Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-676/2023 11.08.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qət edilmiş alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Saatlı Rayon Məhkəməsinin 13 mart 2020-ci il tarixli 2(055)-374/2020 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq 01 iyul 2007-ci ildə anadan olmuş X6, 22 aprel 2008-ci ildə anadan olmuş X7 və 28 dekabr 2012-ci ildə anadan olmuş X8 adlı üç nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay hər bir uşaq üçün 210 manat, cəmi 630 manat sabit pul məbləğində alimentin alınaraq onun xeyrinə tutulması və 50 manat mediasiya xərcinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Saatlı Rayon Məhkəməsinin 13 mart 2020-ci il tarixli 2(055)-374/2020 saylı qətnaməsinə əsasən Cavabdeh ilə onun arasında olan nikah qeydi pozulmuş, birgə nikahlarından 01 iyul 2007-ci ildə anadan olmuş X6, 22 aprel 2008-ci ildə anadan olmuş X7 və 28 dekabr 2012-ci ildə anadan olmuş X8 adlı üç nəfər uşağın onun yanında qalması müəyyən edilmiş və həmin uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər bir uşaq üçün 70 manat, cəmi 210 manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq ona verilməsi qət edilmişdir. Hazırda Bakı şəhərində özünə məxsus mənzildə uyaşamaqla qab-qacaq ticarəti ilə məşğul olur və 300-400 manat aylıq gəliri vardır. Məhkəmə tərəfindən təyin edilmiş aliment uşaqların ehtiyaclarını ödəmir və xərcləri artmışdır. Ona görə də göstərdiklərini nəzərə alaraq Saatlı Rayon Məhkəməsinin 13 mart 2020-ci il tarixli 2(055)-374/2020 saylı qətnaməsi təyin edilmiş alimentin miqdarının artırılaraq 01 iyul 2007-ci ildə anadan olmuş X6, 22 aprel 2008-ci ildə anadan olmuş X7 və 28 dekabr 2012-ci ildə anadan olmuş X8 adlı üç nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay hər bir uşaq üçün 210 manat, cəmi 630 manat sabit pul məbləğində alimentin alınaraq onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq məhkəmə baxışının onun iştirakı olmadan keçirilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Hazırki məhkəmə baxış iclasında iştirak etməsə də, əvvəlki məhkəmə baxış iclası zamanı Cavabdeh izahatında göstərmişdir ki, yenicə “ŞİNKAR HOLDİNG" MMC-də sürücü işinə düzəlmiş və vergi tutulmalarından sonra aylıq 800 manat əmək haqqı alacaqdır. İddiaçı ilə boşandıqdan sonra X4 ilə ailə həyatı qurmuş və birgə nikahlarından X5 adlı bir nəfər uşaqları anadan olmuşdur. Həyat yoldaşı hamilədir və yaxın vaxtlarda bir uşaqları da doğulacaqdır. Həyat yoldaşı işsiz olduğundan ailənin ehtiyaclarını çətinliklə də olsa özü qarşılayır. Ona görə də, bu halın nəzərə alınmasını və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 məhkəmənin iclasında iştirak etmir və məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hazırki məhkəmə baxış iclasında iştirak etməsə də, əvvəlki məhkəmə baxış iclası zamanı üçüncü şəxs X4 izahatında göstərmişdir ki, Cavabdeh onun əridir. Birgə nikahlarından bir nəfər uşaqları doğulmuş, yaxın vaxtlarda bir uşaqları da doğulacaqdır. Özü işsizdir və ailənin ehtiyaclarını əri Səbuhi çətinliklə qarşılayır. Ona görə də, bu halın nəzərə alınmasını və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı Rayon Məhkəməsinin 13 mart 2020-ci il tarixli 2(055)-374/2020 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah qeydi pozulmuş, birgə nikahlarından 01 iyul 2007-ci ildə anadan olmuş X6, 22 aprel 2008-ci ildə anadan olmuş X7 və 28 dekabr 2012-ci ildə anadan olmuş X8 adlı üç nəfər uşağın iddiaçının yanında qalması müəyyən edilmiş və həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər bir uşaq üçün 70 manat, cəmi 210 manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X4 arasında 21 yanvar 2020-ci il tarixdə İmişli regional «ASAN xidmət» X1 bağlanmış 44 saylı nikah qeydi vardır. İşdə olan və məhkəmə iclasında elan edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 10 noyabr 2022-ci ildə anadan olmuşdur. Həmin uşağın atası Cavabdeh, anası X2r. İşdə olan və məhkəmə iclasında elan edilmiş gəlir məlumatlarından görünür ki, Cavabdeh “ŞİNKAR HOLDİNG" MMC-də sürücü işləyir və 900 manat əmək haqqı alır. Məhkəmə iddiaçının izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitutsiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarı dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. İş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, Saatlı Rayon Məhkəməsinin 13 mart 2020-ci il tarixli 2(055)-374/2020 saylı qətnaməsinə əsasən 01 iyul 2007-ci ildə anadan olmuş X6, 22 aprel 2008-ci ildə anadan olmuş X7 və 28 dekabr 2012-ci ildə anadan olmuş X8 adlı üç nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 70 manat, cəmi 210 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İddiaçı həmin aliment məbləği ilə uşaqlarının saxlanmasında çətinlik çəkdiyi üçün alimentin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə cavabdehin başqa şəxslə nikahından bir azyaşlı uşağının olmasını və həmin uşağın da mənafeyini nəzərə alaraq alimentin miqdarını artırarkən alimentin məbləğini tərəflərin maddi və ailə vəziyyətini, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının da qoşulduğu 02 sentyabr 1990-cı ildə qüvvəyə minmiş “Uşaq Hüquqları Haqqında Konvensiya”nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları-onlara əsas qayğı obyektidir. Saatlı Rayon Məhkəməsinin 13 mart 2020-ci il tarixli 2(055)-374/2020 saylı qətnaməsinə əsasən təyin olunmuş alimentin miqdarı artırılarkən məhkəmə alimentin məbləğini tərəflərin maddi və ailə vəziyyətini, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq müəyyən etməlidir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il Qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək Saatlı Rayon Məhkəməsinin 13 mart 2020-ci il tarixli 2(055)-374/2020 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq 01 iyul 2007-ci ildə anadan olmuş X6, 22 aprel 2008-ci ildə anadan olmuş X7 və 28 dekabr 2012-ci ildə anadan olmuş X8 adlı üç nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 130 manat, cəmi 390 manat sabit pul məbləğində aliment alınıb İddiaçı xeyrinə ödənilməli, artırılmış alimentin tutulmasına hazırkı iş üzrə qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılmalı və iddia qalan hissədə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, İddiaçı tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş 50 manat mediasiya xərci cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Saatlı Rayon Məhkəməsinin 13 mart 2020-ci il tarixli 2(055)-374/2020 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq 01 iyul 2007-ci ildə anadan olmuş X6, 22 aprel 2008-ci ildə anadan olmuş X7 və 28 dekabr 2012-ci ildə anadan olmuş X8 adlı üç nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 130 manat, cəmi 390 (üç yüz doxsan) manat sabit pul məbləğində aliment alınıb İddiaçı xeyrinə ödənilsin. Cavabdeh ödənilmiş 50 (əlli) manat mediasiya xərci alınıb İddiaçı xeyrinə ödənilsin. Artırılmış alimentin tutulmasına hazırkı iş üzrə qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. çıxarış İş № 2(055)-676/2023 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 11 avqust 2023-cü il Saatlı şəhəri Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh na qarşı qət edilmiş alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq.... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Saatlı Rayon Məhkəməsinin 13 mart 2020-ci il tarixli 2(055)-374/2020 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq 01 iyul 2007-ci ildə anadan olmuş X6, 22 aprel 2008-ci ildə anadan olmuş X7 və 28 dekabr 2012-ci ildə anadan olmuş X8 adlı üç nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 130 manat, cəmi 390 (üç yüz doxsan) manat sabit pul məbləğində aliment alınıb İddiaçı xeyrinə ödənilsin. Cavabdeh ödənilmiş 50 (əlli) manat mediasiya xərci alınıb İddiaçı xeyrinə ödənilsin. Artırılmış alimentin tutulmasına hazırkı iş üzrə qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-676/2023
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-676/2023
11.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver