954 manat əsas borc, 559,08 manat faiz borcu, 43,02 manat cərimə, cəmi 5556,10 manat borcun və 75,57 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəyə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə görə mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. İşdə olan və məhkəmə iclasında elan edilmiş “Elektron məhkəmə” İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh (VÖEN **********) Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentində vergi ödəyicisi olan fiziki şəxs kimi qeydiyyata alınmışdır. İş materiallarından göründüyü kimi, Cavabdeh hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi vergi ödəyəcisi olmaqla, iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti isə hüquqi şəxs kimi sahibkarlıq fəaliyyətinin subyektləridirlər. Həmçinin tərəflər arasında olan mübahisə sahibkarlıq fəaliyyəti ilə əlaqədardır. İddia ərizəsində cavabdehə istehlak məqsədləri üçün kredit verildiyi göstərilsə də, iş materiallarında olan 31 avqust 2023-cü il tarixli 766nkADJ/23 saylı kredit müqaviləsi və ona edilmiş 01 saylı əlavə ilə kreditin istehlak məqsədləri üçün verilmədiyi aydın olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinin tələbinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti və Cavabdeh hər ikisi sahibkarlıq fəaliyyətinin subyektləri olduqlarından və tərəflər arasında yaranmış mübahisə isə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduğundan işə mülki icraat qaydasında ümumi məhkəmədə deyil, kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.3-cü maddələrinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər mülki işə məhkəmə aidiyyəti üzrə hazırki məhkəmədə baxılmalı olmadığından geri qaytarılmalıdır. İşdə olan 16 aprel 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti tərəfindən 75,57 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 5.1 və 5.1.2-ci maddələrinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Göstərilən maddələrin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 75,57 manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1, 26.1, 152.3.1, 152.3, 263-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər mülki işə məhkəmə aidiyyəti üzrə hazırki məhkəmədə baxılmalı olmadığından geri qaytarılsın. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 75 (yetmiş beş) manat 57 (əlli yeddi) qəpik dövlət rüsumu dövlət büdcəsindən iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinə qaytarılsın. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Saatlı Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-672/2024
Saatlı Rayon Məhkəməsi Qərardad — İş №2(055)-672/2024
06.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver